Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-367/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixdə Tovuz RPŞ-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 329.3 və 343.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli IXP seriyalı ******** nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21 radələrində “Mercedes Benz E240” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində idarə edərkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış və sənədlər yoxlanılan zaman sürücüdən alkoqol iysi gəlmişdir. Sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluğunun müəyyən etmək üçün alkotestrdən keçirtmək istəyərəkən imtina etmiş və həkim müayinəsi tələb etmişdir. Bundan sonra onu Gəncə şəhərində yerləşən narkoloji dispanserə aparmışlar, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orada da sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılacaq tibbi müayinədən imtina etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-nin 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının tamamilə ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, barəsində Protokolu tərtib edən orqan DYPB tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. O, Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki. məhkəmə qərardadının əsası kimi qeyd etmişdir ki, guya o sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina etmişdir. Əslində isə o vermiş olduğu izahatında da qeyd etmişdir ki, həmin tarixdə onun nəqliyyat vasitəsi hərəkətdə olmamışdır. O, nəqliyyat vasitəsinin işıq sistemində nasazlıq yarandığından maşını dayandırıb içərisində oturduğu halda polis əməmkdaşı ona yaxınlaşaraq ondan maşından düşməsini və rəisin onu çağırdığını bildirmişdir. O, etiraz etməmiş. Sonra ona sərxoşluğu müəyyən etmək üçün alkotestrdən istifadə etməyi təklif etmişlər. O, həmin gün ümumiyyətlə spitrli içki qəbul etməmişdir. Sadəcə olaraq polis əməkdaşlarında olan alkotestrin natəmiz olması səbəbi ilə ondan istifadə etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin müvafiq qərarına əsasən sərxoşluğun müəyyən edilməsi müvafiq qan analizi vasitəsi ilə aparılmalıdır. Polis əməkdaşları onun maşınını əlindən almaq istədikdə o, buna ciddi etiraz etmişdir. Onlar da evakuator çağıraraq maşını evakuatora mindirmək istədikdə o maşında pul kartının və pulun olduğunu bildirib onları götürmək istəmişdir. Lakin buna da icazə verməmişlər. Onun maşınını evakuatorun sürücüsü sürərək evakuatorun üzərinə çıxartmış və maşınını cərimə meydançasına gətirmişlər. O, həmin vaxt maşınıma yaxınlaşanda bank kartının maşında olmasını görmüş lakin 200 manat pulu yerində yox idi. Protokolu tərtib edən orqan maşın təhvil alınarkən nə baxış keçirilməmiş nə də müvafiq akt tərtib edilməmişdir. Polis əməkdaşları şöbədə onun mobil telefonunu əlindən almış və yenə də ona israrla alkotestrə üfürməsini tələb etmişlər. O, bundan imtina etdikdə isə onu Ağstafa rayonuna müayinə olunmaq üçün aparmışlar. Onlar avtomaşında olan zaman polis əməkdaşları ona hədəqorxu gəlməyə başladılar. Bildirdilər ki, o onlarıçox incidir indi onun maşınına narkotik qoyub onun barəsində cinayət işi başlatdıracaqlar. Onu Gəncə şəhərində yerləşən nakoloji dispanserdə müayinəyə apardılar. Aparılan zaman onun iradəsinə zidd olaraq məni video görüntüyə aldılar. Buna da məqsədləri onu şantaj etmək olmuşdur. Belə ki. o hazırda Tovuz şəhəri Elxan Məmmədov adına tam orta məkəbin direktoru vəzifəsində çalışır. Onun rəhbəri olşduğu məktəb Tovuz rayonunda kifayət qədər böyük kollektivə sahib olan bir məktəbdir. Özü Tovuz rayonunda fəaliyyət göstərən 16 Yeni Azərbaycan Partiya Təşkilatlarının birinin rəhbəridir. Həmçinin *** saylı Dairə Seçki Komissiyasının * saylı seçki məntəqəsinin sədridir. Özü rayonda kifayət qədər nüfuza və hörımətə sahibdir. Onun narkoloji dispanserdə müayinədən keçirilməsinin görüntüləri onun nüfuzuna xələl gətirir. Həmçinin rəydə qeyd edilmişdir ki. guya o dispanserdə də müayinədən keçməkdən bilərəkdən imtina etmişdir. Əslində isə dispanserdə də qanuna müvafiq qaydada müayinə aparılmamışdır. Yəni ondan hər hansı bir analiz və ya nümunə götürülmədən onu sadəcə olaraq vizual müayinədən keçirmişlər. Göründüyü kimi bu da polis əməkdaşlarının sifarişinin və diktəsinin nəticəsidir. Hətta bunlar azmış kimi onun təqsiri sübuta yetirilmədiyi halda polis əməkdaşları Şəmkir Regional Təhsil Idarəsinə həqiqətə uyğun olmayan məlumat ünvanlayaraq guya onun içtimai qaydaları pozduğunu qeyd edib onun barəsində müvafiq tədbir görülməsini istəmişlər. Hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-163)- ***/**** nömrəli qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi və Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5- 163)- ***/**** nömrəli qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ***/**** saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Iş materiallarına flash karta baxış keçirilən zaman polis əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı hər hansı qanuna zidd hərəkətlərin edilməsi müəyyən edilməmişdir. IXM-nin 343.1-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir, 13-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. Birinci insansiya məhkəməsi məhkəmə belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin yuxarıda sadalanmış bəndlərinin tələblərini pozmuş və bu hərəkətləri ilə Azərbaycan Respublikası IXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsüf edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında vediyi izahatını özünümüdafiə xarakteri və cəzadan boyun qaçırmaq məqsədi kimi qiymətləndirir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-367/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-367/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver