Məhkəmə qərarları › İş №3(3-7)-359/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-359/2026

16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-359/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs minimum əmək haqqının 1.1 misli aliment alınıb Zərərçəkmiş şəxs vermədiyi üçün o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Quliyev Camal) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2016-cı il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qlan hissədə təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmiş, ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi o, icra sənədi üzrə məlumatlı olduöunu, nə qədər ödəniş ödəməsini dəqiq bilməsə də, xeyli ödəniş etdiyini və aliment borcunun tam şəkildə ödəməyə maddi imkanının olmadığını göstərmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən göründüyü kimi onun protokol tərtib edilən günü 2780 manat aliment borcu vardır. İnzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmə qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmə qərarlarının icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Belə ki, onun tərəfindən müxtəlif tarixlərdə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməmişdən əvvəl hər ay aliment borcunu ödəmiş, lakin alimentin artırılmasından xəbərsiz olmuşdur. Onun daimi iş yeri olmadığı üçün həmin borcları tam şəkildə ödəməyə bilməmişdir. Borcunu ödəməkdən boyun qaçırmır, lakin birdəfəyə ödəməyə imkanı yoxdur. Bundan başqa, tələbkara aliment ödənişləri ödəmiş və hətta məhkəmə iclası zalında 400 manat ödəcəyini təklif etsə də tələbkar qəbul etməmişdir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona ödənilməli 2780 manat aliment borcu var, bu gün isə 220 manat ödəməlidir. O, hər ay 1 uşağa görə 220 manat ödəməlidir. Rəşad Babayev birinci instansiya məhkəməsində ona 400 manat pul təklif etsə də o, əvvəlcə razılaşmadı, sonra dedi ki, apellyasiya məhkəməsində ödəyəcəkdir. Aliment borcunun tam ödənilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Cəlal Salmanov protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən, barəsində açılmış axtarış işindən, eyni zamanda onun tərəfindən verilmiş izahatdan göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (maddi imkanının olmaması, himayəsində 2 övladının olmasını) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. Bununla yanaşı hazırki vəziyyətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli protokol tərtib olunan gündən ödənilməli 2780 manat puldan yalnız birinci instansiya məhkməsində 400 manat ödəniş ödəsə də belə o, bugünki günədək qalıq aliment pulundan heç bir ödəniş etməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətinə əlavə olunmuş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli ödəniş qəbzlərində göstərilən ödəmələr inzibati xəta haqqında protokol tərtib olunmamışdan əvvəl ödənilmiş, həmçinin onun həmin məbləğləri ödəməsi məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifə öhdəliyidir. “İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 500 (beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh İXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar