Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-358/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, X3 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən X3 barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu X3 hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən borclu X3 bir uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.51 misli həddində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə X3 barəsində IXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, borclunun barəsində IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanən törədilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin iş № *(5-121 )-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1 -ci maddəsi ilə Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verimşidir. Qərar onunla əsaslanmışdır ki, borclu X3 mütəmadi ödənişlər etməsi, 867 manat aliment borcunu isə qısa müddətdə ödəyəcəyinə söz verməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Gəncə Şəhər Məhkəməsinin iş № *(5-121 )-****/**** saylı ##.##.2026-cı il tarixli qərarını aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız hesab edir. Beləki, o, bu iş üzrə zərərçəkmiş şəxsdir. X3 ustadır və hazırda fərdi əməklə məşğul olmasına baxmayaraq borcunu ödəmir və qəsdən aliment pulunu ödəməyərək borcu üst-üstə yığmış və borcunu ödəməkdən yayınmış və borclu X3 bugünkü günə 867 manat aliment borcu yaranmışdır. Gəncə şəhəri üzrə Icra idarəsinin icra məmuru X1 borclu X3 müvafiq icra sənədləri üzrə 10 gün könüllü icra üçün müddət verilmiş,ona bildiriş təqdim olunmuş, izahatı alınmış ancaq borcunu könüllü olaraq verməkdən açıq-aydın imtina etməklə inzibati xəta törətmişdir. X3 aliment borcunu ödəməkdən imtina etmiş və məhkəmə onun barəsində əsassız olaraq belə nəticəyə gəmişdir ki, Yadigar Məmmədovun əməlində qərəz mövcud deyildir. Halbu ki, o, yaranmış borcuyu bundan əvvəlki məhkəmə qərarında may ayı da daxil olmaqla tamamilə ödəməsini öhdəsinə götürsə də qəsdən ödəmir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirmişdir ki, bir neçə gün əvvəl 120 manat ödəniş etmişdir. Alimenti ödəməkdən boyun qaçırmır. Gündəlik fəhlə işləməklə 17 ildir ki, aliment ödəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada inzibati xəta haqqında protokolu tərtib edən şəxsə, zərərçəkən Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. X3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və isə onsuz baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Iş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Iş materiallarından olan ##.##.2024-cü il tarixli Icra Vərəqəsindən görünür ki, X3 ## #### 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması nəzərdə tutulmuşdur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, borclu X3 mütəmadi ödənişlər etməsi, 867 manat aliment borcunu isə qısa müddətdə ödəyəcəyinə söz verməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, tələbkarın şikayətinin təmin olunması və borclunun IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-358/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-358/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver