Məhkəmə qərarları › İş №3(3-7)-362/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-362/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-362/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 nümayəndəsi X7 iştirakları ilə “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-X12 əmək müfəttişi X5 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim P.Z.İsaqlı) “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 barəsində İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən “Tovuz Dövlət Sosial- İqtisadi Kolleci” X2 barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Vətəndaş X6 müraciəti əsasında araşdırma nəticəsində sənədlərə baxış keçirən zaman məlum olmuşdur ki, X6 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2 maddəsinin (işçinin üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) tələbi pozularaq xitam verilmişdir. ##.##.2025-ci il tarixli *** nömrəli xitam əmrinin ləğv edilməsi və X6 işə bərpa edilməsi barədə müəssisəyə icrası məcburi göstəriş verilmiş, lakin göstəriş icra edilməmişdir. Həmçinin inzibati orqanın icrası məcburi göstərişinin qanuniliyi və əsaslılığının mübahisələndirilməsi inzibati məhkəmələrin icraatına aid olduğundan ümumiyyətlə məhkəmənin həmin göstərişin qanuniliyi məsələsini mübahisələndirmə səlahiyyəti yox idi. Məhkəmə tərəfindən şəxsin həmin icrası məcburi göstərişi icra etmə imkanları araşdırıla bilərdi. Nəticədə Xidmətin Qazax-Tovuz regional şöbəsi tərəfindən "Tovuz Dövlət Sosial-İqtisadi Kolleci" PHŞ barəsində tərtib edilmiş ## ###### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Xidmətin Qazax-Tovuz regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. İş materiallarında olan sənədlərə əsasən hüquqi şəxs tərəfindən İXM-nin 539.1-1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Qazax-Tovuz regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır”. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi X1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Tovuz Rayon Məhkəməsinin # ##### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qanuni və ədalətli olduğunu göstərdi və apellyasiya şikayətinin təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan: “Əmək və Məşğulluq” altsistemi platoforması (ƏMAS) üzərindən “Tovuz Dövlət Sosialİqtisadi Kolleci” X2 tərəfindən ##.##.2025-ci il tarixdə X8 ünvanlanmış xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, X8 onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitdiyi, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə etdiyi üçün bağlanmış əmək müqaviləsinə işə çıxdığı gün, yəni ##.##.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. ##.##.2025-ci il tarixli, * nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı icrası məcburi göstərişdən görünür ki, X8 əmək müqaviləsinə üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi iş çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) tələbi pozuluraq xitam verilmişdir. X6 30 gün ərzində öz işinə bərpa edilməsi və müvafiq məlumat verilməsi bildirilmişdir. “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli məktubdan görünür ki, icracı məcburi göstərişə cavab olaraq bildirilmişdir ki, vətəndaş X8 əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin müddəti işçinin hamiləlik və doğuşa görə məzuniyyətdə olduğu dövrdə ##.##.2025-ci il tarixdə bitdiyi üçün işçiyə əmək müqaviləsinə məzuniyyəti bitdiyi gün ##.##.2025-ci ildə xitam veriləcəyi barədə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə (##.##.2025-ci il tarixdə, ƏMAS üzərindən) əvvəlcədən yazılı xəbərdarlıq edilmişdir. ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi göstərişdən görünür ki, X8 əmək müqaviləsinə üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) tələbi pozuluraq xitam verilmişdir. X6 əmək müqaviləsinə xitam verilən zaman texniki nasazlıq səbəbindən vətəndaşın hüquqları pozuıduğuna görə işəgötürənin barəsində 192.6-cı maddəsi tətbiq edilməmişdir. Vətəndaşın hüquqları pozulduğu üçün icrası məcburi göstəriş verilmişdir. ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi göstərişdən görünür ki, X8 əmək müqaviləsinə üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) tələbi pozuluraq xitam verilmişdir. X6 əmək müqaviləsinə xitam verilən zaman texniki nasazlıq səbəbindən vətəndaşın hüquqları pozuıduğuna görə işəgötürənin barəsində 192.6-cı maddəsi tətbiq edilməmişdir. Vətəndaşın hüquqları pozulduğu üçün əmrin ləğv edilməsi və X6 işəbərpa edilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-X12 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbini pozmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməklə İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanunun qeyd olunan normasına əsasən, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. Yəni, inzibati məsuliyyətin yaranması üçün icrası məcburi olan göstərişin qanunla müəyyən edilmiş qaydada verilməsi, həmin göstərişin hüquqi şəxs tərəfindən qəbul olunması, göstərişin icrası üçün real və kifayət qədər müddətin müəyyən edilməsi və göstərişin obyektiv səbəb olmadan icra edilməməsidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən məhkəməyə “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, X6 Dövlət Sosialİqtisadi Kolleci” X2 ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ilə ##.##.2024-cü il tarixdən 2024-2025-ci il tədris ilinin sonunadək (##.##.2025-ci il tarixədək) ixtisasına uyğun müəllim vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixli əmrlə sığortaolunanın xəstəlik vərəqinə əsasən iddiaçı X8 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 126 təqvim günü müddətinə hamiləlik və doğuşa görə məzuniyyətə çıxmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyi üçün cavabdeh orqan tərəfindən “Əmək və Məşğulluq” altsistemi platoforması (ƏMAS) üzərindən ##.##.2025-ci il tarixdə X8 bildiriş ünvanlanmış və onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitdiyi, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə etdiyi üçün bağlanmış əmək müqaviləsinə işə çıxdığı gün, yəni ##.##.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. “xxxx” X2 tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək X8 hamiləlik və doğuşa görə əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəsəqi verilsə də, xəstəlik vərəqəsi ##.##.2025-ci il tarixdə, yəni iddiaçının artıq işə çıxması vaxtından təxminən 20 gün sonra “xxxx” X2 direktorun terapevtik xidmətlər üzrə müavini X3 tərəfindən imzalanmışdır. İşin qeyd olunan hallarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən araşdırılması isə müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iş materilallarına daxil olan sənədləri bir daha təhlil edərək, apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən “Tovuz Dövlət Sosial- İqtisadi Kolleci” X2 əməlində İXM-nin 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: “Tovuz Dövlət Sosial-İqtisadi Kolleci” X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar