Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-323/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, «xxxx” MMC-ni nümayəndəsi Nümayəndə iştirakları ilə, MÜƏYYƏN ETDI: «Azərbaycan Respublikası Mərkəzi Bankı EP ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək ona köçürülmüş olan xarici valyutanın dəyərinin – 36964,97 ABŞ dollarının 20 faizi məbləğində cərimə inzibati tənbehi tətbiq edilmiş və həmin inzibati xəta haqqında qərarın surəti ##.##.2025-ci il tarixdə “xxxx” MMC-yə məxsus elektron kabinetə yerləşdirilməklə çatdırılmışdır. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərarından apellyasiya şikayətinin verilməsi müddətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən buraxılmasının səbəbi üzürsüz hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilməsi barədə vəsatəti təmin edilməməsi qərara alınmışdır. Inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərardadı qəbul etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Işin faktiki halları ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC xeyli müddətdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ## ### 2023-cü il tarixində MMC tərəfindən məhsulların alınması üçün Türkiyə Respublikasına 36964.97 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Üstündən cəmi bir neçə gün keçdikdən sonra isə ödənilmiş pulların əvəzində həmin dəyərdə mal göndərilmiş və həmin mallar dərhal gömrük bəyənnaməsi ilə rəsmiləşdirilmişdir. Yəni ödədiyimiz pulun məbləğində bizə mal göndərilmişdir. ## ### 2023-cü il tarixində MMC tərəfindən məhsulların alınması üçün Türkiyə Respublikasına 36964.97 ABŞ dollarıməbləğində pul köçürülmüşdür. Üstündən cəmi bir neçə gün keçdikdən sonra isə ödənilmiş pulların əvəzində həmin dəyərdə mal göndərilmiş və həmin mallar dərhal gömrük bəyənnaməsi ilə rəsmiləşdirilmişdir. Yəni ödədikləri pulun məbləğində onlara mal göndərilmişdir. Göründüyü kimi məhkəmənin qərarda göstərdiyi kimi, alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması halı baş verməmişdir. Buna baxmayaraq, məhkəmə tamamilə qanunsuz və əsassız olaraq, heç bir əlavə araşdırma aparmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 36964.97 ABŞ dollarıməbləğinin 20 %-i miqdarında cərimə edilməsi barədə qərar qəbul etmişdir. 7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Prosessual hüquq norması Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması halı baş verməmişdir. Buna baxmayaraq, məhkəmə tamamilə qanunsuz və əsassız olaraq, heç bir əlavə araşdırma aparmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 36964.97 ABŞ dolları məbləğinin 20 %-i miqdarında cərimə edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa, sözügedən qərarın qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, bu günə kimi onu rəsmi qaydada almamış, bu səbəbdən də ondan şikayət vermək hüquqları süni şəkildə məhdudlaşdırılmışdır. Ona görə də sözügedən qərardan yalnız indi şikayət verməli olmuşlar. Bildirmək istəyir ki, apellyasiya şikayəti vermək müddəti onlardan asılı olmayan səbəblərdən buraxılmışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ünvan 1 ünvanında rəsmi qeydiyyata alınsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1965, X1 Mərkəzi, bina 6/5, ofis № */* ünvanında fəaliyət göstərir. Ona görə də sözügedən qərar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatmamışdır. Həmçinin, şirkətin hazırda hüquqşünasının olmaması səbəbindən “Elektron Məhkəmə Sistemi”ndə olan şəxsi kabinetdən də xeyli müddətdir ki, istifadə olunmur. Qərardan isə yalnız bir gün əvvəl təsadüfən məlumatlı olmuş və ertəsi gün tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Yəni şikayət vermək müddəti onlardan asılı olmayan səbəbdən ötürülmüşdür. Ona görə də tamamilə haqlı olaraq sözügedən qərardan apellyasiya şikayəti vermək müddətinin buraxılması səbəbinin üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpasını mümkün hesab edərək apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi üçün məhkəməyə vəastətlə müraciət etmişlər. Yuxarıda qeyd etdiyi kimi, apellyasiya şikayəti vermək müddəti onlardan asılı olmayan səbəblərdən buraxılmışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ünvan 1 ünvanında rəsmi qeydiyyata alınsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1965, X1 Mərkəzi, bina 6/5, ofis № */* ünvanında fəaliyət göstərir. Ona görə də tamamilə haqlı olaraq sözügedən qərardan apellyasiya şikayəti vermək müddətinin buraxılması səbəbinin üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpasını mümkün hesab edərək apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmişdik. Buna baxmayaraq, məhkəmə tamamilə əsassız olaraq vəsatətin təmin edilməməsi barədə qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, sözügedən qərar qəbul edilən zaman məhkəmə tərəfindən yuxarıda qeyd edilən halların heç biri aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Apellyasiya məhkəmə iclasında «xxxx” MMC-ni nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, hazırkı iş üzrə şikayətçi «xxxx” MMC şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin üzrsüz səbəblərdən buraxılması barədə hər hansı tutarlı və ya təkzibedilməz faktları vəsatətə əlavə etməmişdir. Birinci insansiya məhkəməsi işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, “xxxx” MMC sözügedən qərarı aldıqdan sonra 10 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməmiş, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC müddətin bərpasına dair vəsatətinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir mötəbər sübut əlavə etməmiş, nə də ki, məhkəmə iclasında belə bir sübutu təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında vəsatəti müdafiə etsə də, onun qeyd etdiyi xüsusatlar da müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsas vermir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, vəsatət əsaslandırılmamışdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, sözügedən qərar ##.##.2025-ci il tarixdə “xxxx” MMC-yə məxsus elektron kabinetə yerləşdirilməklə çatdırıldığından həmin qərardan apellyasiya şikayəti ##.##.2025-ci il tarixinədək verilməli idi. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müddətin bərpasına dair vəsatəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. «xxxx” MMC-nin dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-323/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-323/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver