Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-339/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün inzibati orqana geri qaytarılmasına dair Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə Şınıx Meşəbəyliyinin ** saylı meşə dolayısından 62-63 kvartalında qanunsuz ağac kəsdiyi üçün İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı (hakim Rəsulov Zamiq) ilə şikayət qismən təmin edilmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün geri qaytarılmışdır. İŞİN HALLARI: ## ###### 2025-ci il tarixli akt və ona əlavə edilmiş sənədin surətindən görünür ki, Gədəbəy rayonu, Şınıx meşəbəylinin ** saylı dolayısının 62-63 kvartallarında ## ###### 2025ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən 17 ədəd köküstə müxtəlif növ ağaclar kəsilmişdir. ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə Şınıx Meşəbəyliyinin ** saylı meşə dolayısından 62-63 kvartallarında Qərardan şikayət verən orqan (şəxs) qanunsuz ağac kəsdiyi üçün İXM-nin 253.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) ETSN-nin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə barəsində başlanmış icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə qismən təmin edilmiş və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy RMX PHŞ-nin ## ###### 2025-ci il tarixli arayış və ona əlavə edilmiş ambulator kitabça çıxarışından görünür ki, Gədəbəy rayonu, Şahdağ kənd sakini ##.##.1969-cu il təvəllüdlü Qərardan şikayət verən orqan (şəxs) ona görə verilir ki, o ##.##.2025-ci il tarixdə xəstəxananın X1 daxil olmuşdur. İnzibati xəta haqqında materiala baxan Gədəbəy Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ** saylı X2 Mərkəzindən İdarəyə daxil olmuş materialda Gədəbəy rayonu, Şahdağ kənd sakini Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2025-ci il tarixdə Şınıx Meşəbəyliyinin ** saylı meşə dolayısından 62-63 kvartallarında qanunsuz ağac kəsməsi faktı məlum olmuş, ona görə də o, İXM-nin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində əvvəl ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, sonra ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 700 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xətaya dair işin materiallarını araşdırıb və şikayətin dəlillərini, iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, inzibati xəta hadisənin baş verməsi istisna olunmasa da belə, hazırki vəziyyətdə inzibati xəta hadisəsini törədən subyektin müəyyən olunması istiqamətində zəruri araşdırma aparılmamış və əsaslı mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, iş materialına əlavə edilmiş ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın ## ###### 2025-ci il tarixdə törədilməsi göstərilsə də, lakin ## ###### 2025-ci il tarixli akta əlavə edilmiş sənədlərin surətindən görünür ki, qeyd edilən inzibati xəta hadisəsi ## ###### 2025-ci il tarixdən əvvəl törədilməsi göstərilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər şahid2 və şahid1 izahatlarında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd edilən meşə ərazisindən 17 ədəd köküstə müxtəlif növ ağacların kəsilməsini göstərsələr belə həmin izahatlarda hadisənin baş vermə tarixi və hansı şəraitdə törədilməsi göstərilmir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın hansı tarixdə və şəraitdə törətməsi, ona istinad edilən inzibati xəta hadisəsinə aidiyyətinin olub-olmaması araşdırılmamış, inzibati xəta hadisəsinin bilavasitə onun tərəfindən törədilməsini təsdiq edən konkret sübutlar tədqiq edilməmiş, səlahiyyətli orqanın işçiləri tərəfindən tərtib edilmiş aktda göstərilən 17 ədəd köküstə müxtəlif növ ağacların hansı tarixlərdə kəsilməsi, inzibati xətanın törədilmə saatı müəyyən edilməmiş, həmçinin qeyd edilən ağacların kəsildiyi yerləri göstərən fotoşəkillər çəkilməmiş, yalnız meşə gözətçisinin və meşəbəyinin izahatlarını, inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərar əsas götürülmüş, bununla da sübutların tam, hərtərəfli və obyektiv araşdırılması və qiymətləndirilməsi prinsipləri pozulmuşdur. İXM-nin 8-ci maddəsinə əsasən hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqı qərarı ləğv etməklə işin yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instasniya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-339/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-339/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver