Məhkəmə qərarları › İş №3(3-7)-365/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-365/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-365/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru R X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, IXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlu ##.##.2025-ci il tarixdə, saat 11:53 radələrində “Vaz 21060” minik markalı, **BN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası IXM-nin 327.1 və 327.8- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə X1 yüngül zərər vurulmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlunun Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlu apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsinə və barəsindəki icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Aşağıda göstəriləcək səbəblərə görə məhkəmənin ## ##### 2026-cı il tarixli 3(5- ***)-***/**** saylı Qərarı ilə razı deyil və hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iş materiallarından barəsində ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərar olduğu görünür. Şikayət etdiyi Tovuz rayon Məhkəməsinin 3(5-163)-213/2026 Qərarı isə ##.##.2026-cı il tarixdə qəbul edilmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, Inzibati Xətalar Məcəlləsinin 38,3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin, barəsində Tovuz rayon Məhkəməsinin eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı ləğv edilməmiş qərarı olduğu halda inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, Inzibati Xətalar Məcəlləsinin 53.1.7ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda bu hal inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid olmaqla inzibati xətalar haqqında Işlər üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməli idi. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində Yol hərəkəti haqqında Qanunun 1.24 nişanı (mal-qara keçidi) quraşdırimayan asfalt və sementbeton örtüklü yolla mal-qara ötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmək və inzibati cərimə tətbiq etmək əvəzinə təqsirliliyi sübuta yetirilməyən mənim barəmdə cərimə tətbiq edilməsi tam qanunsuz və əsassız bir qərardır. Belə ki, Protokolda hadisənin baş vermə saatı ##.##.2025-ci il tarixdə, saat 11:53 radələrində qeyd olunmuşdur, halbuki hadisə sutkanın qaranlıq vaxtı, 21:00 radələrində baş vermişdir. Qərarda Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyinə istinad olunmuşdur ki, bu da absurddur. Belə ki, hadisə ##.##.2025-ci il tarixdə baş verdiyindən hadisədən 16 gün əvvələ rəy verilə bilməzdi. Həmçinin həmin rəydə göstərilir ki, 2009-cu il təvəllüdlü X1 bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ gicgah nahiyəsinin məməyəbənzər çıxıntı issəsinin əzilmiş yaradan sonrakı çapığı, sağ dirsək oynağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bu rəydən X1 Tovuz RMX-na ##.##.2025-ci il tarixdə müraciət etdiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətin qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmədiyi göstərilir. Halbuki, hadisə ##.##.2025- ci il tarixde baş vermişdi. Həmin vaxtdan keçən 15 gün müddət ərzində, ##.##.2025- ci il tarixinədək X1 ağacdan da yıxıla və ya hər-hansı başqa səbəbdən xəsarət ala bilərdi. Beləliklə, müəyyən olunur ki, protokol tərtib edilərkən və qərar qəbul edilərkən mənim təqsirli olduğum sübut olunmamış, həmçinin təqsirliliyimin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Tovuz RPŞ-nə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.. Iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd olunması” barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsr oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, IXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X2 bölməsinə göndərilməsi qərara alınmışdır. Iş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü X1 bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ gicgah nahiyəsinin məməyəbənzər çıxıntı hissəsinin əzilmiş yaradan sonrakı çapığı, sağ dirsək oynağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Iş materiallarına əlavə edilmiş Məhkəmə ekspertizası mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki Vaz-2106 markalı **BN*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Isgəndər oğlunun hərəkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri var. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar