Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-325/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Göygöl rayon Icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Azərbaycan Respublikası IXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanunsuz əsassız və ədalətsiz olduğundan ləğv edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, mən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Israyil oğlu və Zərərçəkmiş şəxs 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahımızdan ## #### 2009-cu il tarixində X2, ## ###### 2011-ci ildə X3, ## #### 2015-ci il tarixində isə X4 dünyaya gəlmişlər. Sonradan şəxsi münasibətlərinin pozulması səbəbindən ayrılmaq qərarına gəlmişlər. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən aramızda bağlanmış nikah pozulmuşdur. Daşkəsən rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən, Zərərçəkmiş şəxs iddiası qismən təmin edilmiş ve Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən onun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına qeydiyyata alınmış Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində Zərərçəkmiş şəxs payı müəyyən olunması qərara alınmışdır. Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən, Zərərçəkmiş şəxs iddiası təmin edilmiş və "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013008961 olan çıxarışla Zərərçəkmiş şəxs ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinin texniki ölçülərinin götürülməsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı vƏ Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi Idarəsinin əməkdaşlarına edilmiş cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Ələsgərov Israyıl Mikayıl oğlu və X5 tərəfindən yaradılan maneələr aradan qaldırılması qərara alınmışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 3(5-124)- ***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Bu səbəblə də, sözügedən Qərar ləğy edilməlidir. O və Zərərçəkmiş şəxs birlikdə yaşaya bilmədikləri, yəni bir sözlə yola gedə bilmədikləri üçün boşanmışlar. Bu o deməkdir ki, onların bir evdə yaşaması qeyri-mümkündür. Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs yaşadıqları evə köçürülməsinin qərara alınması qəbuledilən deyildir. Bunun icrası qeyri-mümkündür. Onlar bir yerdə yaşaya bilsə idilər zatən boşanmazdılar. Birinci instansiya məhkəməsi bu nüansı nəzərə almalı idi. Belə ki, "Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2024cü il tarixli, */**** saylı Qərarının 6.16-cı bəndinə əsasən, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması aydınlaşdırılmalıdır. Mövcud mübahisədə məhkəmə baxmalı idi ki, tərəflərin birgə yaşaması mümkündür yoxsa deyil. Mübahisənin məğzi payın tanınması ilə deyil, bölgünün həyata keçirilməsi ilə bağlıdır. Yəni başqa sözlə, o icrası mümkün olmayan bir qətnaməyə görə cəzalanmışdır. Bu əsla qəbuledilən deyildir. Məlumdur ki, hüquq o zaman ağlabatandır ki, onun təcrübədə tətbiqi mümkün olsun. Əgər bir hüquqi mövqe təcrübədə tətbiq edilə bilərsə, onun heç bir mənası yoxdur. Mövcud mübahisədə, əgər o və Zərərçəkmiş şəxs boşanmışlarsa, bu o deməkdir ki, onlar birlikdə yola gedə bilmirlər. Bu halda məhkəmənin belə bir qətnamə qəbul etməsi qəbuledilməzdir. Əlavə olaraq, Göygöl Rayon Məhkəməsinə müvafiq əmlaklar Zərərçəkmiş şəxs və onun arasında satılıb bölünməsi ilə bağlı iddia qaldırılmışdır. Qeyd edilənlərə əsasən, Göygöl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarı ləğv edilməlidir. Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi, Göygöl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013008961 olan çıxarışla Zərərçəkmiş şəxs ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinin texniki ölçülərinin götürülməsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi Idarəsinin əməkdaşlarına edilmiş cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Ələsgərov Israyıl Mikayıl oğlu və X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013008961 olan çıxarışla Zərərçəkmiş şəxs ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə maneəsiz giriş-çıxış təmin olunmaqla Zərərçəkmiş şəxs və ##.##.2009-cu il təvəllüdlü qızı X2 ilə birlikdə köçürülmələri qət edilmişdir. Iş materiallarında olan Göygöl Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- ***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraat başlanmışdır. Iş materiallarında olan Göygöl RIPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ½ hissədə mülkiyyətində olan Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsindəki evə giriş-çıxışı təmin olunmaqla uşağı ilə birlikdə köçürülməlidir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Göygöl RIPŞ-nə vermiş olduğu izahatında göstərmişdir ki, icra sənədindən xəbərdardır. Icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən tələbkar Zərərçəkmiş şəxs qeyd olunan Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mənzilə ##.##.2025-ci il tarixdə köçürülmüş və bu barədə akt tərtib olunmuşdur, lakin sonradan o mənzilin giriş-çıxış qapısının açarlarını dəyişdirmiş və tələbkarın mənzilə girişini qadağan etmişdir. Çünki məhkəmədə başqa iddia ilə bağlı məhkəmə prosesi olacaqdı və onun nəticəsini gözləyir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, AR Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzində texnik işləməsini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və həmin inzibati xətaya görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-325/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-325/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver