Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-370/2026 23.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı, 510.1 və 535-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun məzmununda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə şəhəri, Totanlı dairəsinin yaxınlığında olan zaman ictimai yerdə ucadan nalayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb etmiş, ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmçinin aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyri-adekvat davranışlarla narkotik vasitə aludəçisi olması şübhəsi yarandığından Gəncə şəhər Narkoloji Dispanserində aparılmış, müayinə zamanı sidik nümunəsində metamfetamin aşkar edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Kəmalə Bayramova) ##.##.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, deməsinə görə ##.##.2026-cı ildə İXM-nin 206-cı maddəsilə təqsirli bilinib 300 manat inzibati cərimə tətbiq olunmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206, 510.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası çərçivəsində 20 gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəli ## ### 2026-cı il tarixdən saat 22:00-dan hesablanmışdır. İŞİN HALLARI: İş materialında olan sənədlər: Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ## ### 2026-cı il tarixli rəydə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmiş, həmçinin narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ##.##.2026-cı il tarixli Protokolunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyindən narkotik vasitə olan MET (metamfetamin) aşkar edildiyi göstərilmişdir. “İnzibati qaydada tutma haqqında” ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib olmamasına görə rədd edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razılaşmadığını və işinə yenidən baxılaraq ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, o, hazırda narkotik istifadəçisi deyil və narkotik vasitədən istifadə etdiyinə görə ##.##.2026-cı il tarixdə barəsində 300 manat inzibati cərimə olunmuş və həmin cəriməni hələ də ödəməmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə təkrar müayinə zamanı qanında narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə istifadə etdiyinə görə barəsində cərimə tənbehinin tətbiq olunmasına baxmayaraq, həmin əmələ görə yenidən inzibati tənbeh tədbirinin tətbiqini əsaslı hesab etmir. Həqiqətən də uca səslə polislərlə danışmışdır. Əlilliyi yoxdur. Döyüşlərdə iştirak etmiş, lakin yaralanmamışdır. Odur ki, barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhəri 1-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda işin hallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-nin 206-cı maddəsininin tövsif məsələsini mübahisələndirir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri və protokolları, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206, 510.1, 535.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alıb barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Eyni zamanda iş materialında olan sənədlərdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmiş, həmçinin onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüş və onun sidiyindən narkotik vasitə olan MET (metamfetamin) aşkar edildiyi göstərilmişdir. Hazırki vəziyyətdə həmin sənədlərə şübhə altına alan mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında əvvəllərdə narkotik vasitə istifadə etdiyinə görə o, İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək məhkəmə tərəfindən barəsində cərimə tənbehinin tədbiq edilməsinə baxmayaraq, o, cəriməni ödəməmiş və yenidən analoji xarakterli inzibati xəta hadisəsini törətməsini göstərmiş, bu da onu göstərir ki, o, əvvəlki tənbehdən nəticə çıxarmamış, islah olunmamışdır. Belə olan halda şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirinin müddətinin azaldılmasına və ya həmin tənbeh tədbirindən azad olunmasına əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-370/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-370/2026
23.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver