Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-336/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, borclunun barəsində IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş həbs tədbiri haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üç uşağın saxlanılması üçün aylıq aliment tutulması müəyyən edilmişdir. Sonradan ## ##### 2025-ci il tarixli qərardad ilə alimentin məbləği dəyişdirilmiş və hal-hazırda bir uşaq üçün aylıq 200 manat müəyyən edilmişdir. Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli protokoluna əsasən borclunun 9600 manat aliment borcu mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclunun 2026-cı ilin fevral və mart aylarında etdiyi 200 və 300 manat ödənişlər onun məsuliyyətini istisna edir. Bu nəticə qanunsuz və əsassızdır, çünki: Borclunun 9600 manat məbləğində yığılmış aliment borcu vardır. Bu borc uzun müddət ərzində öhdəliyin icra edilməməsinin nəticəsidir. Borclu:uzun müddət ödəniş etməmiş, icra orqanının tələblərinə məhəl qoymamış və yalnız məsuliyyətdən yayınmaq məqsədilə qismən ödəniş etmişdir Bu isə IXM-in 528.1-ci maddəsinin tərkibini tam şəkildə yaradır. Çünki borclu hüquqpozmaya meyilli və qanuna tabe olmağı sevən biri deyildir. Borclu daha əvvəl də inzibati məsuliyyətə cəlb olunmuş və Cinayət Məcəlləsi 306.1-ci maddə ilə məhkum edilmişdir. Bu isə onun davranışının təsadüfi deyil, sistemli və qərəzli olduğunu sübut edir. Borclunun davranışı göstərir ki: · o öhdəliyi könüllü icra etmək niyyətində deyil · yalnız təzyiq olduqda minimal addım atır Bu isə qərəzli yayınmanın klassik nümunəsidir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2026-cı ilin fevral ayında 200 manat, mart ayında 300 manat, aprel ayında isə 250 manat ödəniş etmişdir. Lakin o aliment borcunun hamsının ödənilməsini istəyir, borcun hamsını bir dəfəyə ödəməsi, barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh növü olan inzibati həbs tətbiq olunması haqqında yeni qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2026-cı ilin yanvar ayından 750 manat, fevral ayında 200 manat, mart ayında 300 manat, aprel ayında isə 250 manat ödəniş etmişdir. Fəhlə işləyir, maddi imkanı aşağıdır. Əvvəllər uşaqlardan ikisi onun himayəsində olmuş, işləmək məcburiyyətində olduğundan tələbkarın yanına getmişlər. Imkanı olduqca hər ay ödəniş edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və barəsində olan qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada inzibati xəta haqqında protokolu tərtib edən şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Iş materiallarından olan Bərdə rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(021)- 1814/2021-ci il tarixli icra sənədindən görünür ki, ##.##.2005-ci il təvəllüdlü X2, ##.##.2006-cı il təvəllüdlü X4 və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay, hər uşağa 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ## ### 2021-ci il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 manat dövlət rüsumu alınaraq iddiaçı Əhmədova Jalə Saday qızına ödənilməsi qət edilmişdir. Iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, tələbkar Zərərçəkmiş şəxs ərizəsinin təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya edilməklə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşaq üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması indeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ## #### 2025-ci il tarixdən etibarən başlanması qərara alınmışır. Iş materiallarına əlavə edilmiş Icraata başlamaq haqqında ## ######## 2021-ci il tarixli qərardan və tələbin könüllü ödənilməsi haqqında ## ####### 2025-ci il tarixli bildirişdən və görünür ki, Bərdə rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(021)- 1814/2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən ## ######## 2021i il tarixdə qəbul edilmişdir. Iş materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmün surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Iş materiallarına əlavə edilmiş Bərdə rayon Icra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Əhmədov Ramil Ramiz oğlunun icra sənədləri üzrə 9600 manat aliment borcu yaranmışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X7 filialının ## ###### 2025-ci il tarixli 3- **-*/*-****/**** nömrəli məktubundan görünür ki, filial əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əlaqə saxlanılmışdır, danışıq zamanı vətəndaş orta təhsilli olduğunu, yaşadığı ərazidə işlə təmin olunmaq istədiyini bildirmişdir. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qanuna uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemdə (MEIS) ## ###### 2023-cü il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon Icra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2025-ci il tarixli ** nömrəli məktubundan görünür ki, Otuzikilər kəndinə aid ev təsərrüfatlarının uçot kitabında mövcud olan təsərrüfatında Əhmədov Ramil Ramiz oğlunun adına heç bir malqara qeyd olunmamışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon Icra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Otuzikilər kəndində yaşayır və daimi qeydiyyatdadır, onun barəsində Otuzikilər kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, həmin tarixdə eManat elektron ödəmə sistemi vasitəsilə C***** J***** S***** qızına məxsus kart nömrəsi üzrə 200 manat ödəniş edilmişdir. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, həmin tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə C***** J***** S***** qızına məxsus kart nömrəsi üzrə 300 manat ödəniş edilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, şəxs amnistiya aktının tətbiqi ilə sonra cəzadan azad edildikdən sonra onun tərəfindən tələbkar X3 xeyrinə 2026-cı ilin fevral, mart aylarında müvafiq olaraq 200 və 300 manat ödəniş edilmişdir. Göründüyü kimi, cəzadan azad olunandan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramil oğlu tərəfindən mütəmadi olaraq aliment ödənişi edilmişdir. Ödənişin məbləği vaxtaşırı öhdəliyin (X1 xeyrinə aylıq 200 manat aliment məbləği) icra edilməsi, qalan hissəsinin isə yığılmış borcun hissə-hissə bağlanılmasına yönəlməsi üçün mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyil. IXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddədə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cinayət məsuliyyətindən azad olunduqdan sonra vaxtaşırı ödəniş etməsi “tələbin üzrsüz səbəbdən icra edilməməsi” tərkib əlamətinin mövcudluğunu istisna edir. Apellyasiya məhkəməsi hesab edir ki, tələbkarın şikayətinin təmin olunması və borclunun IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-336/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-336/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver