Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-351/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ##.##.2026-cı il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim L.V.Hüseynzadə) X1 barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayət verərək Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun protokolu əsasında X1 inzibati məsuliyyətə cəlb edilərək 2 ay müddətinə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırda tərəflər arasında barışıq əldə edilmişdir. Barışıq olduğundan və apellyasiya şikayətinin araşdırılmasına marağı qalmadığından təqdim etdiyi apellyasiya şikayətindən könüllü olaraq imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuruna məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Göründüyü kimi, apellyasiya şikaytəti vermiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq verdiyi şikayətdən imtina edir. Məhkəmə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtinası barədə ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: İXM-də şəxsin verilmiş şikayətdən imtina etməsi institutu nəzərdə tutulmamış, oxşar münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə hazırki iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyi rəhbər tutaraq eyni münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) müddəalarına istinad edilməsini qanuna müvafiq hesab edir. CPM-in 91.5.33-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə görə apellyasiya şikayətini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. CPM-in 396-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və şikayətə baxılmasına və apellyasiya icraatına xitam verilməlidir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtinası qanunvericliyin tələblərinə uyğundur, başqa proses iştirakçılarının mənafeyinə qarşı yönəlməmişdir. Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi mümkündür. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A RA A L D İ: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-351/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-351/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver