Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-349/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, «xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi (bundan sonra – X2 Xidmətinin Qarabağ regional şöbəsi) tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə dair Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-129)-48/2026 nömrəli qərarından X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən “xxxx” MMC-nin IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün məhkəməyə göndərilmişdir. ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 müraciəti əsasında “xxxx” MMC-yə ##.##.2026cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ünvanlanmış, lakin MMC tərəfindən sənədlər təqdim olunmamışdır. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığından “xxxx” MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X2 Xidmətinin Hüquq Idarəsinin rəisi rəis vəzifəsini müvəqqeti icra edən Tamerlan Məlikli şikayət verərək Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-129)- **/**** nömrəli qərarının ləğv edilməsini və "xxxx"MMC barəsində X2 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-c il tarixli, MN ******* nömrəli protokol əsasında "xxxx" MMC məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan "xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmamasına əsaslanaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Bildiririk ki, vətəndaş X1 şikayəti əsasında X2 Xidmətinin Bakı Şəhəri Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən "xxxx" MMCyə ##.##.2026-cı il tarixli, 3-17-5/2- 27758/2026 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli məktub ##.##.2026-cı il tarixdə Əmək və Məşğulluq Altsistemində mövcud olan işəgötürənin şəxsi kabinetinə yerləşdirilmiş və sözügedən faktı təsdiq sənəd iş materiallarına əlavə edilərək Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə tərəfindən həmin sübuta düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMCnin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən IXM-nin 539.1-1-ci maddəsinin tələblərinin pozulması və X2 Xidməti tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Qeyd olunanlara əsasən, Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-129)- **/**** nömrəli qərarının ləğv edilməsini və "xxxx" MMC barəsində X2 Xidmətinin Bakı Şəhəri Idarəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində göstərilmişdir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Qarabağ regional şöbəsində baxılır. X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlər: əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), kollektiv müqavilə (olduğu təqdirdə), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, əmrin verilməsinə əsas olan sənədlər, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X4 müraciət və HIT-nin razılığı və s.), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77- ci maddəsinə müvafiq təminatların və son haqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (ödəniş tapşırığı, bank çıxarışı), vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu;. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə aid göndərişlərin siyahısından görünür ki, SS*********AZ nömrəli bağlama “xxxx” MMC-yə göndərilmişdir. Iş materiallarında olan Poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan görünür ki, “xxxx” MMC-yə göndərilmiş SS*********AZ nömrəli bağlamanın çatdırılması uğursuz olmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışlardan görünür ki, “xxxx” MMC-yə kargüzarlıq nömrəsi 3-17-5/2- 6145/2026, sənəd nömrəsi 26031562052083 olan məktub imzaya göndərilmiş, həmin sənəd ##.##.2026-cı ildə imzalanmış, sorğu məktubu “xxxx” MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Icra tarixi ##.##.2026-cı ildir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin barəsində IXM-in 539.3-cü maddəsi ilə icraatın başlanmasına əsas adı çəkilən hüquqi şəxs tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubuna cavab verilməməsi olmuşdur. Belə ki, ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 müraciəti əsasında “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ünvanlanmış, lakin MMC tərəfindən sənədlər təqdim olunmamışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışlardan görünür ki, “xxxx” MMC-yə kargüzarlıq nömrəsi 3-17-5/2-6145/2026, sənəd nömrəsi 26031562052083 olan məktub imzaya göndərilmiş, həmin sənəd ##.##.2026-cı ildə imzalanmış, sorğu məktubu “xxxx” MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Icra tarixi ##.##.2026-cı ildir. Yəni “xxxx” MMCnin şəxsi kabinetinə yerləşdirilmiş məktuba (##.##.2026-cı ildə imzalanmış) cavab verilməməsi sübut növü olan inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi qeyd olunmamışdır. Iş materiallarında olan çıxarışlardan “xxxx” MMC-yə elektron qaydada hansı məzmunda sorğunun təqdim edilməsi müəyyən olunmur. Halbuki, IXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə düşür. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubunun “xxxx” MMC tərəfindən qəbul edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır.Sözügedən hal isə “xxxx” MMC-nin IXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. “xxxx” MMC əməlində IXM-in 539.3cü maddəsinin tərkibi olmadığından barəsində IXM-in həmin maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X2 Xidmətinin Qarabağ regional şöbəsinin qanun qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan «xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. IXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 114.2 və 114.2.1ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə aparılmış araşdırma zaman «xxxx” MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-349/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-349/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver