Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-368/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuş ümumilikdə 2980 manat məbləğində aliment borcu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödəmədiyi üçün İXM-in 528.1-ci maddəsi ilə təqsilri bilənərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Rzayev Kamil) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İŞİN HALLARI: İşdə olan sənədlər: Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuş ümumilikdə 2980 manat məbləğində aliment borcu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir; ##.##.2025-cı il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən və həmin tarixli “Tələbin könüllü icrası haqqında“ bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərarlardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan olunmuşdur. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məcburi qaydada gətirilməsinin təmin edilməsi qərara alınmış və qərarın icrası Tərtər RPŞ-nə həvalə edilmişdir. Ödəniş qəbzlərin surətindən görünür ki, borclu Rauf Baxşəliyev tərəfindən 200 AZN, 50 AZN, 120 AZN, 50 AZN ödənişlər olunmuşdur. Rauf Baxşəliyev tərəfindən Tərtər Rayon Məhkəməsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, onun tərəfindən 900 AZN ödəniş ödənilmişdir. İnzibati xəta haqqında materiala baxan Tərtər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin araşdırılması üçün həmin məhkəməyə qaytarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Rauf Baxşəliyevin aliment borcu hazırda 4317 manat təşkil edir. Aylıq aliment məbləği 498 manat olmasına baxmayaraq, borclu uzun müddət aliment öhdəliyini yerinə yetirməmiş, yalnız cüzi məbləğlər ödəyərək borcun artmasına səbəb olmuşdur. Qarşı tərəfə sonuncu dəfə # #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında 1# #### 2026-cı il tarixədək müddət verilmiş, həmin tarixdən sonrakı proses barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Aliment borcunun tam və ya böyük hissəsinin ödənilməsi barədə ona heç bir rəsmi sübut, qəbz və ya ödəniş olunması tələb olunsa da, bu günə qədər həmin sənədlər ona verilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, hesab edir ki, iş üzrə şikayət qismən təmin edilməli və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Rauf Baxşəliyev İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və yeni qərar çıxarılmalı, sonra isə icraata İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Belə ki, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Rauf Baxşəliyev tərəfindən ümumilikdə ödənilməli borc məbləği 2980 manat məbləğində olmuşdur. İnzibati xəta haqqında işin birinci instansiya məhkəməsində icraatda olduğu dövrdə Rauf Baxşəliyev tərəfindən zərərçəkmiş şəxsin hesabına 200 AZN, 50 AZN, 120 AZN, 50 AZN ödənişlər ödənilməsi (ödəniş qəbzlərinin surətinə əsasən) istisna olunmasa da belə, lakin onun tərəfindən həmin məhkəməyə təqdim edilmiş ##.##.2026cı il tarixli ərizəyə əsasən 900 AZN ödənişin zərərçəkmiş şəxsin hesabına ödəməsini təsdiq edən ödəniş qəbzi və ya əsaslı mötəbər sübut təqdim olunmamış, belə olan halda həmin ərizənin mötəbərliliyi şühbə altına alınır. Eyni zamanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində Rauf Baxşəliyev tərəfindən onun hesabına heç bir ödəniş olunmadığını və ümumilikdə ona ödənilməli 4317 manat borcunun olmasını göstərmişdir. Bundan başqa, Rauf Baxşəliyevə məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və məlumat verməmiş, bununla da müəyyən olunur ki, o, məhkəmənin çağırışlarından boyun qaçırır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Rauf Baxşəliyevin əməlində İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməklə əsassız olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş materialında olan sənədləri və izahatları müqayisəli şəkildə araşdırmamış, borclunun həqiqətən də icra sənədindən qərəzli olaraq boyun qaçırıb-qaçırmaması halına diqqət yetirməməsi nəticəsində borclu tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi hallarının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan toplanmış mötəbər sübutlara düzgün qiymət verilməyərək Rauf Baxşəliyevin əməli sübut olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. İş materiallarından və eləcə də birinci instansiya məhkəməsinin qərarından Rauf Baxşəliyev barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinin hüquqi və faktiki əsasının müəyyən edilməsi mümkün deyildir. İşdə olan bir-birlərini tamamlayan mötəbər sübutlarla Rauf Baxşəliyevə istinad edilən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzbati xətanı törətməsi təsdiq olunsa da, aşağıdakı hüquqi əsaslara görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə” adlanan 24-cü fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən dörd aydır. İş materialında olan ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi ## ###### 2026-cı il tarixdə baş vermiş və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Rauf Baxşəliyev barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında işin apellyasiya məhkəməsinə olduğu müddətdə müəyyən olunur ki, ## ###### 2026-cı il tarixli protokolun tərtibindən 4 aydan artıq müddət keçmişdir. Bununla da İXM-nin 38.1-ci maddəsinə əsasən Rauf Baxşəliyevin inzibati məsuliyyətə cəlb etmə müddəti - 4 (dörd) ay ötürüldüyü üçün o, inzibati məsuliyyətdən azad olunub təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilməməli və işin icraatına xitam verilməlidir. İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və yeni qərar çıxarılmalı, Rauf Baxşəliyev İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və iş üzrə icraata İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə üçün barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-368/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-368/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver