Məhkəmə qərarları › İş №3(3-7)-322/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-322/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-322/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “KİLA-GROUP” MMC-nin nümayəndəsi (vəkil) nümayəndə2 iştirakı ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “KİLA-GROUP” MMC-nin Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı (hakim Rzayev Kamil) ilə həmin məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından apellyasiya şikayətinin verilməsi müddətinin “KİLA-GROUP” MMC tərəfindən buraxılmasının səbəbi üzürsüz hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. İŞİN HALLARI: İşdə olan sənədlər: Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən “KİLA- GROUP” MMC İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək ona köçürülmüş olan xarici valyutanın dəyərinin – 90586.60 ABŞ dollarının 20 faizi məbləğində cərimə tətbiq edilmiş və həmin inzibati xəta haqqında qərarın surəti həmin günü, yəni ##.##.2025-ci il tarixdə “KİLA-GROUP” MMC-yə məxsus elektron kabinetə yerləşdirilməklə məlumatlandırılmışdır. ”KİLA-GROUP” MMC həmin inzibati xəta haqqında qərardan vaxtında apellyasiya şikayəti verməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra ##.##.2025-ci il tarixdə icraya yönəldilmişdir. “KİLA-GROUP” MMC-nin nümayəndəsi sonradan müddətin bərpasına dair vəsatət verməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə ##.##.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti göndərmişdir. İnzibati xəta haqqında materiala baxan Tərtər Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Qərardadla razılaşmayan “KİLA-GROUP” MMC-nin nümayəndəsi (vəkil) nümayəndə2 şikayət verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “KİLA-GROUP” MMC Tərtər rayonu, Leninabad ev 1, mənzil 1 ünvanında rəsmi qeydiyyata alınsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1965, X1 Mərkəzi, bina 6/5, ofis № */* ünvanında fəaliyət göstərir. Ona görə də sözügedən qərar “KİLA-GROUP” MMC-yə çatmamışdır. Həmçinin, MMC-nin hazırda hüquqşünasının olmaması səbəbindən “Elektron Məhkəmə Sistemi”ndə olan şəxsi kabinetdən də xeyli müddətdir ki, istifadə olunmur. Qərardan isə yalnız bir gün əvvəl təsadüfən məlumatlı olmuş və ertəsi gün tərəflərindən apellyasiya şikayəti verilmiş, yəni şikayət vermək müddəti onlardan asılı olmayan səbəbdən ötürülmüşdür. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən “KİLA-GROUP“ MMC-nin nümayəndəsi (vəkil) nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İnzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ##.##.2025-ci il tarixdə “KİLA-GROUP” MMC-yə məxsus elektron kabinetə yerləşdirilmişdir (cild 1, i.v.86). Bununla da həmin qərardan şikayət vermənin sonuncu günü ##.##.2025-ci il tarixdə başa çatır, lakin MMC tərəfindən həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda şikayət vermə müddəti 6 aydan çox (##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş) ötürülmüşdür. Eyni zamanda iş materialında olan zərfdən göründüyü kimi məhkəmənin sözügedən qərarı “KİLA-GROUP” MMC-nin hüquqi ünvanı Tərtər rayonu, Leninabad ev 1, mənzil 1-ə göndərilmişdir (cild 1, i.v.90). Belə olan halda hazırki iş üzrə “KİLA-GROUP” MMC-nin nümayəndəsi tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar şikayətə əlavə olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlar yalnız formal mülahizələrdən ibarət olduğuna görə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, ona görə də müddətin bərpasına dair verilmiş vəsatət və şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar