Məhkəmə qərarları › İş №3(3-7)-343/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-343/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-343/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli icra sənədləri üzrə yaranmış ümumilikdə 5734 manat borcunu ödəməkdən boyun qaçırdığı üçün barəsində İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hünmətov Zaur) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsə alınmanın əvvəli ## ##### 2026-cı il tarixdən, saat 15:00-dan hesablanmışdır. İŞİN HALLARI: İş materialında olan sənədlər: Tovuz rayon İcra və Probasiya şöbəsinin “bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi və icraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmiş və icraata başlanılmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 5474 manat pul alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 760 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X3 verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 740 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X1 verilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan olunmuşdur. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, Zərərçəkmiş şəxs icra sənədində qeyd olunan 5474 manat puldan 1000 manat pul ödəmiş, X1 icra sənədində qeyd olunan 740 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu məbləğindən 300 manat pul ödəmişdir. İnzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 5474 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli protokol tərib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib 10 gün müddətinə həbs etmişdir. Hazırkı icra sənədi ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ## ###### 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş və məhkəmənin qərarı ləğv olunaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün inzibati həbs olunmasına dair Gəncə Apellyasiya Məhkəməsi ##.##.2024-cü il tarixli qərarı qəbul etmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün inzibati qaydada həbs olunmasına baxmayaraq o pulu ödəməmişdir (cəmi o bir dəfə 2024-cü ildə həbs olunmaması üçün ona 1000 manat ödəmişdir). Bütün bunlara baxmayaraq, o 8 gün müddətinə inzibati qayda da həbs olunmuşdur. Halbuki, iş materiallarından göründüyü kimi o icra məmurunun çağrışına gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul olunmuşdur. Odur ki, şikayətin təmin olunması xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq olunmuş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş materiallarında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda törədilmiş əməlin tövsif məsələsi mübahisələndirilmir, yalnız inzibati həbs tənbeh müddətinin az olması mübahisələndirilir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə məhkəmənin qərarından görünür ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icra sənədləri, borclunun axtarışı barədə qərar, zərərçəkmiş şəxslərin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları, onun İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli 5474 manat borc məbləğindən 1000 manat pul ödəməsini, digər zərərçəkmiş şəxs Elyar Musayevə ödənilməli 740 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu məbləğindən 300 manat pul ödəməsini (qeyd edilən xüsusatları zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında təsdiqləmişdir) əməlində yüngülləşdirici hal kimi nəzərə alınmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alıb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən verilmiş şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cəzasını yüngülləşdirici hallar nəzərə alınmış və barəsində tətbiq edilmiş 8 (səkkiz) gün müddətində həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar