Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-348/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat inzibati cərimə edilmişdir. Həmin qərarda öz əksini tapmış, DİN BDYPİ tərəfindən müəyyən olunmuş inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin qeydə aldığı fotogöşəkildən görünür ki, "Mercedes Benz" markalı, **UA*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili sürət limiti 50 km/saat olan ərazidə faktiki olaraq 95 km/saat sürət həddində hərəkət etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Kərimova Tərifə) qərarı ilə şikayət təmin edilməmiş, DİN BDYPİ tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İşdə olan sənədlər: -CD-R diskdəki videogörüntü ilə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Mercedes" markalı, **UA*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili hərəkədə olarkən avtomobili idarə edən sürücünün yolda müəyyən edilmiş hərəkət sürətini aşması vizual olaraq da müəyyən olunur. İnzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd olunub ki, inzibati xətanın qeydə alındığı yer, yəni törədildiyi yer Gəncə şəhəri, Nizami 24 ünvanıdır, amma həmin qərarda göstərilən ünvanda həmin gün və saatda həmin avtomobil ilə hərəkətdə olmamışdır. Bunun sübuta yetirilməsində tərəfindən təqdim edilmiş videogörüntüdə olan ünvan və həmin ünvana uyğun olaraq xəritə üzrə ekran görüntüləri təqdim olunsa da, məhkəmə qeyd olunan halları nəzərə almamışdır. Bundan başqa, məhkəmə təqdim etdiyi video görüntüdə idarə etdiyi avtomobilin sürət həddinin aşmasının vizual olaraq görünməsi mümkün deyil. Odur ki, qeyd edilən halların nəzərə alınmasını və şikayətin təmin olunmasını xahiş edir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə yazılı ərizə göndərərək məhkəmə iclasının keçirləcəyi vaxtı işdə olduğuna görə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan göründüyü kimi xüsusi texniki vasitənin tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, növbəti yoxlamanın keçirilməli olduğu vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi, inzibati xətanın törədildiyi yer, tarix və saat, barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı, vətəndaşlığı, doğulduğu tarix və şəxsiyyətini təsdiq edən seriyası və nömrəsi, fərdi identifikasiya nömrəsi, xətanın mahiyyəti, bundan başqa qərara əlavə edilmiş fotoşəkildən aydın olaraq görünür ki, kameranın nömrəsi, xətanın növü və yeri, tarix və saat, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və avtomobil markası qeyd olunmuşdur. Təqdim olunan CD-R diskdəki video görüntüdən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Mercedes" markalı, **UA*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili hərəkədə olarkən avtomobili idarə edən sürücünün yolda müəyyən edilmiş hərəkət sürətini aşması vizual olaraq aşkar görünür. Məhkəmə onu da qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri və video görüntünü şübhə altına alan mötəbər sübutlar təqdim olunmamışdır. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya və apellyasiya məhkəmələrinə təqdim etdiyi şikayət ərizələrində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-348/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-348/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver