Məhkəmə qərarları › İş №3(3-7)-332/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-332/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-332/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 42-ci kilometrliyində, Bakı şəhəri Qaradağ rayonu ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin yol-patrul avtomobili tərəfindən mobil radar qurğusu vasitəsi ilə aşkar edilmiş və həmin yol hərəkəti pozuntusu nəticəsində ona tərtib edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim T.M.Ələkbərov) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-129)-**/**** №-li qərarında göstərilib ki, BDYPİ-ya məxsus “BMW” markalı, ** YP *** dövlət nömrə nişanlı patrul avtomobilinin üzərində quraşdırılan VVC-MC800P tipli Smartradar markalı "E-patrol" sürətölçən cihazıdır. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.2013-cü il tarixli ***-IVQ nömrəli Qanununa əsasən dövlət standartlaşmasından keçirilməsi və hansı tarixdə neçə nömrəli şəhadətnamə nömrəsi ilə seftifikatlaşdırılması göstərilməyib. Onu da qeyd edir ki, şikayət ərizəsində qurğunun seftifikatlaşdırılmasını mübahisələndirməmişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, ona inzibati protokol tərtib olunarkən İXM-nin 100.1.8-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, İXM-nin 100.1.8-nə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda qeyd olunmalıdır. Lakin, göründüyü kimi bunların heç biri protokolda qeyd olunmayıb və bu da tərtib olunmuş protokolun əsassız olduğunu sübut edir, ona İXM-nin 328.2-ci maddəsi ilə 50 manat cərimə, 2 cərimə balı qanunsuz yazılmışdır. Yəni bu hal məhkəmə tərəfindən sorğu ilə müəyyən olunmamalıdır, birbaşa inzibati xəta haqqında protokolda göstərilməlidir. Hətta məhkəmənin qərarında da qurğunun yoxlamadan keçirmə tarixi və növbəti yoxlamadan keçiriləcəyi tarix göstərilməmişdir. Xocalı Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VII bəndinə əsasən “Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Bildirir ki, həmin radar fəaliyyəti qanunla müəyyən edilmiş məsafə nəzərə alınmadan sürət həddini ölçmə işi aparılırdı. Bu barədə sübut kimi ona inzibati xəta haqqında protokol tərtib olunmuş ərazidə yerləşən yol nişanlarının yerləşmə məsafəsinin video görüntüsünü məhkəməyə təqdim etmişdir. Lakin Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, (5-129)-**/**** №-li Qərarında həmin sübut tədqiq edilməmiş və ona münasibət bildirilməmişdir. Sadəcə olaraq məhkəməyə həmin video görüntünün təqdim edildiyini bildirməklə kifayətlənmişdir. Məhkəmənin qərarında istinad etdiyi normaların “X3” Azərbaycan Respublikasının Qanununun radar fəaliyyətinin həyata keçirilməsi və tənzimlənməsi hissəsinə aidiyyəti yoxdur. Radar fəaliyyətinin necə aparılması bu Qanunun 50-ci maddəsinin VII bəndində göstərilib. Ancaq video görüntüdən də məlum olur ki, həmin radar fəaliyyəti “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VII bəndini pozmaqla qanuna zidd aparılmışdır. İXM-nin 76.2-nə əsasən Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Eyni zamanda Yol hərəkəti üzrə tanınmış ekspertlər Ərşad Hüseynovun və Azər Quliyevin bu məsələ ilə bağlı açıq mənbələrdə, mətbuat səhifələrində çoxsaylı rəyləri və şərhləri vardır. Onlar da bu sahədə ekspert-mütəxəssis olaraq qeyd edirlər ki, bu cür yazılmış radar cərimələri qanunsuzdur və ləğv edilməlidir. Bundan başqa məhkəmə təcrübəsinə baxılsa bu qəbildən olan minlərlə qərar məhkəmələr tərəfindən ləğv edilib. Yeni bir vətəndaşa qarşı qanunun bir mənada digər vətəndaşa qarşı isə başqa mənada istinad edilməsi özü doğru hüquq məntiqi deyil. Çünki Qanunlar birmənalıdır. Ziddiyyətlər isə vahid məhkəmə təcrübəsinə əsaslanmalıdır. Bundan başqa belə bir ritorik sual ortaya çıxır. Əgər DYP əməkdaşı istədiyi yerdə radar fəaliyyəti apara bilərsə, “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VII bəndində göstərilən radarların hansı məsafədə quraşdırılması, radar fəaliyyətinin necə aparılması haqqında olan norması neyə lazımdır və hansı hüquqi əhəmiyyət kəsb edir? DİN DYP əməkdaşı məhkəməyə gələrək onun təqsirli olduğunu sübut etməli olduğu halda məhkəməyə gəlməmişdir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 14:19-da “Volkswagen Polo” minik markalı, **VH*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 42-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 23 km/saat həddində aşılmışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 14:19-da “Volkswagen Polo” minik markalı, **VH*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 42-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 23 km/saat həddində aşılmışdır (ərazidəki sürət limiti 70 km/saat, faktiki sürət 93 km/saat, kameranın nömrəsi P250900731). Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş CD diskdəki videogörüntüyə baxarkən məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) öz avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolu ilə hərəkətdə olarkən ##.##.2026-cı il tarixdə inzibati xəta hadisəsi olan yerə doğru hərəkət edir. Hərəkətinə “3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanından başlayır, avtomobilinin məsafə ölçən cihazını sıfırlayaraq inzibati xəta törətdiyi yerə qədər 1,2 kilometr məsafənin olduğunu bildirir. “X3” Azərbaycan Respublikası Qanununun: 50-ci maddəsinin II hissəsinə əsasən nəqliyyat vasitələri: - yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla); - minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürətlə; avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; avtomagistrallarda (o cümlədən ödənişli avtomagistrallarda) - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər; 50-ci maddəsinin VII hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır; 64-cü maddəsinin: VI hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir; VII hissəsinə əsasən 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur; VIII hissəsinə əsasən nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: - 3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar. İş materiallarında olan sübutlarla inzibati xətanın törədildiyi ərazidə “3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılması və sözügedən ərazidə hərəkət sürəti maksimum 90 km/saat olamsı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən “X3” Azərbaycan Respublikası Qanununun tələbinə görə (64-cü maddəsinin VI hissəsi) həmin nişanın qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş görüntüdə isə həmin yol nişanının qüvvəsini itirməsinə dair hər hansı hala rast gəlinməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanından inzibati xətanın törədildiyi əraziyə qədər 2 kilometr məsafənin olmasına, bununla da “X3” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin VII hissəsinin tələblərinin pozulmasına dair qeyd edilənlərə münasibətdə qeyd etmişdir ki, sözügedən hal özü-özlüyündə inzibati xəta hadisəsinin törədilməsini istisna etmir və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Xocalı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar