Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-311/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-120)-60/2026 saylı qərarından X1 tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 Yanğın Nəzarəti Idarəsi tərəfindən X1 barəsində ## ###### 2026-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 Yanğın Nəzarəti Idarəsi tərəfindən daxil olmuş ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən stomatoloji kabinetdə planlı yanğın-texniki müayinə zamanı obyekt sahibi Ələsov Ümid Əmiraslan oğlu tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmamışdır. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Ələsov Ümid Əmiraslan oğlu Azərbaycan Respublikası IXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından X1 apellyasiya şikayəti verərək Gədəbəy rayon Məhkəməsinin ##.## 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və X1 barəsində Azərbaycan Respublikasının IXM-nin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin ##.## 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının IXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Hesab edir ki, qərar ədalətsiz və əsassız olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Gədəbəy rayon Məhkəməsinin ##.## 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarında qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 Yanğın Nəzarəti Idarəsi tərəfinden X1 barəsində ## ###### 2026-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 Yanğın Nəzarəti Idarəsi tərəfindən X1 barəsində ## ###### 2026-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etməsinə baxmayaraq həmin MN ******* saylı inzibati xəta haqqında protokolun surəti ona verilməmişdir, onun həmin protokolun yazılmasından xəbəri olmayıb. Məhkəmə qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Protokol tərtib edən orqanlar 11,02.2026-cı il tarixdə Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən stomatoloji kabinetdə planlı yanğın-texniki müayinə zamanı obyekt sahibi Ələsov Ümid Əmiraslan oğlu tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmamışdır. Buda yalandır, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Protokol tərtib edən orqanlar əməkdaşları gəlib ##.##.2026-c il tarixində onun istifadəsində olan stomatoloji kabinetə baxış keçirərək, ona siqnalizasiya qoyulmalı olduğu barədə göstəriş vermişlər. O, ##.##.2026-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Protokol tərtib edən orqanlar müraciət edərək siqnalzasiya qoyulmasını xahiş etmişdir. Onun əlində olan çıxarışda texniki səf olduğunu bildirərək siqnalzasiya qoyulmasının bu çıxarışla mümkün olmadığını bildirdilər. Çıxarışda olan texniki səhvin düzəldilməsi üçün ona göstəriş vermiş, ondan sonra siqanalizasiya qoyulmasının mümkün olduğunu qeyd etmişlər. Bundan sonra ##.##.2026-cı il tarixdə yenidən baxış keçirmişmiş, o, həmin şəxslərədə çıxarışını təqdim etmiş və texniki səfin aradan qaldırılması üçün müraciət etdiyini bildirmiş və ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Protokol tərtib edən orqanlar olduğunu çıxarışda texniki səf olduğuna görə siqnalzasiya qoymaqdan imtina etdiklərini bildirmişdir. ##.##.2026-cı il tarixində onun adına olan çıxarışında texniki səhv olduğuna görə, çıxarışın düzəldilməsini və yaxın günlərdə siqnalzasiya qoydurmasını göstəriş verərək getmişlər. Ona heç bir protokol barədə məlumat verməmişlər. Bunda sonra məhkəmə qərarında qeyd edir ki, Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Ona heç bir məlumat verilməmiş, onun məhkəmə iclasından heç bir məlumatı olmamışdır. O, Gədəbəy rayonun Arıxdam kəndində qeydiyyatda olmasına və yaşamasına baxmayaraq onun bildirişləri Gədəbəy rayonu Nizami küçəsinə gedərək bu ərazidə belə bir şəxsin olmaması qeydi ilə Gədəbəy rayon Məhkəməsinə geri qaytarılmışdır. ##.##.2026-cı il tarixində küçədə Gədəbəy rayon Mərkəzi Poçtunun əməkdaşı onu küçədə görərək ##.##.2026-cı il tarixli qərarı ona ##.##.2026-cı il tarixdə vermişdir. O, qərarı ##.##.2026-cı il tarixdə aldığına görə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verməli olmuşdur. Ona görə də barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasında X1 verilmiş şikayəti müdafiə edərək və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. Həmin qanunun 20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindəm Çıxarışdan görünür ki, X1 Direktorudur. Iş materiallarında olan Müayinə Aktının surətindən görünür ki, Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən Stomotoloji Kabinetdə ##.##.2026-cı il tarixdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrndən alınan KY********* nömrəli "Çıxarış" əsasında planlı yanğın-texniki müayinə keçirilərkən sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Iş materiallarında olan X6 Haqqında qərardan görünür ki, Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən X4 üzrə yoxlama aparılması qərara alınmışdır. Iş materiallarında olan X3 Protokoldan görünür ki,##.##.2026-cı il tarixdə Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən stomatoloji kabinetdə planlı yanğın-texniki müayinə zamanı obyekt sahibi Ələsov Ümid Əmiraslan oğlu tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmamışdır. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və hesab etmişdir ki, Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən stomatoloji kabinetdə planlı yanğıntexniki müayinə zamanı obyekt sahibi Ələsov Ümid Əmiraslan oğlu tərəfindən yoxlama prosesinə aid sənədlər təqdim edilməmiş,yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdir. Yəni, o, Azərbaycan Respublikası IXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona görə də Ələsov Ümid Əmiraslan oğlu Azərbaycan Respublikası IXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası həddində 1000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməlidir.. Apellyasiya instansiyası məhkəməsi də işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-311/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-311/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver