Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-337/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 510-cu maddəsi ilə olan hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXMnin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, onun Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcələsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəmdə 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi ilə razı deyildir və hesab edir ki, həmin qərar qanunsuz, əsassız və işin faktiki hallarına zidd olmaqla yanaşı, prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir, buna görə də qanunla müəyyən olunmuş qaydada həmin qərardan apellyasiya şikayəti vermişdir. Belə ki, ##.##.2026-cı il tarixində o, həyat yoldaşı ilə birlikdə ailəvi ziyarət məqsədilə, yəni vəfat etmiş qohumlarının məzarını ziyarət etmək üçün Bərdə şəhəri, Bakı küçəsi istiqamətində hərəkətdə olarkən polis əməkdaşı X1 tərəfindən saxlanılmış və polis əməkdaşının qanuni tələbinə dərhal və heç bir etiraz etmədən əməl edərək avtomobilini saxlamışdır, özünü təqdim etmiş və əməkdaşlıq göstərmiş, lakin buna baxmayaraq polis əməkdaşı tərəfindən ona qarşı ailə üzvünün, xüsusilə də həyat yoldaşının yanında açıq şəkildə alçaldıcı, insan ləyaqətini təhqir edən, etik normalara zidd və kobud ifadələr işlədildi, hansı ki, bu davranış nə qanunvericiliyə, nə də polis etik davranış qaydalarına uyğun deyildi. O, isə yalnız öz şərəf və ləyaqətini qorumaq, ona qarşı edilən haqsız və təhqiramiz davranışa etiraz etmək məqsədilə sözlü reaksiya verdiyi halda, polis əməkdaşı tərəfindən vəziyyət süni şəkildə gərginləşdirildi, hadisə qərəzli formada böyüdüldü və nəticədə ona qarşı fiziki zor tətbiq olunaraq polis bölməsinə aparılmışdır, halbuki o, heç bir halda polis əməkdaşının qanuni tələblərinə tabe olmaqdan imtina etməmişdir və hər hansı müqavimət göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq tərkibinin olmadığı düzgün olaraq müəyyən edilmiş və həmin hissədə işə xitam verilmişdir, lakin eyni zamanda məhkəmə tamamilə ziddiyyətli və əsassız mövqe tutaraq yalnız polis əməkdaşının birtərəfli və qərəzli izahatına əsaslanmaqla onu IXM-nin 535.1-ci maddəsi ilə, yəni guya polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli hesab etmişdir, halbuki iş materiallarında onun belə bir hərəkət törətməyini təsdiq edən heç bir obyektiv və mötəbər sübut mövcud deyildir. Məhkəmə baxışı zamanı işin obyektiv, hərtərəfli və ədalətli araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sübutlar nəzərə alınmamış, eləcə də ciddi prosessual pozuntulara yol verilmişdir, belə ki, hadisənin baş verdiyi zaman ərazidə olan və hadisəni birbaşa müşahidə etmiş yeganə neytral şahid olan X7 ifadəsi ümumiyyətlə alınmamış, onun məhkəmədə dindirilməsi təmin edilməmiş, bununla yanaşı hadisənin baş verdiyi ərazidə mövcud olan müşahidə kameralarının görüntüləri tələb olunmamış və araşdırılmamış, buda işin real və obyektiv mənzərəsinin müəyyən edilməsinə ciddi maneə törətmişdir. Eyni zamanda, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı yalnız polis əməkdaşının izahatına üstünlük verilmiş, müdafiə tərəfinin təqdim etdiyi arqumentlər, etirazlar və sübutların əldə edilməsi ilə bağlı vəsatətlər isə əsassız olaraq nəzərə alınmamışdır ki, bu da məhkəmənin qərəzsiz və obyektiv olmadığı qənaətinə gəlməyə əsas verir, çünki inzibati icraat zamanı şəxsin təqsiri yalnız kifayət qədər, mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunmalıdır, hazırkı işdə isə belə sübutlar mövcud deyildir və mövcud olanlar da birtərəfli xarakter daşıyır. Xüsusilə qeyd etmək istəyir ki, o, polis əməkdaşının qanuni tələbinə tabe olmuş, avtomobili saxlamış və heç bir halda itaətsizlik nümayiş etdirməmiş, onun yalnız təhqiramiz davranışa etiraz etməyi isə qanunla qadağan olunmuş hərəkət hesab edilə bilməz və bu hal inzibati məsuliyyət üçün əsas yarada bilməz, əksinə, onun hüquqları pozulmuş və şəxsiyyəti alçaldılmışdır. Beləliklə, Bərdə Rayon Məhkəməsinin qəbul etdiyi qərar işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, həm də prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmuşdur və bu səbəbdən həmin qərarın qüvvədə saxlanılması mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon Polis Şöbəsi ITB-nin sahə rəisi X5, zərərçəkmiş şəxslər X2 və X4 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə rayon Polis Şöbəsi ITB sahə rəisi X5, zərərçəkmiş şəxslər X2 və X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə Bərdə rayonu Bakı küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektorları polis serjantları Alı Əlizadə və Murad Məmmədli ilə xidmətdə olan zaman VAZ 2106 markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobildə texniki nasazlıq olduğu aşkar edilmişdir. Onlar həmin avtomobilə saxla işarəsi vermiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə texniki nasazlıq olduğunu bildirdikdə həmin şəxs səs-küy salaraq həmin ərazidən avtomobili sürərək qaçmışdır. Daha sonra həmin şəxs saxlanılmış və avtomobildən düşərək “polis əməkdaşlarının onu bezdirdiyi” kimi ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirərək səs-küy salmağa, ətrafdakı insanların diqqətini cəlb etməyə və ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirərək “polislərin onu cana yığdığı” kimi ifadələr işlədərək polisin ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Onlar həmin şəxsə IXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu bildirmiş və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini bildirmiş və onlara əl-qol hərəkətləri edərək həmin ərazidən uzaqlaşmaq istəmişdir. Lakin həmin şəxsi tutaraq polis şöbəsinə gətirilməsini təmin etmişlər və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Iş materiallarında olan polis əməkdaşları X6, X3 və X4 ##.##.2026-cı il tarixli izahatlarından görünür ki, həmin izahatlarında onlar eyni xüsusatları göstərmişlər. Iş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi R X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bərdə şəhəri, Bakı küçəsində nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələbinə əməl etməməsi, bununla da Azərbaycan Respublikası IXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair tərtib olunmuşdur. Iş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi R X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, ##.##.1976-cı il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə barəsində protokol tərtib edilmiş, protokol və digər materiallar baxılması üçün aidiyyəti üzə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində qeyd edilən material əsasında inzibati xəta haqqında işə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyinə görə həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsi ilə isə təqsirli bilinmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bərdə şəhəri, Bakı küçəsində Vaz 2106 markalı avtomobil nasaz olduğundan tərəflərindən saxla əmri vermiş, yəni ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən DYPB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə barəsində icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, iş üzrə zərərçəkmiş şəxslərin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehi tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əmələ görə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə almaqla ona IXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmiş, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də təyin edilmiş tənbehin yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillər əsassızdır. IXM-in 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsi ilə olan hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsi ilə olan hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-337/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-337/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver