Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-341/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.4, 332.3 və 332.4-cü maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim C.Y.Quliyev) ##.##.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tələbə, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.4, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 34.3cü maddəsi tətbiq olunmaqla, İXM-nin 332.4-cü maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati həbs müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdə, saat 17:15-dən hesablanması qərara alınmışdır. Məhkəmə qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə İXM-nin 511.2 və 511.3-cü maddələri ilə təqsirli bilinib, sürücülük hüququ 2 il müddətə məhdudlaşdırıldığı halda, sürücülük hüququ olmadan idarə etdiyi «Chanqan Qiyuan Q05 Plud-İn Hibrid minik» markalı ** QR *** dövlət qeydiyyan nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə, saat 16:30 radələrində Gəncə şəhəri, Nizami prospektində qarşı hərəkət zolağına çıxmış, «Audi A4» markalı ** CV *** dövlət qeydiyyat nişanlı və «Toyota Corolla» markalı ** BY *** dövlər qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 327.4, 332.3 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş 8 (səkkiz) günlük inzibati həbs tənbehinin ləğv edilərək daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hesab edir ki, barəsində çıxarılmış qərar həddindən artıq ağır qərardır. Belə ki, məhkəmə iş üzrə bütün halları tam, obyektiv və hərtərəfli araşdırmamış, onun şəxsiyyətini, yaşını, sosial vəziyyətini, tələbə olmağını, əvvəllər bu kimi inzibati xəta və yaxud cinayət əməli törətməməyini, səmimi peşmançılığını və hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsini kifayət qədər nəzərə almamışdır. Məhkəmə qərarında onun həmin əmələ görə peşman olduğu və məsuliyyəti yüngülləşdirən halların mövcudluğu qeyd edilsə də, buna baxmayaraq ən ağır inzibati tənbeh növlərindən biri olan inzibati həbs tətbiq edilmişdir. Halbuki İXM-nin məqsədi şəxsin islah olunması və yeni hüquq pozmanın qarşısının alınmasıdır. O, əməlini etiraf etmiş, məhkəmə iclasında səmimi peşman olduğunu bildirmiş və gələcəkdə belə hallara yol verməyəcəyini qeyd etmişdir. Bundan başqa, tətbiq edilmiş inzibati həbs cəzası onun təhsilinə, ailə vəziyyətinə və gələcək sosial həyatına ciddi mənfi təsir göstərir. Məhkəmə daha yüngül inzibati tənbeh tədbirinin tətbiqi imkanını kifayət qədər müzakirə etməmişdir”. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının dəyişdirilməsini, barəsində təyin edilmiş inzibati həbs tənbehinin cərimə ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iş materiallarında olan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətaları törətməsi tam təsdiq olunur və ona görə də onun hərəkəti İXM-nin 327.4, 332.3 və 332.4-cü maddələrinin təsiri altına düşür. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, xətaların xarakterini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Belə olan halda da, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aşağı həddə tənbeh təyin etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbə olmaqla müstəqil qazancı olmadığından ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi onun əmlak vəziyyətinə uyğun olmamaqla məqsədə müvafiq hesab edilmir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.3 və 332.4-cü maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-341/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-341/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver