Məhkəmə qərarları › İş №3(3-7)-334/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-334/2026

09.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-334/2026 09.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi - Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1263/2026 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## ### 2026-cı il tarixli MN №******* nömrəli Inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1263/2026 saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, Inzibati həbs etmənin başlanğıcı ## ### 2026-cı il saat 15:30-dan hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münayəndəsi şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1263/2026 saylı qərarının ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin iş üzrə ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməlidir. Bərdə Rayon Icra və Probasiya Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay hər uşağa görə 200 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbkara 1200 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda aliment borcu üzrə yaranmış 1200 (bir min iki yüz) manat pul tam şəkildə tələbkara ödənilmişdir. Hesab edir ki, aliment borcu üzrə yaranmış borc ödənildiyi halda inzibati xəta haqqında qərar ləğv edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə etdi, şikayətin məzmununa uyğun çıxış etdi, borcu ödədiyini, ödəməkdən yayınmadığını, maddi vəziyyətinin ağır olduğiunu bildirdi və iş üzrə icraata xitam verilməsini və həbsdən azad olunmasını xahiş etdi. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1263/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan Bərdə Rayon Məkəməsinin ## ####### 2025-ci il tarixli, e*(***)- ****/**** nömrəli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş ##.##.2023-cü il təvlllüdlü X2 anası Zərərçəkmiş şəxs himayəsində saxlanması, tərflərin birgə nikahdan anadan olan ##.##.2023- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həcmində aliment sonrakı artımlar nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e*(***)-****/**** nömrəli icra sənədinin icra olunması barədə 10 gün müddət müəyyən edilmişdir. Bildiriş ## #### 2026-cı il tarixdə borclu tərəfindən qəbul edilmişdir. Iş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Iş materiallarına əlavə edilmiş “Elektron Icra Sistemi”ndən Çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına heç bir daşınar və daşınmaz əmlak qeydə alınmamış, əmək haqqı, pensiya, təqaüd və ya başqa gəlirləri yoxdur. Iş materiallarında olan Kapital Bank ASC ## ### 2026-cı il tarixli, ***** saylı Qəbzin sürətindən görünür ki, 1200 azn aliment borcu ödənilmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs olan borc tam ödənildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi olmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün əsas qalmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz əksini tapmalıdır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Bərdə Rayon Məkəməsinin ## ####### 2025-ci il tarixli, 2(021)- 3799/2025 icra sənədi üzrə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixində 1200 azn ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs olan borc tam ödənildiyindən, onun hərəkətlərində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi olmadığından barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin maddənin qeydinin tələbinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1263/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlar əsasən və IXM-in 53, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar