Məhkəmə qərarları › İş №3(3-7)-364/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-364/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-364/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2282,30 (iki min iki yüz səksən iki manat otuz qəpik) manat məbləğində pul və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Göygöl rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair ## ### 2026-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə zərərçəkmiş şəxs Həsənova (Cəfərova) Səbinə Cəlil qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMin 528.1-ci mаddəsi ilə təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsi *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixdə qərar qəbul edərək borc üzrə icra məmuru tərəfindən borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə tam hərəkətlər aparmadığını əsas gətirərək, inzibati xəta haqqında icraata xitam vermişdir. Borclu 2301 manat 30 qəpik olan borcunu qərəzli şəkildə ödəmir. Məhkəmə *(*- ***)-***/**** saylı iş üzrə ##.##.2026 qərar qəbul edərək, qanunsuz və əsassız şəkildə inzibati xəta haqqında icraata xitam verməklə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunan əsassız qərar çıxartmışdır. Iş üzrə icra məmurunun verdiyi təqdimatdan və təqdim olunan protokoldan görünür ki, borclunun ona kifayət qədər borcu vardır, həmin borcun ödənilmədiyi təqdirdə Göygöl rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitamm verilməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur və himayəsində olan az yaşlı övladlarının maddi təminatının kifayət qədər pozulmasına səbəb olmuşdur. Borclu heç bir məsuliyyət hiss etmir, gələcəkdə də bu cür qərarın qüvvədə qalması və onun inzibati qaydada həbs edilməməsi həm borclunun özünün və həm də oğlunun aliment üzrə öhdəliklərinin icra etməməyə və qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən icra etməməyə yönəlmiş qanunsuz hərəkətlərinə əsas vermiş və sövq vermiş olacaqdır. Hal-hazırda borclu cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2301 manatdan çox borcunun yığılmasına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat göndərilmir, qəsdən süründürməçiliyə yol verilir. Borclu məhkəmədə izahatında bildirir ki, “mən borcu ödəməyəcəm və ayda cəmi 20 manat ödəyəcəm”. Onun bu ifadəsi məhkəmə aktının qəsdən və qərəzli şəkildə icra edilməməsidir və onun əməlində Cinayət Məcəlləsinin 306-cı maddəsinin tərkibi yaranmışdır. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsini səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2282,30 (iki min iki yüz səksən iki manat otuz qəpik) manat məbləğində pul və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır; “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanmışdır; “Tələbin könüllük icrası haqqında” ##.##.2025-ci il tarixli bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bildiriş ##.##.2026-cı il tarixdə tərəfə verilmişdir; Inzibati xəta haqqında edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli Göygöl rayonu Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2282,30 (iki min iki yüz səksən iki manat otuz qəpik) manat məbləğində pul və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Borclunun 2301.30 manat aliment borcu vardır; Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli Göygöl rayon Icra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, heç bir yerdə işləmir, maddi imkanı ilə əlaqədar borcun bir dəfəyə ödənilməsini təmin edə bilməyəcək, özü xəstədir. Hər ay 20 manat ödəniş etməyə çalışacaq. IXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açıq-aşkar qərəzli şəkildə icra sənədi üzrə tələbdən yayınması ilə bağlı icra işində olan sübutların nəzərə alınması və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə işin faktiki halları və iş materiallarında olan sübutlar nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öhdəliyini qərəzli şəkildə icra etməmiş və icradan yayınmışdır, bu hal icra işində olan materiallarla öz təsdiqini tapır. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli IXM-in 528.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. IXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-124)-224/2026 nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Göygöl Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar