Məhkəmə qərarları › İş №3(3-7)-314/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-314/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-314/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Əliyev İlyas İlya oğlunun İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev İlyas İlya oğlu tərəfindən EQ ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Rzayev Kamil) qərarı ilə ##.##.1986-cı ildə anadan olmuş, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Əliyev İlyas İlya oğlu İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İŞİN HALLARI: ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Əliyev İlyas İlya oğlu İXM-nin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Tərtər RPŞ-dən Əliyev İlyas İlya oğlu barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında materiala baxan Tərtər Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin nümayəndəsi şikayət verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə idarə etdiyi TOYOTA PRIUS (HIBRİD) MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən xəbəri olmadan sürət ölçmə panelində düyməyə toxunduğu üçün avtomobilin hərəkət sürətinin ölçmə mexanizmi dəyişmişdir. Buna görə də elə həmin gün barəsində 28 ədəd elektron inzibati xəta haqqında qərar qəbul edilərək 7720 (yeddi min yeddi yüz iyirmi) manat məbləğində cərimə edilmişdir. Həmin protokollardan biri də EQ ******** nömrəli protokol üzrə 360 manat cərimə məbləği olmuşdur. Belə ki, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, sürücü 21 bal topladığına görə barəsində cərimə tətbiq edilmədən sürücülük hüququ məhdudlaşdırılır. Lakin buna baxmayaraq həmin elektron qərardan sonra sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırıldığından sonra barəsində 17 ədəd, hər biri 400 manat olmaqla cərimə tətbiq edilmişdir. Bu isə qanunvericiliklə ziddiyyət təşkil etmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə obyektiv qərar qəbul etmək məqsədi ilə apellyasiya şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta üzrə yenidən araşdırma aparılması üçün materiallar həmin məhkəməyə göndərilməlidir. İXM-nin 127-ci maddəsinin məzmunun görə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Belə ki, iş materialında olan sənədlərdən göründüyü kimi səlahiyyətli orqan tərəfindən İlyas Əliyevin barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 127-ci maddəsinin tələbinə əməl edilməmişdir. Bundan başqa, İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar (qərardad) qəbul edilir. Ona görə ki, iş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs İlyas Əliyev lazımi qaydada məlumatlandırılmamış və onun barəsində tərtib olunan protokol İXM-nin 127-ci maddəsinin tələbləri pozulmuş, bu da öz növbəsində İXM-nin 109.1.6-cı maddəsinə əsasən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokolun geri qaytarılmasına əsas verir. Qeyd edilənlər səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi və materialın natamam olduğu, buna görə də inzibati xəta haqqında protokolun əlavə edilmiş materialla birlikdə səlahiyyətli orqana qaytarılmalı olduğu qənaətinə gəlməyə əsas verir. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsində baxılmış eyni məzmunlu Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə qəbul etdiyi qərarlarından görünür ki, İlyas Əliyev BDYPİ tərəfindən qəbul edilmiş cərimə növündə tənbehin tətbiq edilməsinə dair qərarların icra edilməməsinə görə onun barəsində həmin qərarların hər biri üzrə İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək protokollar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmiş, Tərtər Rayon Məhkəməsi isə hər bir inzibati xəta haqqında protokola işə ayrıca icraatda baxaraq İlyas Əliyevi hər bir inzibati xəta haqqında protokol üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilib, onun 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və qərarların icrasını * saylı Rayonlararası İmtahan Qeydiyyat Şöbəsinə həvalə etmişdir. Hazırki iş üzrə qərardan və yuxarıda qeyd edilən qərarlardan müəyyən edilir ki, göstərilən işlər üzrə inzibati xətalar İlyas Əliyev tərəfindən eyni zamanda törədilmiş və sonuncunun qeyd edilən inzibati xətaları törətməsi səlahiyyətli orqan tərəfindən eyni vaxtda aşkar edilmişdir. Buna görə də, bütün işlər üzrə inzibati xəta haqqında protokollar ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. İXM-nin 34-cü maddəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2020-ci il tarixli Qərarının qeyd edilən müddəalarından şıxış edərək qeyd edilməlidir ki, şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə və həmin inzibati xətaların törədilməsi səlahiyyətli orqan tərəfindən eyni vaxtda aşkar edildikdə, həmin inzibati xətalara dair protokolun tərtib edilməsi bu orqanın, işə baxılması isə məhkəmənin səlahiyyətinə aiddirsə, səlahiyyətli orqan tərəfindən törədilmiş inzibati xəta haqqında vahid inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməlidir. Səlahiyyətli orqan tərəfindən hər bir inzibati xəta haqqında ayrıca protokol tərtib edildikdə belə həmin inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilərək məhkəməyə göndərilməli, məhkəmə də həmin inzibati xəta haqqında protokollara bir icraatda baxmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə baxdığı işlər üzrə inzibati xətalar eyni vaxtda törədildiyindən və həmin xətaların törədilməsi eyni vaxtda aşkar edildiyindən, həmçinin həmin xətalar İXM-nin 529.3-cü maddəsinin tərkibi ilə əhatə olunduğundan səlahiyyətli orqan tərəfindən həmin xətalarə görə vahid inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməli idi. Səlahiyyətli orqan tərəfindən hər bir inzibati xəta haqqında ayrıca protokol tərtib edilsə belə, həmin protokollar üzrə işlər bir icraatda birləşdirilərək məkəməyə göndərilməli, məhkəmə tərəfindən inzibati xəta haqqında protokollara bir icraatda baxılmalı idi. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Əliyev İlyas İlya oğlunun nümayəndəsi (vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar