Məhkəmə qərarları › İş №3(3-7)-346/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-346/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-346/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)- **/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim Z.A.Hünmətov) ##.##.1997-ci ildə Tovuz rayonu Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə “xxxx” MMC-də usta işləyən, əlilliyi olmayan, Tovuz rayonu Ağbulaq kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbs etmənin başlanğıcı # ###### 2026-cı il saat 11:00-dan hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(*-***)-**/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, barəsində inzibati xəta haqqında protokolun “İcra Haqqqında” Qanunun tələblərinə əsasən düzgün tərtib edilməməsi və əməlində heç bir inzibati xəta tərkibinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı icra sənədinə əsasən, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixindən övladları ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanması üçün hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərarında qeyd olunur ki, o, borcunu ödəməkdən qərəzli olaraq yayınmamış, icra məmuru X1 tərəfindən onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi rəsmi iş yeri olması aşkar edilmişdir. Qeyd edir ki, rəsmi iş yeri olmasına baxmayaraq, icra məmuru aliment tələbini əmək haqqına qəsdən yönəltməmişdir. Bununla da "İcra Haqqında" Qanunun tələbləri kobud surətdə pozularaq barəsində əsassız olaraq protokol tərtib olunmuşdur. Belə ki, həmin qərarda formal olaraq guya onun qərəzli olmağı əks olunsa da, nəticə etibarı ilə Qərarda göstərilənlərin heç bir məntiqə əsaslanmadığı öz əksini tapmışdır. Ümumiyyətlə, onun icra sənədinə qarşı qərəzli olmağı barədə hər hansı bir sübut və dəlil belə yoxdur. Bundan başqa icra məmuru ona qarşı qərəzli olduğundan, qanunla yaşadığı evə gəlib baxış keçirdib əmlakını siyahıya ala bilərdi. Həmçinin icra məmuru ən əsası onun daimi iş yerini bilə-bilə, icra sənədinin icrasının təmin edilməsi məqsədilə əmək haqqına yönəltməmişdir. O, "xxxx" MMC-də usta olaraq işləyir. Bir halda ki, məhkəmənin də onun daimi iş yerinin olması barədə rəsmi məlumatları olduğu halda və bu barədə inzibati tənbeh etmə haqqında qərarında göstərilməsinə baxmayaraq, alimentin hansı səbəbdən icra məmuru tərəfindən əmək haqqına yönəldilməməsi məsələsinə hüquqi qiymət verməyərək barəsində əsassız tərtib olunmuş protokol ilə günahsız yerə təqsirli bilinərək həbs olunmuşdur. "İcra Haqqında" Qanunun 45-ci maddəsində tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası müəyyən olunmuşdur. Həmin Qanunun 45.6-cı maddəsində qeyd olunur ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. "İcra Haqqında" Qanunun 63.1.3-cü maddəsinə əsasən, tələbin tam ödənilməsi üçün borelunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi nəzərdə tutulmuşdur. Bundan başqa "İcra Haqqında" Qanunun 43.1.2-ci maddəsinə görə, məcburi icra tədbirləri və onların tətbiqinin əsasları tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsindən ibarətdir. Bütün bu icra hərəkətlərinin heç biri isə olmadan icra məmuru tərəfindən barəsində birbaşa inzibati protokol tərtib edilmişdir. İşə baxan hakim icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunun bu tələblərinin riayət edib-etmədiyinə dair araşdırma aparmamışdır. Bununla da işə baxan hakim onun qərəzli olmadığını və məhkəmə prosesi zamanı daimi iş yerinin olduğunu bildirməyinə baxmayaraq, barəsində icra məmuru tərəfindən qərəzli olaraq tərtib olunmuş inzibati xəta haqqında protokolu rədd etməmişdir. Sonda onun heç bir qərəzi olmadığı halda, məhkəmənin Qərarı ilə 8 gün inzibati həbs olunmuşdur. Bundan başqa qərarda göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunmalı olan inzibati tənbeh növünü seçərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Halbuki barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat aparıldığından, inzibati məsuliyyətinin olmaması, yəni icra sənədinə qarşı qərəzli olmamağını və bunun timsalında himayəsində 3 azyaşlı övladlarının olmasını, eləcədə yaşlı atası və xəstə anasına baxmağına dair hallarının heç birini məhkəmə nəzərə almamışdır. Həmçinin əgər onun barəsində ağırlaşdıran hal müəyyən oluna bilər ki, bir halda "inzibati xətanı ilk dəfə törətmişdir. Beləliklə, məhkəmə çıxartdığı qərarı ilə bir daha onu təsdiq etmiş olur ki, hazırda inzibati məsuliyyətini ağırlaşdıran hallar, yəni hər hansı bir formada qərəzli olmağı barədə hal müəyyən edilməmişdir. Ümumiyyətlə, o heç bir zaman icra sənədinin icrasına qərəzli yanaşımamış və qərəzli olmaq belə fikri olmamışdır. Çünki, icra məmurunun bütün çağırışlarına məhəl qoyaraq, ona deyilən vaxtda icra şöbəsinə gələrək icraçının yanında olmuşdur. Bundan başqa, icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən telefon vasitəsi ilə çağırılan zaman, həmişəki kimi dərhal icra şöbəsinə İcra məmuru ondan bütöv pulun ödənilməsini tələb edərkən, o, borcun hamısını bütöv şəkildə ödəmək istədiyini bildirmişdir. Lakin maddi imkanı aşağı olduğu üçün, dəfələrlə İcraçıdan onun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Bundan başqa tələbkar uşaqları ilə birlikdə 2025-ci ilin noyabr ayından 2026-cı ilin fevral ayına kimi onunla birlikdə yaşamışlar və onların bütün xərclərini o qarşılamışdır. Bu səbəbdən tələbkar ilə aralarında hətta notarial qaydada barışıq müqaviləsi də bağlamışlar. Bu müqavilə isə artıq onların mehriban şəkildə bir ailə olaraq yaşamaqlarına dəlalət etmiş olur. Özü isə uzun müddətdir bəzi xəstəliklərdən əziyyət çəkdiyindən dava-dərmanına güclə pul çatdırsa da ailəsinə və uşaqlarına qarşı həmişə diqqətcil olmuşdur. Bu səbəbdən icra sənədi üzrə tələbkar məhkəməyə ona görə gəlməmişdir ki, barəsində alimentə qarşı qərəzli olmağı ilə bağlı yalan və mif məlumat aşkar olunmuş olacaq. Hətta məhkəminin gedişatı zamanı o, məhkəmə prosesində alimentin ödənişindən yayınmadığını dəfələrlə bildirmiş oldu. Beləliklə, barəsində inzibati xəta haqqında protokol heç bir qərəzi olmadan tərtib olunaraq Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə ki, işə baxılan zaman məhkəmədə onun birbaşa azadlıq hüququ, müdafiə hüququ da pozulubdur. Məhkəmə onun maddi imkanının aşağı olduğunu nəzərə almayaraq, onu vəkillə təmin etməmişdir. Həmçinin məhkəmə icra məmurunun bütün çağırışlarına hörmətlə yanaşaraq icra şöbəsinə gəldiyini və s. bu kimi qərəzli olmadığı halları belə nəzərə almamışdır”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və Tovuz Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(*-***)-**/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, barəsində inzibati xəta haqqında protokolun “İcra Haqqqında” Qanunun tələblərinə əsasən düzgün tərtib edilməməsi və əməlində heç bir inzibati xəta tərkibinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas olamdığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olduğunu bildirərək Tovuz Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. İş materiallarında olan: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı icra sənədi üzrə yaranmış 2400 manat aliment borcunu ödəməkdən boyun qaçırır. Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı icra vərəqəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2025-ci il tarixdən başlayaraq, ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində “xxxx” MMCdə usta işlədiyini qeyd etsə də, bu barədə iş materiallarında hər hansı sənəd müəyyən edilmir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığını iddia etsə də, zərərçəkmiş şəxs izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz alimenti ödəməmək üçün onunla müvəqqəti barışdığını, bu halın çox qısa müddət olduğunu və hazırda aralarında barışıq olmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment tələbinin olduğunu bildirdi. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırda borclunun 2400 manat aliment borcu vardır. Borclu qətnamənin icrasından üzrsüz səbəbdən boyun qaçırır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialında olan sübutlarla və zərərçəkmiş şəxsin izahatı ilə öz təsdiqini tapmır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmiş və işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # ###### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar