Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-329/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Vəliyev Kazım) ilə ##.##.1996-cı ildə Goranboy rayonu, Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 3cü qrup əlil, himayəsində azyaşlı övladı olan, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, əməlində İXM-in 510.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından barəsində tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 510.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilmiş, həbsetmənin əvvəli ## ### 2026cı il tarixdən, saat 13:30-dan hesablanmışdır. İŞİN HALLARI: İşdə olan : ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə 11:00 radələrində xidməti ərazisi olan Goranboy şəhəri, Heydər Əliyev prosbektində İTB-nin sahənin polis nəfərləri R Vəfadar Rüstəmli və R Nicat Nəbiyev ilə birlikdə xidmətdə olan zaman, Goranboy rayon Mərkəzi Xəstəxanasının qarşısında bir qrup icra hakimiyyəti işçiləri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmış, yaxınlaşan zaman Goranboy rayonu, Veyisli kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə köşk qoyaraq meyvə-tərəvəz satıb küçə ticarəti ilə məşğul olduğunu görmüşlər, onlar həmin şəxsə özlərini təqdim edib ona İXM-nin 454-cü maddənin tələblərini pozduğunu deyib köşkü buradan götürərək rayon icra hakimiyyəti tərəfindən malların satışı üçün xüsusi ayrılmış bazarda mallarını satmasını izah edən zaman sonuncu uca səslə nalayiq ifadələr ilə söyüb qışqırmağa başlamış, onlar icra hakimiyyəti ilə birlikdə həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamağı tələb etsələr də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz qərəzli hərəkətlərinə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi RPŞ-nə gətirərək NH-nə təhvil vermişlər. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir; ## ### 2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixdə Goranboy rayonu, Veyisli kənd sakini ##.##.1996-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Goranboy RMX-nın qarşısında ##.##.2026-cı il tarixdə qanunsuz olaraq köşk yerləşdirməsi və orada antisanitar şəraitdə, mənşəyi məlum olmayan meyvə tərəvəz satmaqla, qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün rayon İcra Hakimiyyətinin sektor müdiri, şəhər bələdiyyəsinin sədri və şəhər icra nümayəndəsi olaraq onlar həmin əraziyə yaxınlaşmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə söhbət aparmış, qanunsuz köskün götürülməsini və qanunsuz küçə ticarəti ilə məşğul olmasına son qoymasını ona izah etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətlərinə yol vermiş və onların vəzifə borcunu yerinə yetirməyə imkan verməmişdir. Ərazidə yersiz səs-küy yaradaraq ictimai asayişi ciddi şəkildə pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı təqdim edilən sənədlər: -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyi üçün “Suqovuşanın azad olunması“ və “Vətən müharibəsi iştirakçısı“ medalları ilə təltif edilmiş, “Müharibə veteranı vəsiqəsi“nə layiq görülmüşdür. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən 6 “Fəxri Fərman“ və bir “Təşəkkür Məktubu“na layiq görülmüşdür. Ambulator kitabçadan edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2-ci Qarabağ müharibəsi zamanı almış kəllə-beyin travması nəticəsində “Şəxsiyyət pozuntusu, affektiv epizodlar, intihar cəhdləri“ ilə diaqnozu müalicə olunur. Azərbaycan Repsublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ##.##.2027-ci il tarixədək üçüncü dərəcəli (35%) əlildir; İnzibati xəta haqqında materaiala baxan Goranboy Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ikinci Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona köməklik edilməsi ilə bağlı Goranboy RİH-nə dəfələrlə müraciətlər etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailəsinin maddi ehtiyaclarını ödəmək üçün Goranboy RMX-nın qarşısında meyvə-tərəvəz satmaqla məşğul olmuşdur. O, satışla bağlı fəaliyyətini həyata keçirmək üçün xəstəxananın qarşısında kiçik ticarət obyekti quraşdırmaq istəmiş, lakin bu zaman Goranboy RİH-nin nümayəndələri bunun qanunsuz olduğunu bildirərək ondan fəaliyyətini dayandırmağı tələb etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi imkanı olmadığından kiçik ticarət fəaliyyətini həmin ərazidə apardığını bildirmişdir. Bununla bağlı dəfələrlə Goranboy RİH-nə müraciət etsə də onun müraciətinə baxılmadığını bildirərək ona yaxınlaşan İHK nümayəndələrinə "Vətən Müharibəsi" iştirakçısı olduğuna görə ona köməklik edilərək şərait yaradılmasını xahiş etmişdir. Lakin Goranboy RİH-nin nümayəndələri çox sərt şəkildə ona irad bildirmişlər və o, da buna görə həmin nümayəndələrə öz etirazını bildirmişdir. Daha sonra əraziyə polis əməkdaşları əməkdaşları gəlmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə aparmışlar. Polis Şöbəsinə gedəndə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbini pozmamışdır. Qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o, göstərdi ki, törətdiyi əməldən peşmandır. Belə ki, o, ailənin yeganə qazanc gətirən şəxsidir, ailəlidir, himayəsində azyaşlı övladı var. Bazarda köşk açmaq üçün dəfələrlə Goranboy RİH-nə dəfələrlə müraciət etsə də, lakin müraciətinə qeyd edilən yerdə köşkün açılmasının mümkün olmadığını və ona alternativ yerdə açılmasının mümkün olmadığı qeyd edilmişdir. Buna görə də, bazarda köşk açmış, lakin köşkün içində heç nə olmamış və sata bilməmişdir. İcazə verilmədiyi üçün o, əsəbiləşərək ictimai yerdə möhkəm danışmış, səsini eşidən polis əməkdaşları onu xidməti maşınlarına əyləşdirib polis şöbəsinə aparmışlar. Polis əməkdaşlarına heç bir fiziki təzyiq göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Verilmiş suallara cavab olaraq göstərdi ki, ikinci Qarabağ müharibəsində iştirak etdiyi üçün beynində qəlpə qalıqları var və ona görə də 3-cü dərəcəli əlilldir, şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkir, bir neçə medal ilə təltif edilmiş və fəxri fərmanlara layiq görülmüşdür, müharibə veteranıdır, Gəncə şəhərində və Bakı şəhərində, Maştağa qəsəbəsində yerləşən ruhi əsəb xəstəxanalarında müntəzəm müalicə almaqla xəstəliyinə görə dərman içir. Qaynı da Vətən müharibəsində iştirak etmiş və şəhid olmuşdur. Bir daha belə bir hərəkət etməyəcəkdir. Məhkəmyə təqdim olunmuş ****** nömrəli vəsiqənin kserosurətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qayınatası X1 və qayınanası X2 şəhid ailəsinin üzvüdürlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair iş materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməli və Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı tətbiq edilən inzibati tənbeh hissəsində dəyişdirilməlidir. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etsə də, lakin törədilmiş əmələ tətbiq edilən inzibati tənbeh hissəsini ağır hesab edərək dəyişdirilməsini aşağıdakı əsaslara görə düzgün hesab edir. Belə ki, məhkəmə iclası zamanı təqdim edilən sənədlərdən və izahatdan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən peşmandır, himayəsində bir azyaşlı övladı var, ailənin yeganə qazanc gətirən şəxsidir, 2-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyi üçün o, “Suqovuşanın azad olunması“ və “Vətən müharibəsi iştirakçısı“ medalları ilə təltif edilmiş, “Müharibə veteranı vəsiqəsi“nə, 6 “Fəxri Fərman“ və 1 “Təşəkkür Məktubu“na layiq görülmüş, 2-ci Qarabağ müharibəsi zamanı almış kəllə-beyin travması nəticəsində “Şəxsiyyət pozuntusu, affektiv epizodlar, intihar cəhdləri“ diaqnozu qoyulmuş, hazırda xəstəliyə görə müalicə alır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli (35%) əlil, qaynının şəhid olmasını və qayınata və qayınanasını şəhid ailəsinin üzvləri olmasını apellyasiya məhkəməsi yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti barəsində yuxarıda qeyd edilən xüsusatları nəzərə almadan barəsində inzibati həbs tətbiq etmişdir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi xətanın ictimai təhlükəlilik dərəcəsini və xarakterini, barəsində qeyd olunan yüngülləşdirici halların kifayət qədər olmasını və əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını, eyni zamanda 3 gün inzibati həbsdə olmasını da nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş 08 (səkkiz) gün müddətinə inzibati həbs 100 (yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbehlə əvəz edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilən hallara hüquqi qiymət verərək, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı təyin edilmiş inzibati tənbeh hissəsində dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilsin. İXM-nin 31.4-1-ci maddəsinin tələbinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 100 (yüz) manat məbləğində inzibati cərimə tənbehinin icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-329/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-329/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver