Məhkəmə qərarları › İş №3(3-7)-331/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-331/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-331/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Cəbiyev İlyas Nəbi oğlunun, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli etibarnamə üzrə nümayəndəsi hüquq məsələləri üzrə baş məsləhətçisi X3 iştirakları ilə Cəbiyev İlyas Nəbi oğlunun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cəbiyev İlyas Nəbi oğlu ##.##.2025-ci il tarixdə saat 17:27 radələrində Tərtər şəhərində yerləşən Avtovağzalın həyətində məişət tullantılarını qalaqlayıb yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl etməmiş, ona görə də onun tərəfindən İXM-nin 271-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmiş və 500 manat cərimə edilmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Rzayev Kamil) ilə Cəbiyev İlyas Nəbi oğlunun şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X1 qəbul etdiyi ##.##.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar və inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında ##.##.2026-cı il tarixli Qərarın ləğv edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İş materialında olan sənədlər: ##.##.2025-ci il tarixli sənədin surətindən görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan Tərtər rayon ərazisində keçirilən reyd zamanı Tərtər rayonu Heydər Əliyev prospekti ünvanında yerləşən Avtovağzal kompleksinin həyətyanı ərazisində məişət tullantılarını qalaqlanması və bir nəfər şəxs tərəfindən yandırılması zamanı aşkar edərək həmin şəxsə yaxınlaşaraq məişət tullantılarını yandıran şəxslə sorğu apararkən özünü şifahi olaraq Avtovağzal kompleksinin işçisi kimi Cəbiyev İlyas Nəbi oğlu olaraq təqdim etmişdir. Cəbiyev İlyas Nəbi oğluna məişət tullantılarını qalaqlanması və yandırılmasının qanunsuz olduğu izah edilərkən onlara ikinci şəxs yaxınlaşaraq özünü şifahi olaraq Avtovağzal kompleksinin direktoru kimi təqdim edən şəxs həmin məişət tullantılarının yandırılmasına onun tərəfindən göstəriş verildiyini bildirdi və ərazini tərk etmək tələb edildi. Cəbiyev İlyas Nəbi oğlu Azərbaycan Respublikasının İstehsalat Tullantılar haqqında Qanunun tələblərini pozaraq inzibati xəta törətmişdir. Yuxarıda qeyd edilən faktlarla bağlı fotoşəkillər çəklimişdir. ##.##.2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Tərtər şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Avtovağzal kompleksinin həyətində məişət tullantılarının Cəbiyev İlyas Nəbi oğlu tərəfindən yandırılması faktı aşkar edimiş, ##.##.2025-ci il tarixdə saat 17:27 radələrində nəticə də onun tərəfindən İXM-in 271-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt ##.##.2025-ci il tarixli ***** saylı AKT və ərazidən çəkilmiş fotoşəkillər ilə təsdiq edilmişdir. Fiziki şəxs Cəbiyev İlyas Nəbi oğlu heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Eləcə də protokolda Cəbiyev İlyas Nəbi oğluna bu barədə hüquqları inzibati protokol tərtib etmiş şəxs tərəfindən izah edilmiş, lakin protokola səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Protokolun surəti Cəbiyev İlyas Nəbi oğluna götürməsini təklif edilmiş, lakin səbəb göstərmədən protokolu götürməkdən imtina etmişdir. ##.##.2025-ci il tarixli ****** saylı inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə qərardadın surətindən görünür ki, ##.##.2025-ci il tarixdə İdarənin əməkdaşları tərəfindən araşdırma aparılmış, inzibati xəta faktı aşkar edilmiş və bu barədə tərtib edilmiş ##.##.2025-ci il tarixli ***** №-li aktı, İXM-nin 271-ci maddəsinə əsasən ünvan 1 ünvanında yaşayan Cəbiyev İlyas Nəbi oğlu barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə də Cəbiyev İlyas Nəbi oğlu barəsində inzibati işə baxılması üçün ##.##.2025-ci il tarixədək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bunasında baxılması təyin edilməli və Cəbiyev İlyas Nəbi oğlunun işin baxılmasında iştirak etməsi üçün çağırılması qərara alınmışdır. ##.##.2025-ci il tarixdə Cəbiyev İlyas Nəbi oğluna ünvanlanmış məktubun surətindən görünür ki, İlyas Cəbiyevə İXM-nin 271-ci maddəsi ilə tərtib olunmuş, inzibati materialların baxılması üçün ##.##.2025-ci il tarixədək iştirak etməsi xahiş olunmuşdur. Eləcə də İlyas Cəbiyevə qeyd olunan tarixədək işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə qanunvericiliyin tələbinə əsasən işə iştirakı olmadan baxılacağı bildirilmişdir. ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərara əsasən 500 manat cərimə və 300 manat dəbbə məbləğinin, cəmi 800 manat vəsaitin ünvan 1 ünvanında yaşayan Cəbiyev İlyas Nəbi oğlundan alınıb İdarənin bank hesabına ödənilməsinə dair Qərar icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli qərarı *-**-**/*-***/**** nömrəli məktubla Cəbiyev İlyas Nəbi oğluna göndərilmişdir. Xəbərnamənin təsdiq edilmiş surətindən görünür ki, ##.##.2026-cı il tarixli qərarı *-**- **/*-***/**** nömrəli məktubunu Cəbiyev İlyas Nəbi oğlu xəbərnaməyə imza edilərək məktubu qəbul etmişdir. ##.##.2026-cı il tarixli 6-İP/4826-003 saylı məktubdan görünür ki, Tərtər Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun və görülmüş tədbirin nəticəsi barədə İdarəyə məlumat verilməsi xahiş olunmuşdur. Fotoşəkilin surətində tullantı qalıqlarının yandırılması, tüstüləndiyi və yaxınlıqda olan oturacaqda Cəbiyev İlyas Nəbi oğlunun əyləşdiyi əks olunmuşdur. Seriya AA № ****** nömrəli məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Cəbiyev İlyas Nəbi oğlu 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. M/V № ****** nömrəli vəsiqəsinin surətindən görünür ki, Cəbizadə Elşən İlyas oğlu Qarabağ Müharibəsi veteranıdır. Apellyasiya məhkəməsi iclasında təqdim edilmiş fotoşəkilin surətindən görünür ki, ərazidə tullantı qalıqları və yarpaq xəzanları yandırılmış, tüstüləndiyi və yaxınlıqda olan oturacaqda Cəbiyev İlyas Nəbi oğlunun əyləşdiyi əks olunmuşdur. İnzibati xəta haqqında materiala baxan Tərtər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İlyas Cəbiyev apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Tərtər rayonu Avtovağzalının həyətində evinə su aparmaq üçün növbəyə durmuş, tanımadığı vəzifəli şəxs ona arxadakı yarpaq xəzəlinin yandırılmasını xahiş etmiş və o da heç bir şey anlamayaraq həmin xəzəli yandırmışdır. Həmin adam onun xəbəri olmadan onun şəklini çəkib ona dedi ki, narahat olmasın bu şəkil onlara lazımdır. Həmin adam sonra ona dedi ki, o, onlara desin ki, bu xəzəli ona yandırmağı avtovağzalın rəhbəri demişdir. O da bu təklifə razı olmamış, ona görə barəsində qərar qəbul edilmişdir. Halbuki, həmin yarpaq xəzəlinin yandırılmasında onun təqsiri yoxdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İlyas Cəbiyev şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, yarpaq xəzəllərini yandırmaqda özünü təqsirli bilir. Həmin yerdə onları yandırmaq olmadığını bilməmişdir. Barəsində tətbiq olunmuş cərimə ödənişindən bugünki günədək ödəniş olmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Anar Süleymanov şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, inzibati tənbeh vermə haqqında qərarın və məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, İlyas Cəbiyev tərəfindən hadisədən əvvəl bir dəfə qeyd edilən yerdə yarpaq xəzəllərini yandırması ilə bağlı tərəflərindən xəbərdarlıq olunmasına baxmayaraq, o, buna məhəl qoymaraq yenidən həmin yerdə yarpaq xəzəllərini yandırmış, həmin yanğınla bağlı fotoşəkili məhkəməyə təqdim edir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, təqdim edilmiş fotoşəkil, digər mötəbər sənədlər və İlyas Cəbiyev tərəfindən verilmiş etirafedici izahatdan göründüyü kimi onun tərəfindən ##.##.2025-ci il tarixdə Tərtər şəhər yerləşən Avtovağzalın həyətində məişət tullantılarını qalaqlayıb yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İlyas Cəbiyev tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlilləri sübut edən mötəbər sübutlar təqdim olunmadığına görə hazırda inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə İlyas Cəbiyevin İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar