Məhkəmə qərarları › İş №3(3-7)-363/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-363/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-363/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün inzibati orqana geri qaytarılmasına dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X2 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “xxxx” MMC-nin təsisçisi Qərardan şikayət verən orqan (şəxs) ilə X1 arasında minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı mövcud olduğuna görə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, onun İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmasına dair X2 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. İŞİN HALLARI: İş materialında olan sənəd: ** saylı Ərazi Vergilər Baş İdarəsinin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin (VÖEN 2303935611) fəaliyyəti ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2124-cü il tarixədək fəaliyyətini dayandırmışdır. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından X2 Xidmətinin Hüquq İdarəsinin rəisi apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmamışdır. Belə ki, hazırki iş üzrə “Əmək və Məşğulluq“ altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əmək haqqları minimum əmək haqqından az olduğu müəyyən edilmişdir. Bununla da işə götürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xətaya dair işin materiallarını araşdırıb və şikayətin dəlillərini, iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan sənədlərdən və izahatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) təsisçisi olduğu “xxxx” MMC-nin (VÖEN 2303935611) fəaliyyəti ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2124-cü il tarixədək fəaliyyətini dayandırmışdır. Belə olan halda ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarda göstərilənə əsasən “xxxx” MMC-nin təsisçisi Qərardan şikayət verən orqan (şəxs) ilə X1 arasında minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı mövcud olmasını təsdiq edən əmək müqaviləsinin hansı tarix aralığında bağlanması iş materialında olan sənədlərlə müəyyən olunmur. Eyni zamanda iş materiallarından da görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamış, Qərardan şikayət verən orqan (şəxs) təsisçisi olduğu “xxxx” MMC-nin inzibati protokol tərtib olunan zaman fəaliyyətdə olub-olmaması, Qərardan şikayət verən orqan (şəxs) ilə işçi arasında bağlanmış əmək müqaviləsinin hansı tarix aralığında bağlanması, ümumiyyətlə qeyd edilən inzibati xəta hadisəsinin mövcud olmasını təsdiq edən əsaslı mötəbər sənədlər təqdim edilməmiş, yalnız “Əmək və Məşğulluq“ altsistemindəki müqavilələrə baxış əsas götürülmüş, bununla da sübutların tam, hərtərəfli və obyektiv araşdırılması və qiymətləndirilməsi prinsipləri pozulmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol (qərar) qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun (qərarın) barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. İXM-nin 8-ci maddəsinə əsasən hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqı qərarı ləğv etməklə işin yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instasniya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar