Məhkəmə qərarları › İş №3(3-7)-340/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-340/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-340/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Kəlbəcər RPŞ-nin Dövlət yol polis bölməsinin nümayəndəsi R X2, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş məktubdab dan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən EQ 32525754, 32525767, 32525782, 32525783, 32525784, 32525785, 32525786, ******** nömrəli elektron qərarlarla bağlı cərimənin ümumi məbləği 384 (üç yüz səksən dörd) manat olmuş və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Qəniyev Həsən) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Leapmotor C11 minik” markalı “**-YK-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün barəsində aşağıdakı qərarlar qəbul olunmuşdur. -İXM-nin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025- ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli, -İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan ## ###### 2025-ci il tarixli EQ ******** nömrəli elektron qərarlar qəbul edilərək avtomatik olaraq cərimə tənbehi tətbiq edilmişdir. Apellyasiya məhkəməsi iclasında aşağıdakı sənədlər təqdim edilmişdir. -##.##.2026-cı il tarixli “X1“ MMC-i tərəfindən verilmiş məktubdan görünür ki, “Leapmotor C11 minik” markalı, LFZ63AL53PD062548 ban nömrəli, “**-YK-***” dövlət qeydiyyat nişanlı avtomobil “X1“ MMC-nin mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsi X3 və verilmiş etibarnaməyə əsasən “xxxx“ MMC-nin istifadəsindədir. Nəqliyyat vasitəsinin istifadədə olduğu dövrdə həmin nəqliyyat vasitəsini idarə edən sürücülərin müəyyən edilməsi, sürücülərə etibarnamələrin verilməsi və nəqliyyat vasitəsinin faktiki istifadəsinin təşkili nəqliyyat vasitəsinin istifadəsinə verilmiş hüquqi şəxs tərəfindən həyata keçirilmişdir. -##.##.2026-cı il tarixli “xxxx“ MMC-i tərəfindən verilmiş məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir zaman sözügedən MMC-də çalışmamış, MMC-i ilə hər hansı əməkdaşlıq münasibətində olmamış, qeyd olunan şəxsə MMCi tərəfindən etibarnamə verilməmişdir. Qeyd olunan inzibati xəta protokolları ilə bağlı MMC-də həmin şəxsin iştirakı və ya əlaqəsini təsdiq edən hər hansı məlumat mövcud deyil. -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 50 manat cərimə, 30 manat dəbbə pulunu ümumilikdə 80 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 10 manat cərimə, 6 manat dəbbə pulunu ümumilikdə 16 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 40 manat cərimə, 24 manat dəbbə pulunu ümumilikdə 64 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 20 manat cərimə, 12 manat dəbbə pulunu ümumilikdə 32 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 20 manat cərimə, 12 manat dəbbə pulunu ümumilikdə 32 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 20 manat cərimə, 12 manat dəbbə pulunu ümumilikdə 32 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 40 manat cərimə, 24 manat dəbbə pulunu ümumilikdə 64 manatı tam məbləğdə ödənilmiş, -EQ ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə 40 manat cərimə, 24 manat dəbbə pulunu ümumilikdə 64 manatı tam məbləğdə ödənilmiş. Kəlbəcər RPŞ-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXMnin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, guya ki o, müxtəlif vaxtlarda “Leapmotor C11 minik” markalı “**-YK-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün barəsində inzibati cərimə tənbehləri tətbiq edilmiş və həmin qərarlarla bağlı ümumi borcu 384 manat olmuşdur. Halbuki, həmin sözügedən avtomobili heç vaxt idarə etməmişdir. Həmn avtomobilə görə onun adına hansı səbədən cərimə tətbiq edilməsi aydın deyil.Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, “Leapmotor C11 minik” markalı “**-YK-***” dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmamış, onun adına heç vaxt belə maşın olmayıb, həmin nəqliyyat vasitəsini idarə olunmasına belə etibarnaməsi yoxdur. Eyni zamanda məhkəməyə ##.##.2026-cı il tarixli “X1“ MMC-i və “xxxx“ MMC-i tərəfindən verilmiş məktubları təqdim etdi. Bununla yanaşı barəsində tərtib olunan inzibati xəta haqqında qərarlar üzrə cərimələrin hamısı ödənilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Kəlbəcər RPŞ-nin Dövlət yol polis bölməsinin nümayəndəsi Natiq Nəcəfov şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, qeyd edilən inzibati xəta hadisələri baş vermişdir, həmçinin ## ### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş qərarlar üzrə cərimələrin hamısı ödənilmiş və həmin cərimələrin ödənilməsini təsdiq edən sənədlərin surətini məhkəməyə təqdim etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı və Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməlidir. İş materialına əlavə olunmuş sənədlərdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə ## ###### 2025-ci il tarixli, EQ EQ 32525754, 32525767, 32525782, 32525783, 32525784, 32525785, 32525786, ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Apellyasiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-in elektron informasiya sistemindən çıxarış sənədlərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən EQ 32525754, 32525767, 32525782, 32525783, 32525784, 32525785, 32525786, ******** nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarlar üzrə cərimə və dəbbə pulu (yuxarıda qeyd edilən qərarlarda hamısı göstərilmiş) bütünlüklə tam məbləğdə ödənilmiş və onun həmin qərarlar üzrə ödənilməmiş məbləğin qalması müəyyən edilmir. İXM-nin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən elektron inzibati tənbeh vermə haqqında qərarlar ilə ona təyin edilmiş cəriməni və dəbbə pulunu ümumilikdə tam ödədiyindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qanunamüvafiqdir. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar