Məhkəmə qərarları › İş №3(3-7)-352/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-352/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-352/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin müdafiəçisi Vəkil Müşafiq oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunmaması barədə Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxan Qazax Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, həmin cərimə qərarı əsassız və qanunsuzdur. X2 məxsus olan torpaq sahəsində kəsilmiş olan ağacın yerini dəqiqləşdirib düzgün koordinatların vurulması üçün DƏDRX Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı ilə ölçü aparılan zaman onun və ya əmlak sahibinin özünün iştirakı təmin olunmadan ölçü işləri aparılmışdır. O, bununla əlaqədar olaraq DƏDRX-in Publik Hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinə müraciət edib və ## ###### 2026-cı il tarixdə onun, nümayəndəsinin, DƏDRX-nin Publik Hüquqi şəxsinin ** saylı ərazi idarəsinin nümayəndəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı ilə yenidən ölçü işləri aparılmışdır. Buna baxmayaraq, həmin ölçünün nəticəsi barədə onlara heç bir rəsmi məlumat verilməmişdir. Buna cavab olaraq bildiriblər ki, həmin aparılmış olan ölçü işlərinin nəticəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə veriləcək, onlara da həmin cavabı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən götürə bilməmizi izah ediblər. Lakin həmin mütəxəsis rəyinin alınması onlar tərəfindən mümkün olmamışdır. Hətta həmin rəyin alınması üçün vəkil Vəkil tərəfindən vəkil sorğusu göndərilmiş, həmin sorğuya heç bir cavab gəlməmişdir. Bu səbəbdən də, Qazax rayon məhkəməsində yazılı vəsatət verərək məhz ## ###### 2026-cı il tarixdə onun, nümayəndəsinin, DƏDRX nin Publik Hüquqi şəxsinin ** saylı Ərazi İdarəsinin nümayəndəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərνətlər idarəsinin nümayəndəsinin iştirakı ilə yenidən aparılmış olan ölçü işləri üzrə tərtib edilmiş olan aktın surətini və həmin mütəxəssis rəyinin bir surətinin alınmasını xahiş etməklə, hakimin iştirakı ilə yerli baxışa getməklə, hadisənin baş vermə mexanizmi üzrə, ağacın yerləşdiyi ərazinin hazırki durumu ilə tikilmiş olan tikilinin həmin ağac çıxmış olan yerin üzərindən tikilməsi halının baş verməsi barədə hakimin diqqətinə çatdırmağına, inzibati qərar qəbul etmiş olan orqanın nümayəndəsinin məhkəmədə ifadəsində ağacın kəsilib çıxarıldığı yerdə tikinti işləri aparıldığına görə baxış keçirə bilmədiklərini bildirməsinə baxmayaraq bu hallar nəzərə alınmamışdır. Barəsində tətbiq edilmiş olan inzibati qərar əsassızdır, çünki onun xüsusi nülkiyyətində olan ağacın kəsilməsini həyata keçirmək kimi səlahiyyəti var və bu səlahiyyətdən istifadə etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisi şikayəti müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış edərək təmin edilməsini, Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsində iştirak edən * saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi və inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsini dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati ğətaların törədilməsində təqsirli hesab edilən və inzibati ğəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəğs inzibati məsuliyyətə cəlb jlunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi materialda olan sənədlərlə tam təsdiq olunur. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-9-cu maddələri baxımından şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli qərarının 1-ci və 2-ci bndlərində göstərilmişdir ki, kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar CM-nin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşılıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Qərardan şikayət verən orqan (şəxs) şikayətdə göstərilən kəsilmiş ağacın yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını, dövlət və ya bələdiyyə mülkiyyətində olmadığını bildirsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin ağaclar pay torpağının kənarında yerləşmiş, həmin ağaclar həmçinin kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlara aid deyil, həmçinin ümumi istifadədə olan ərazidə yerləşir. Həmçinin yuxarıda qeyd olunan qaydalardan görünür ki, torpağın mülkiyyət növündən olmasından aslı olmayaraq həmin ağacların kəsilməsi (götürülməsi) müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə yerinə yetirilir. Lakin iş materiallarından görünür ki, qeyd edilən qərar olmamışdır. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətdə qeyd etdiyi məlumatlar İXM-in 253.2-ci maddəsinin məzmununa uyğun olmadığından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci insransiya məhkəməsi onun İXM-in 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu zaman kifayət qədər sübutlar toplanmışdır. Məhkəmə tərəfindən verilən sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən təqdim olunmuş ## #### 2026-cı il tarixli məktubda araşdırma nəticəsində AZCAD və TEKUİS məlumatlarına əsasən kəsilmiş ağacın bələdiyyə mülkiyyətində ümumi istifadədə olan ərazidə yerləşməsi qeyd olunmuşdur. Tətbiq edilmiş inzibati tənbehə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbehin həddi müəyyən edilərkən inzibati xəta hadisəsinin törədilmə üsulu, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti və işin digər hallarını nəzərə alınaraq onun barəsində sanksiyada nəzərdə tutulan həddə cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiq hesab edilərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa vəzifəli şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin edilmişdir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təyin edilmiş inzibati cərimənin məbləğinin aşağı endirilməsi üçün Qanunda nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanın törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. İXM-in 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarının tədqiqi nəticəsində hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təyin edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair qərardan verilmiş şikayətə baxılması barədə Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və (və ya) protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar