Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-333/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 12:46-da “Volkswagen Polo” minik markalı, **VH*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 218-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 28 km/saat həddində aşmış, ona görə də Qərardan şikayət verən orqan (şəxs) İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı (hakim Ələkbərov Tural) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İşdə olan sənədlər: -Fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 12:46- da “Volkswagen Polo” minik markalı, **VH*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 218-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 28 km/saat həddində aşılmışdır (ərazidəki sürət limiti 90 km/saat, faktiki sürət 118 km/saat, kameranın nömrəsi P122200382); -CD diskdəki videogörüntülərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) öz avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolu ilə hərəkətdə olarkən ##.##.2026-cı il tarixdə inzibati xəta hadisəsi olan yerə doğru hərəkət edir. Hərəkətinə “3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanından başlayır, avtomobilinin məsafə ölçən cihazını sıfırlayaraq inzibati xəta törətdiyi yerə qədər 2 kilometr məsafənin olduğunu göstərir. İnzibati xəta haqqında materiala baxan Xocalı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Qərarla razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, əvvəla barəsində tərtib olunan protokol İXM-nin 100.1.8-ci maddəsinə tələbinə uyğun deyil, ona görə də həmin protokol əsaslı sübut deyil. Bundan başqa, sözügedən radar fəaliyyəti qanunla müəyyən edilmiş məsafə nəzərə alınmadan sürət həddini ölçmə işi aparırdı. Bu barədə sübut kimi protokol tərtib olunan ərazidə yerləşən yol nişanlarının yerləşmə məsafəsinin videogörüntüsünü məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin görüntünü əsassız hesab etmişdir. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və iş üzrə Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan göründüyü kimi xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, növbəti yoxlamanın keçirilməli olduğu vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi, inzibati xətanın törədildiyi yer, tarix və saat, barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı, vətəndaşlığı, doğulduğu tarix və şəxsiyyətini təsdiq edən seriyası və nömrəsi, fərdi identifikasiya nömrəsi, xətanın mahiyyəti, bundan başqa qərara əlavə edilmiş fotoşəkildən aydın olaraq görünür ki, kameranın nömrəsi, xətanın növü və yeri, tarix və saat, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və avtomobil markası qeyd olunmuşdur. Təqdim olunan videogörüntüyə baxılan zaman sözügedən həmin ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə (64-cü maddəsinin VIII hissəsi) “3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanının qüvvədə olduğu sahənin azaldılmasına dair hər hansı nişanın qoyulmaması xüsusatı müəyyən olunur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-333/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-333/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver