Məhkəmə qərarları › İş №3(3-7)-330/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-330/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-330/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün ## ##### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və onlara əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 350 manat dəyərində olan “Honor X9B” markalı mobil telefonu oğurlamışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, Inzibati həbsin əvvəli ## ##### 2026-cı il, saat 17:45-dən hesablanması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının qanunsuz əsassız və ədalətsiz olduğundan ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından narazıdır. Odur ki, qeyd olunanlara əsasən, onun işinə yenidən baxılmasını və cəzasının çəkilməmiş hissəsindən azad edilməsini, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1567/2026 qərarının ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 15 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının həyətində olan zaman Zərərçəkmiş şəxs məxsus “Honor X9B” markalı mobil telefonu oğurlamaqla Zərərçəkmiş şəxs 350 manat məbləğində ziyan vurmuşdur. Yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Iş materiallarında olan, “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 350 manat dəyərində olan “Honor X9B” markalı mobil telefonun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən gizli yolla oğurlanması barədə AR IXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. Iş materiallarında olan, “Inzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə ##.##.2026-cı il tarixdə, saat 17:45-də inzibati qaydada tutulmuşdur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi törətdiyi əməli etiraf etməklə peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227- ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi, yəni iş üzrə icraata xitam verilməsi üçün heç bir hüquqi əsas müəyyn olunmur. Birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və həmin inzibati xətaya görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar