Məhkəmə qərarları › İş №3(3-7)-353/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-353/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-353/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ağstafa şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Göyçə” kafesinin iş fəaliyyəti zamanı ətraf mühitə atılan qaz qarışıqlarının normadan artıq olması səbəbindən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2500 manat məbləğində inzibati cərimə olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı (hakim Natiq Abbasov) ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ####### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN 1897329 mömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İŞİN HALLARI: İşdə olan sənədlər: ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ağstafa şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Göyçə” kafesində atmosfer havasına normadan artıq qaz tullantılarının atılması ilə AHMH-da qanunun 12-ci maddəsinin tələbləri pozulduğuna görə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 233.1ci maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib olunmuşdur. ##.##.2025-ci il tarixli * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş məktubdan görünür ki, “Göyçə” iaşə obyektinin mətbəxindən çıxan tüstü borusuna qaz-toz tutucu qurğunun quraşdırılmasının təmin edilməsi üçün 2 (iki) ay müddətinə möhlət verilmişdir. 03.11.202-ci il tarixli məktubdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvanına bildiriş göndərilməsinə baxmayaraq, o idarəyə gəlməmiş, ona görə də onun iştirakı olmadan o, İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs qismində 2500 manat inzibati cərimə edilmiş və göstərilən məbləği 1 ay müddətində idarənin xüsusi hesabına ödənilməsi barədə ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Qərarından şikayət verilən orqan X1 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025ci il tarixli aktdan və ##.##.2026-cı il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ## ###### 2025-ci il tarixində Ağstafa rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Göyçə” iaşə obyektində manqalxananın tüstü bacasının yaxınlığından təxminən 7-10 metr məsafədə atmosfer havasına atlan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə ANKAT 64 M3-03 səyyar cihazı vasitəsi ilə analiz ölçmə işləri aparılmış və ölçmənin nəticələrinə görə həmin ərazidə CO -17.8 mq/m3 (norma 5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır. İnzibati xəta haqqında materiala baxan Ağstafa Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayət verilərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində müvafiq araşdırma aparmaq məqsədi ilə “Göyçə” ailəvi restoranın sahibi Qərardan şikayət verən orqan (şəxs) XKEMİ-nin əməkdaşlarının səyyar ölçü cihazları vasitəsilə apardıqları analiz-ölçmə işləri zamanı aşkar edilmiş atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən normadan dəfələrlə çox olması və bununla bağlı Monitorinq İdarəsi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməsi barədə məlumat verilmiş, onun tərəfindən "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulduğu izah olunmuşdur. Yol verilmiş qanun pozuntuları ilə bağlı onun barəsində protokol tərtib olunmuş, barəsində qərar çıxarılacağı ilə bağlı yaşadığı ünvana bildiriş göndərilməsinə baxmayaraq, o, gəlməmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatından və iş materialında olan sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol tərtib olunan zaman Ağstafa rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Göyçə” iaşə obyektindən ətraf mühitə buraxılan tüstünün normadan artıq olmasının qarşısını alan aparatın mövcud olmaması istisna olunmur, həmin xüsusatın əksini təkzib edə biləcək mötəbər sübut təqdim olunmamışdır. Bundan başqa, iş materialına əlavə edilmiş Qərarından şikayət verilən orqan X1 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş sənədlərdən göründüyü kimi ANKAT 64 M3-03 səyyar cihazı vasitəsi ilə aparılmış analiz vasitəsi ilə müəyyən olunmuşdur ki, Ağstafa rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Göyçə” iaşə obyektində manqalxananın tüstü bacasından CO-17.8 mq/m3 (norma 5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıq olması öz təsdiqini tapır. Belə olan halda təqdim edilmiş sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim olunmamış, həmçinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən izahatında qeyd etdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır. Ona görə də İXM-nin 233.1-ci maddəsinin (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) dispoziyasından göründüyü kimi vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd edilən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması öz təsdiqini tapmışdır. Göründüyü kimi toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 233.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmaması qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli MN № ******* saylı nömrəli inzibati tənbeh vermə haqqından qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və İXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN № ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar