Məhkəmə qərarları › İş №3(3-7)-335/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-335/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-335/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən # ###### 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən F.F.Abdullayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bərdə Rayon Məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixdə *(*-***)-*** saylı qərarı əsassızdır. Belə ki, tələbkar daimi uşaqla görüşüb ünsiyyətdə olmuşdur. Sadəcə onun hüquqi savadı olmadığı üçün fikrini çatdıra bilməmişdir ki, o, uşağın atası ilə ünsiyyətdə olmasına etiraz etmir, sadəcə ögey ana o evdə olduğu üçün uşağı onun yanına aparmasına etiraz etmişdir. O, uşağın atası ilə görüşməsinə, ünsiyyətdə olmasına etiraz etməmişdir. Ancaq fikrini çatdıra bilməmişdir, çünki hüquqi savadı yoxdur. Maddi imkanı da olmamışdır ki, vəkildən də məsləhət alsın. Hesab edir ki, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-***-**** saylı qərar ləğv edilməlidir. Bu barədə tələbkarın özü ilə də razılaşmışdır. Hətta icra və probasiya şöbəsində qərardan sonra ata uşağı ilə görüşmüşdür. Sadəcə o, uşağın ögey ananın yanına aparılmasına qarşı olmuşdur, atası ilə ünsiyyətdə olmasına görə yox. Bərdə icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2026-cı il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokol əsassız olduğu üçün həmin protokolun da icraatına xitam verilməsi zəruridir”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, eyni zamanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs artıq barışdıqlarını bildirərək Bərdə Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olmadığını, onunla barışdığını bildirərək apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin tərəfləri dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materiallarında olan: Bərdə rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs ## ###### 2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan axşam saat 22:00 kimi həmçinin bayram günləri daxil olmaqla görüşüb ünsiyyətdə olmaq, müəyyən edilmiş vaxtda cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladı ilə birlikdə rayonda olmadığı zaman öz aralarında razılığa gələrək görüşüb ünsiyyətdə olma vaxtını həftənin digər günləri istənilən saatda əvəz edəcəklərinə dair Zərərçəkmiş şəxs ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış ## ######## 2021-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. ##.##.2025-ci il tarixli (tələbin könüllü icrası haqqında) Bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələbi yerinə yetirməsi üçün 10 gün müddət verilmişdir. ##.##.2025-ci il tarixli Bildirişdən görünür ki, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il taixli, *(***)-****/**** saylı icra sənədi üzrə icra prosesi ##.##.2025-ci il tarixdə saat 10:00 təyin edilməsi barədə bildiriş verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və uşaq ## ###### 2020-ci il təvəllüdlü X1 görüş təyin edilmiş yer olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gəlməmiş, əlaqə saxlanıldıqda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün və uşağın həmin görüş yerinə gəlməyəcəyini bildirmişdir. Borclu uşağı görüş yerinə gətirmədiyindən görüş vaxtı təxirə alınmışdır. ##.##.2025-ci il tarixli Bildirişdən görünür ki, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icra prosesinin ##.##.2025-ci il tarixdə saat 10:00 təyin edilməsi barədə bildiriş verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və uşaq # ###### 2020-ci il təvəllüdlü X1 görüş təyin edilmiş yer olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gəlməmiş, əlaqə saxlanıldıqda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün və uşağın həmin görüş yerinə gəlməyəcəyini bildirmişdir. Borclu uşağı görüş yerinə gətirmədiyindən görüş vaxtı təxirə alınmışdır. ##.##.2025-ci il tarixli Bildirişdən görünür ki, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icra prosesinin ##.##.2025-ci il tarixdə saat 10:00 təyin edilməsi barədə bildiriş verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra sənədinin təmin edilməsi üçün icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı ünvanda olmuşlar. Lakin borclu evin həyət darvazasını bağlayaraq icra sənədinin icrasından yayınmışdır. AA0483005 seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.1997-ci ildə Bərdə şəhərində doğulmuşdur, Kəlbəcər rayonu Hacıkənd Ə/D Hacıkənd kəndində qeydiyyatdadır və Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il taixli, *(***)-****/**** saylı qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələbi könüllü təmin etmədiyindən barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayon Təhsil X4 adına * nömrəli Tam Orta Məktəbin direktoru T.Həmidov tərəfindən verilmiş ##.##.2025-ci il tarixli , *** saylı arayışdan görünür ki, X1 2025/2026 dərs ilində Bərdə şəhəri Alı Mustafayev adına * nömrəli tam orta ümumtəhsil məktəbində 0 ç sinfində oxuyur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatında tələbkar Zərərçəkmiş şəxs övladı X1 ilə tələbkarın yeni ailə qurduğu qadınla yaşadığı evdə qalmaqla görüşməsinə etiraz etdiyini və tələbkarın uşaqla görüş üçün üçüncü yer seçməsini qeyd etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra sənədinin təmin edilməsi üçün icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı ünvanda olmuşlar. Lakin borclu evin həyət darvazasını bağlayaraq icra sənədinin icrasından yayınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, icra sənədinin təmin edilməsi üçün icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, tələbkar Zərərçəkmiş şəxs şənbə günü övladı X1 ilə görüşüb ünsiyyətdə olmuş və Əli tərəfindən Aydın müxtəlif əyləncə mərkəzlərinə aparılmışdır. İcra məmuru tərəfindən Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və o, övladı Aydın ilə görüşdüyünü təsdiq etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş # ###### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs # ###### 2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan axşam saat 22:00 kimi görüşüb ünsiyyətdə olmasına şərait yaratmamışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında işin materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri İXM-nin 528.1-1-ci maddəsinin təsiri altına düşdüyündən birinci instansiya məhkəməsi haqlı olaraq onu İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh etmişdir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cərimə təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən kimi himayəsində azyaşlı övladının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə # ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar