Məhkəmə qərarları › İş №3(3-7)-350/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-350/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-350/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Göygöl Rayon Məhkəməsinə şikayət ərizəsi ünvanlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-X7 tərəfindən barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti GəncəX7 tərəfindən barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən ona 1000 (bir min) manat inzibati tənbeh tətbiq edilmişdir. Qərarı qəbul edən səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, guya o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 adlı vətəndaşı hər hansı işlərin yerinə yetirilməsinə cəlb edib. Qeyd etmək istəyir ki, X2 tanısa da onun işləməsini təmin edə bilməmişdir. Belə ki, onunla adıçəkilən şəxs arasında 2025-ci ilin avqustsentyabr aylarında X2 ilə aralarında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təmir işləri aparılması barədə şifahi olaraq padrat müqaviləsi bağlanılmış, X2 təmir işləri görməsi və qarşılığında gördüyü işin dəyərini alması barədə onunla razılığa gəlmiş, X2 təmir işlərini 1 aya görəcəyini bildirsə də, həmin işi həmin müddətdə görə bilməmiş, həmçinin 2 ay işlədikdən sonra işinə laqeyid yanaşaraq, işə çıxmamağa başlamış və işi yarımçıq olduğu üçün ona ümumilikdə tərəfindən 3275 manat pul verilmişdir. X2 ondan DIN-nin 102 xidmətinə şikayət etmişdir. Göygöl rayon prokurorluğunun əməkdaşı X4 onunla qərəzli mövqedə olduğundan düzgün araşdırma aparmadan inzibati materialı tədbir görülməsi üçün X6 Xidmətinə göndəmişdir. Elçin Abbasovun onunla qərəzli olmasının səbəbi özünün dediyinə görə 1 il bundan qabaq saxladığı avtomobilin onun dostunun olmasını ona bildirib onu buraxmağını tələb etməsinə baxmayaraq, buraxmamağı olmuşdur. Bu səbəbdən də onunla qərəzli mövqe tutmuş, öz qulluq mövqeyindən qərəzli istifadə edərək, onun xidmətinə və nüfuzuna xələl gətirən qərar qəbul etmişdir. Həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-X7 tərəfindən barəsində protokol tərtib edilərkən və Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış və düzgün araşdırma aparılmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-X7 tərəfindən barəsində Azərbaycan Respublikası IXMnin 192.1-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vennə haqqında qərarı qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassız hesab edir ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, o, ümumiyyətlə belə bir hərəkətə yol verməmişdir, yəni ona istinad olunan inzibati xətanı törətməmişdir. Ona görə də hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur. Hesab edir ki, onun əməlində inzibati xəta hadisəsinin tərkibi yoxdur və bu səbəbdən də barəsində tərtib edilmiş həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X7nə tərəfindən Azərbaycan Respublikası IXM-nin 192.1- ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin rəisi Islam Həsənzadə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-124)- 147/2026 qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, müvafiq inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas Göygöl rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ## #### 2026-cı il tarixli qərarı olmuşdur. Qeyd olunan qərarla müəyyən edilir ki, fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X2 ##.##.2025-ci il tarixdən cari ilin sonunadək fərdi yaşayış evində usta kimi təmir işlərinin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının IXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq qərar ##.##.2026-c il tarixli, 2-2/1- ******/**** nömrəli sübutlar toplusu ilə təsdiq olunur. Araşdırma zamanı izahatı alınmış X2 göstərmişdir ki, ## ###### 2025-ci il tarixdən 2025-ci ilin dekabr ayının sonlarınadək Göygöl RPŞ DYPB-da polis inspektoru işləyən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qudasının olduğunu dediyi evdə təmir işlərinə cəlb edilmişdir. Gördüyü hər işin müqabilində o qabaqcadan razılşadığı qaydada Qərardan şikayət verən orqan (şəxs) əməkhaqqı alırmışdır. Bu minvalla o həmin evin təmir-bərpa işlərində 4 ay müddətində işləmişdir. Lakin 2025-ci ilin dekabr ayında Vüsal onunla qabaqcada razılaşdıqları 1600 manat əməkhaqqını vermədiyi üçün o işləri yarımçıq saxlamış əməkhaqqısının veriləcəyi təqdirdə işlərin görülməsinə davam edəcəyini bildirmişdir. Material üzrə izahatı alınmış Qərardan şikayət verən orqan (şəxs) qeyd etmişdir ki, Arzu Xəlilovun usta kimi işlədiyini bildiyi üçün onunla 2025-ci ilin avqust ayının sonlarında əlaqə saxlayaraq Şəmkir rayonun Könüllü kəndində yerləşən qudası Ümidə məxsus evin təmir işləri ilə bağlı razılaşması olmuş və ##.##.2025-ci il tarixdə Arzu Xəlilov həmin evdə təmir-bərpa işlərinə başlamışdır. X1 Federasiyasında yaşadığından Arzunu işlərə cəlb edilməsi və əməkhaqqının ödənilməsi özü tərəfinden həyata keçirilirmişdir. Arzu 2025-ci ilin oktyabr ayının sonlarınadək mütamadi təmir işlərini görsə de, sonradan əsassız olaraq vaxtından əvvəl qabaqcadan danışılmış əməkhaqqısını istəyir, işlərin görülməsininə mütamadi gəlmirmiş. Buna görə də o Arzu ilə 2025ci ilin dekabr ayında razılaşmalarını pozaraq təmir işlərini dayandırdığını bildirmişdir. Həmin vaxtadək o Arzuya istədiyi miqdarda əməkhaqqı verməsinə baxmayaraq sonuncu əsassız olaraq ondan pul istəmişdir. O da Arzuya gördüyü işlərin keyfiyyətsiz görüldüyü üçün ona maddi ziyan dəydiyini bildirib işləri qaydasında görməsini bildirsə də, Arzu deyilənlərə məhəl qoymayaraq ona qarşı əsassız ittihamlarla müraciətlər etmişdir. Göründüyü kimi həm işçi, həm də Qərardan şikayət verən orqan (şəxs) izahatlarında əmək münasibətlərində olduqlarını etiraf etmiş, işçiyə məhz əmək haqqı müqabilində işlərin görülməsində razılığa gəldiklərini bildirmiş, aralarında tabeçilik münasibəti olmuş və işlərin görülməsi Qərardan şikayət verən orqan (şəxs) tapşırığı əsasında olmuşdur. Qərardan şikayət verən orqan (şəxs)nin təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Xəlilov Arzu onun tanışıdır. Usta kimi tanımışdır, ailə üzvü kimi qudasına məxsus evdə təmir işlərinin aparılması üçün aralarında şifahi razılıq olmuşdur. Müxtəlif bəhanələr gətirərək işdən yayınmışdır. Əmək Müfəttişliyi protokol tərtib olunması ilə bağlı ona bildirişi gec çatıb, bu səbəbdən də yazılı izahat verə bilməyib. Hazırda məhkəmə icraatında onunla Arzu Xəlilov arasında mülki mübahisə vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X7nə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarından olan inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Göygöl rayon prokurorlunun ##.##.2026-cı il tarixli qərara əsasən fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs)11.09.1983-cü il tarixində Daşkəsən şəhərində doğulmuş, evli, Şəmkir rayonu, Könüllü kəndində qerydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır.. Iş materiallarından olan X2 tərəfindən Göygöl rayon Prokurorluğuna ünvanlanmış ərizədə göstərilmişdir ki, ## ###### 2025-ci ildə Qərardan şikayət verən orqan (şəxs) ona zəng edərək işlərinin olduğunu bildirib. Qudasıgilin evinə gedib. Işə baxıb, danışıb, razılaşıb. Orada işə başlayıb. Danışdıqları işlərin yekununda işləri artırmağa başlayıb və onun pulunu ləngitməyə başlayıb. O, pul istədikcə bəhanələr edərək onun pulunu verməyib. Ona deyib ki, gəlsin “raşot” etsinlər, qalan pulunu versin, işi saxlayır. Amma nə zənglərinə, nə də mesajlarına cavab verməyib. Vəzifəsindən istifadə edərək onu təhqir edib. Iş materiallarından olan X2 tərəfindən Göygöl rayon Prokurorluğuna verilmiş izahatda göstərilmişdir ki, ## ###### 2025-ci il tarixdən 2025-ci ilin dekabr ayının sonlarınadək Göygöl RPŞ DYPB-da polis inspektoru işləyən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən onun qudasının olduğunu dediyi evdə təmir işlərinə cəlb edilmişdi. Gördüyü hər işin müqabilində o, qabaqcadan razılaşdıqları qaydada Qərardan şikayət verən orqan (şəxs) əməkhaqqı alırdı. Bu minvalla o, həmin evin təmir-bərpa işlərində 4 ay müddətində işləyib. Lakin 2025-ci ilin dekabr ayında Vüsal onunla qabaqcadan razılaşdıqları 1600 manat əməkhaqqını vermədiyi üçün o, işləri yarımçıq saxlayıb və ona əməkhaqqını verəcəyi təqdirdə işlərin görülməsinə davam edəcəyini bildirib. Lakin ona əməkhaqqı verməyəcəyini, işləri də dayandırdığını söyləyərək hara istəyirsə şikayət edə biləcəyini, polis əməkdaşı olduğunu və hər hansı dövlət orqanından çəkinmədiyini xüsusilə vurğulayaraq bildirmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qanunvericilik çərçivəsində zəruri tədbir görülməsini və ona ödənilməmiş əməkhaqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Iş materiallarından olan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Göygöl rayon Prokurorluğuna verilmiş izahatda göstərilmişdir ki, 2012-ci il tarixdən DIO-da, 2019-cu il tarixdən etibarən isə Göygöl RPŞ DYPB-nın inspektoru işləyir. Göygöl rayonu Balçılı kənd sakini X2 barəsində etdiyi müraciətin məzmunu ona şifahi formada bildirilib. Mahiyyəti üzrə bildirmək istəyir ki, Arzu Xəlilovun usta kimi işlədiyini bildiyi üçün onunla 2025-ci ilin avqust ayının sonlarında əlaqə saxlayaraq Şəmkir rayonun Könüllü kəndində yerləşən qudası Ümidə məxsus evin təmir işləri ilə bağlı razılaşmaları olub və ##.##.2025-ci il tarixdə Arzu Xəlilov həmin evdə təmir-bərpa işlərinə başayıb. X1 Federasiyasında yaşadığından Arzunu işlərə cəlb edilməsi və əməkhaqqının ödənilməsi tərəfindən həyata keçirilirib. Arzu 2025-ci ilin oktyabr ayının sonlarınadək mütəmadi təmir işlərini görsə də, sonradan əsassız olaraq vaxtındann əvvəl qabaqcadan danışılmış əməkhaqqısını istəyir, işlərin görülməsinə mütəmadi gəlmirdi. Buna görə də onunla 2025-ci ilin dekabr ayında razılaşmalarını pozaraq təmir işlərini dayandırdığını bildirib. Həmin vaxtadək ona istədiyi miqdarda əməkhaqqısını verməyinə baxmayaraq o, əsassız olaraq ondan pul istəmişdir. O da ona gördüyü işlərin keyfiyyətsiz görüldüyü üçün ona maddi ziyan dəydiyini bildirib işləri qaydasında görməsini bildirsə də, o, deyilənlərə məhəl qoymayaraq ona qarşı əsassız ittihamlarla müraciətlər etmişdir. Hazırda onun mənə vurduğu ziyanla bağlı mülki qaydada Göygöl Rayon Məhkəməsinə müraciət edib. Iş materiallarında olan X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X7nə verdiyi izahatında göstərilmişdir ki, Göygöl rayon Prokurorluğundan daxil olan sənədlərdə onun adına yazılan izahatlarla razı deyil. ## ###### 2026-cı il tarixdə noyabr ayınadək Qərardan şikayət verən orqan (şəxs) ilə kvadrat hesabı ilə ödənişin verilməsi müqavilinə razılaşaraq Şəmkir rayonunda yerləşən fərdi yaşayış evində təmir işləri görüb. Işlədiyi dövr ərzində 2755 manat pul alıb. Noyabr ayının axırlarına yaxın qalıq pulunu istədikdə bəhanələr gətirərək pulunu verməkdən boyun qaçırır. Işi saxlayıb və ona vəzifəsindən istifadə edərək hədə-qorxu gəlməyə başlayıb. O da təmir avadanlıqlarını yığaraq işi tərk edib. Bugünədək olan haqqı ona ödənilməyib və onunla işlədiyi dövrdə heç bir müqavilə bağlanmamışdır. Iş materiallarında olan AR DƏMK Gəncə-X14 rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 əməmk müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Belə ki, 2025-ci ilin avqust ayından dekabrın sonlarənadək cəlb edilib. Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati iş üzrə icraat başlanılaraq inzibati tənbeh edilmə barədə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) X2 ilə xidmət müqaviləsi əsasında müəyyən işlərin görülməsi barədə şifahi qaydada razılaşma olmuşdur. Onların arasında işlərin görülməsinə görə hər hansı əmək müqaviləsi və razılaşma olmamışdır. Qeyd edilən bu halda isə Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində və tərəflər arasında yaranmış qeyd edilən münasibətlərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun qiymət verilə və bu münasibətə Azərbaycan Respublikasının Əmək Məcəlləsi tətbiq edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halının təkzib edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş və onun tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərar əsaslandırılmamışdır. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X7 rəisi X3 tərəfindən qəbul etmiş ## #### 2026- cı il tarixli MN ******* nömrəli Azərbaycan Respublikası IXM-nin 192.1- ci maddəsi ilə inzibati tənbeh vermə haqqında ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apelyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin rəisi Islam Həsənzadənin dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar