Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-342/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, ona 100 (bir yüz) manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilmişdir. O, hesab edir ki, bu qərar qanunsuz və əsassızdır. Hadisə zamanı nəqliyyat vasitəsini idarə edərkən svetoforun yaşıl işığında hərəkət etmiş və stop xəttini icazəverici siqnalda keçmişdir. O, artıq yolayrıcına daxil olduqdan sonra svetoforun qadağanedici (qırmızı) siqnalı yanmışdır və bu səbəbdən yolayrıcını tərk etmək üçün hərəkətini davam etdirmişdir. Bu göstərilənlərə əsasən məlum inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərar ləğv edilməli inzibati icraata xitam verilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər BPI X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Gəncə Şəhər Məhkəməsinin barəmdə qəbul etdiyi qərar ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, O, Gəncə Şəhər Məhkəməsinin IXM-nin 327.2-ci maddəsi ilə barəsində qəbul etdiyi qərardan narazı olduğu üçün həmin qərardan apellyasiya şikayəti verir və qərarın ləğv edilməsini xahiş edir. Hadisə zamanı nəqliyyat vasitəsini svetoforun yaşıl işığında idarə etmiş, stop xəttini icazəverici siqnalda keçərək yolayrıcına daxil olmuşdur. Yolayrıcına daxil olduğu anda qarşıdakı hərəkət axını mövcud olmuş, çıxış hissəsi açıq görünmüş və hərəkətin maneəsiz davam etdirilməsi üçün obyektiv əsaslar olmuşdur.Mənim yolayrıcına daxil olduğum vaxt çıxış hissəsinin tutulduğu və ya yaxın anlarda tutulacağı məlum olmamışdır. Sonradan sola dönən nəqliyyat vasitələrinin piyadalara yol verməsi nəticəsində hərəkət axını dayanmış və yolayrıcında sıxlıq yaranmışdır. Nəticədə onun nəqliyyat vasitəsi yolayrıcında qalmalı olmuşdur.Bu vəziyyət onun hərəkətlərindən deyil, yol hərəkəti şəraitinin sonradan dəyişməsindən yaranmışdır.Birinci instansiya məhkəməsi qərarında sürücünün yolayrıcının tutulacağını əvvəlcədən görə biləcəyini qeyd etsə də, iş materiallarında bu nəticəni təsdiq edən kifayət qədər və mötəbər sübutlar mövcud deyildir.Təqdim olunmuş fotoşəkillər yalnız avtomobilin müəyyən vaxt anında yolayrıcında olmasını göstərir. Həmin foto-materiallar nəqliyyat vasitəsinin yolayrıcına daxil olduğu anı əks etdirmir,yolayrıcına hansı işıq siqnalında daxil olunduğunu təsdiq etmir, daxilolma anında çıxış hissəsinin bağlı olduğunu göstərmir; sürücünün yolun bağlanacağını əvvəlcədən bilməli olduğunu sübut etmir. Beləliklə, foto-materiallar inzibati xəta faktını tam və birmənalı şəkildə təsdiq edən sübut hesab edilə bilməz. Deməli, iş üzrə mənim təqsirim tam və mötəbər sübutlarla müəyyən edilməmiş, mövcud şübhələr isə mənim xeyrimə şərh edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi və Gəncə şəhər məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarın və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər BPI X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarın ləğv edilməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1317/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 6-cı bəndinə əsasən-1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzədə tutulan halda sürücüləriə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəsini (kəsişmə yerini) göstərir. Bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulmuşdur ki,əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissəsinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən biavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Iş materiallarında olan və apellyasiya icraatı zamanı tətqiq edilmiş foto şəkillər və video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 17:27:04 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospekti kəsişməsində "Kia Sportage" minik markalı **-DP-*** vetoforun icazəverici (yaşıl) siqnalı zamanı stop xəttini keçmiş və yolayrıcına daxil olmuşdur. Yolayrıcına daxil olarkən qarşı istiqamətdə hərəkət mövcud olmuş, düzünə hərəkət edən avtomobilləri buraxıb hərəkətinə davam etmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulan yolun hərəkət hissəsinin kəsişmə yerində, kəsişmə yerindən bilavasitə sonra tıxac yaranmamış və kəsişməyə daxil olan digər avtomobillər istiqamətlərinə uyğun olaraq hərəkətini davam etdirir, bununla da digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün mane yaranmır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin tərkibi yaranmır, ona görə də barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1317/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlar əsasən və IXM-in 53, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1317/2026 saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-342/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-342/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver