Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-328/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - İsmayılov Pərviz Nəsrəddin oğlunun iştirakları ilə İsmayılov Pərviz Nəsrəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Xidməti tərəfindən İsmayılov Pərviz Nəsrəddin oğlu barəsində İXM-nin 192.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ondan ötrü ki, İsmayılov Pərviz Nəsrəddin oğlu X6 minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı ödəmiş, bununla da İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İsmayılov Pərviz Nəsrəddin oğlu şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim L.Ə.Xanməmmədova) şikayət təmin edilərək İsmayılov Pərviz Nəsrəddin oğlu barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və onun barəsində İXM-nin 192.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və İsmayılov Pərviz Nəsrəddin oğlunun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmadan, təkcə təqdim edilmiş hesabatlarla müəyyən etmişdir ki, işçilərə minimum əmək haqqı ödənilir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə "Əmək və Məşğulluq" altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əmək haqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin "b" bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Xidmətin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. Göründüyü kimi İsmayılov Pərviz Nəsrəddin oğlu tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. İsmayılov Pərviz Nəsrəddin oğlu tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində təsbit olunan tələblərin yerinə yetirilməməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqının verilməsi səbəbindən, nəticədə İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyi pozulmaqla əmək münasibətlərinə ziyan vurulmuşdur. İsmayılov Pərviz Nəsrəddin oğlunun təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. İsmayılov Pərviz Nəsrəddin oğlu tərəfindən İXM-nin 192.3-cü maddəsinin tələblərinin pozulması və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır”. Apellyasiya baxışı zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarının ləğv edilməsini, İsmayılov Pərviz Nəsrəddin oğlunun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - İsmayılov Pərviz Nəsrəddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar olmadığını göstərərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: X5 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İsmayılov Pərviz Nəsrəddin oğlu X6 minimum əmək haqqından aşağı məbləğdə əmək haqqını ödədiyindən İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, sahibkar İsmayılov Pərviz Nəsrəddin oğlu ilə işçi X6 arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçi X6 aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. ##.##.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X1 şəhəri Nizami küçəsi 17 ünvanında yerləşən “Damat” geyim mağazasını icarəçi İsmayılov Pərviz Nəsrəddin oğluna 150 manat müqabilində icarəyə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, X6 2025-ci ilin yanvar ayından dekabr ayınadək hər ay 400 manat əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi İsmayılov Pərviz Nəsrəddin oğlunun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinin arayışına əsasən belə qənaətə gəlmişdir ki, o, X6 400 manat əmək haqqı ödəmişdir, bu da minimum əmək haqqı məbləğindən aşağı deyildir. Həmçinin inzibati qərarın qəbul edilmə əsası kimi vəzifəli şəxs tərəfindən elektron sistemdə əmək haqqı məbləğinə düzəlişin edilməməsi dəlilinə münasibətdə qeyd edilmişdir ki, İXM-nin 192.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətinin yaranması üçün vəzifəli şəxsin elektron sistemdə əmək haqqı məbləğinə düzəlişin edilməməsi nəzərdə tutulmadığından həmin maddə ilə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi də şikayətin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən İsmayılov Pərviz Nəsrəddin oğlunun İXM-nin 192.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və İsmayılov Pərviz Nəsrəddin oğlunun İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: İsmayılov Pərviz Nəsrəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-328/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-328/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver