Məhkəmə qərarları › İş №3(3-7)-369/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-369/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-369/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əkbərli İlham Ənvər oğlunun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Əkbərli İlham Ənvər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmuradov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə “xxxx” MMC-nin sahə rəisi Əkbərli İlham Ənvər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək, vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Əkbərli İlham Ənvər oğlu şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlu barəsində olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış «İnzibati tənbeh vermə haqqında» ## #### 2026- cı il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi, vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 266.1- ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız, qanuna zidd və qeyri-obyektivdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş,şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının 4.1-ci bəndində göstərilmişdir ki, tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Məhkəməyə təqdim edilmiş, “xxxx” ASC və “xxxx” MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli ********** nömrəli müqavilə və Xocalı TBT Poliqonun 2026-cı il fevral ayını əks etdirən tullantıların qeydiyyat kitabının vərəqlərinin surətlərində öz təsdiqini tapmışdır. Belə ki, qeydiyyat kitabının vərəqlərinin surətlərindən görünür ki, vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlu tərəfindən fevral ayı üzrə mütamadi, yəni ayın ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026cı il tarixlərdə günün müxtəlif vaxtlarda “söküntü” tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil vermişdir. Göründüyü kimi, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə günün müxtəlif vaxtlarda “söküntü” tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil verilmişdir. Yəni 5 (beş) iş günündə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarının tələbi pozularaq “söküntü” tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil verilməmişdir. Ona görə də ##.##.2026-cıil tarixdə vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə ##.##.2026-ci ıi tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş, ##.##.2026-cı il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3000 (üç min) manat cərimə olunmuş ##.##.2026-cı il tarixdə qərar qüvvəyə minmişdir. Göründüyü kimi vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarın tələblərinə ümumiyyətlə əməl etməmişdir. Xankəndi şəhər Məhkəməsi işə birtərəfli yanaşmış, yuxarıda qeyd edilənləri nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Ona görə də Xankəndi şəhər Məhkəməsinin ## ### 2026cı il tarixli, iş *(*-***)-**/**** nömrəli qərarı ləğv edilərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxs Əkbərli İlham Ənvər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəliİnzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlayan yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayətin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və Xankəndi şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, iş *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan: - İş materiallarında olan “xxxx” ASC və “xxxx” MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli ********** nömrəli müqavilə və Xocalı TBT Poliqonun 2026-cı ilin fevral ayını əks etdirən tullantıların qeydiyyat kitabının vərəqlərinin surətlərindən görünür ki, Cəmiyyət tərəfindən fevral ayı üzrə mütamadi, yəni ayın ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə günün müxtəlif vaxtlarında “söküntü” tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil verilmişdir. Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxs olaraq “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmiş və Məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki,iş materiallarına əsasən eyni faktla bağlı Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin müvafiq inzibati xətaya dair iş üzrə 01 may 2026-cı il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bununla yanaşı, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, təmir olunan evlərin həyətinə daxil ola bilmədiyinə görə yaranan zibil küçəyə çıxarılır və oradan yük avtomobillərinə yığılaraq hər gün Xocalı şəhərində yerləşən poliqona daşınır. Belə ki, qeydiyyat kitabına əsasən hüquqi şəxs tərəfindən fevral ayı üzrə mütamadi, olaraq “söküntü” tərkibli tullantıların Xocalı TBT Poliqonuna təhvil verilməsi və evlərin təmir və bərpası zamanı yaranmış “söküntü” tərkibli tullantıları təhvil verərək onlara ayrılmış ərazinin çirklənməsinə yol verilmədiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası baxışı zamanı da Əkbərli İlham Ənvər oğlunun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qərarı ilə müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq İlham Əkbərlinin təqsirli olması barədə şübhələri onun xeyrinə həll etməkdə haqlı olmuşdur. Beləliklə, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur və apellyasiya instansiya məhkəməsinə hər hansı əlavə sübut təqdim edilməmişdir. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Əkbərli İlham Ənvər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar