Məhkəmə qərarları › İş №3(3-7)-372/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-372/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-372/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (hakim K.Bayramova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: İş mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında *-**-*/*- *-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qərar əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 42 B ünvanında yerləşən “xxxx Aptek” MMC-yə məxsus əczaçılıq təşkilatın fəaliyyətinin yoxlanılması 13.04-##.##.2026-ci il tarixlərdə aparılmışdır. İş mаteriаllarına əlаvə edilmiş ## ###### 2026-cı il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” Çıxarışından görünür ki, aparılmış yoxlamalar KY262508593 nömrəsi ilə vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Ə-*** nömrəli, ## ##### 2026-cı il tarixli planlı (növbəti) yoxlama aktı forması və yoxlama suallarının siyahısında qeyd edilmişdir ki, aptek təşkilatının sanitar qovşağı mövcud olsa da, həmin sanitar qovşağa giriş yalnız aptek əməkdaşlarının istifadəsi üçün ayrılmamışdır. Belə ki, həmin sanitar qovşağa obyektin ikinci mərtəbəsində fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin əməkdaşları və kənar şəxslər tərəfindən də istifadə edilə bilər. Bu ümumi girişli sahədə yerləşir. Bu hal sanitar gigiyena şəraitinin təmin edilmədiyini göstərir. İş mаteriаllarına əlаvə edilmiş xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tərəfindən təqdim edilmiş aktda qeyd edilmişdir ki, aptek təşkilatının sanitar qovşağı mövcud olsa da, həmin sanitar qovşağa giriş yalnız aptek əməkdaşlarının istifadəsi üçün ayrılmamışdır. Belə ki, həmin sanitar qovşağa obyektin ikinci mərtəbəsində fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin əməkdaşları və kənar şəxslər tərəfindən də istifadə edilə bilər. Bu ümumi girişli sahədə yerləşir. Bu hal sanitar gigiyena şəraitinin təmin edilmədiyini göstərir. Həmin protokolda və ona əlavə edilmiş materiallarda qeyd edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 42 B ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə ##.##.2026-cı il tarixdə saat 12:00-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması halı aşkarlanmışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Ə-*** nömrəli plandankənar (növbədənkənar) yoxlama aktı və fotoşəkillərlə təsdiq edilir. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qərar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, məhkəmədə bir sıra iş üçün mühüm əhəmiyyətli faktlar araşdırılmadan və nəzərə alınmadan qərar çıxarılmış, bu isə bir sıra maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şirkətin Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov pr, 42B ünvanında yerləşən aptek təşkilatında yoxlama aparılmışdır. Yoxlama nəticəsində tərtib edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunması əsaslarını təşkil edən halalr üzrə ##.##.2026-cı il tarixli, Ə-*** saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mrkəzinin yoxlama materiallarına baxılması üzrə akt tərtib edilmişdir. Həmin aktda konkret olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının ## ###### 2018ci il tarixli, ** nömrəli qərarının ** nömrəli əlavəsi əsas göstərilməklə pozuntu hesab edilmiş hal qeyd edilmişdir. Qeyd olunan pozuntu və onun yoxlama zamanı mövcud olmadığını aşağıdakı formada diqqətinizə çatdırırıq: Aptek təşkilatının sanitar qovşağınını mövcud deyil.Həm sanitar qovşağa giriş yalnız aptek əməkdaşlarının istifadəsi üçün ayrılmamışdır. Belə ki, həmin sanitar qovşağı obyektin ikinci mərtəbəsində fəaliyyət göstərən digər təsərüfat subyektinin əməkdaşları və kənar şəxslər tərəfindən də istifadə edilə bilər. Bu ümumi giriş sahədə yerləşir.Bu hal sanitar-gigiyena şəraitinin təmin edilmədiyini göstərir. Sözügedən aptek təşkilatına # ###### 2018-ci il tarixində İN/L- 1204/2016/*** qeydiyyat nömrəli lisenziya əlavəsi verilmiş, fəaliyyətə başladığı tarixdən indiyədək otaqlarda heç bir dəyişiklik aparılmamış və yerləşdiyi qeyri-yaşayış binasının bir hissəsini (265 kv.m-in 105 kv.m) əhatə etmişdir. Belə ki, həmin aptek təşkilatına lizensiya əlavəsi alınarkən hazırkı vəziyyətdə olmuş, lakin buna baxmayaraq qeyd olunan aptek təşkilatına lisenziya əlavəsi verilmişdir. İşin faktiki hallarının protokolu tərtib edən orqan və birinci instansiya məhkəməəsi tərəfindən nəzərə alınmamasının işin hərtərəfli, tam və obyektiv araşdırma nəticələrini əks etdirmədiyini hesab edir. Eyni zamanda hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi müəyyən olunan zaman hüquq məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara vacibdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin 3(5-121)-1569/2026 il tarixli qərarınını ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarınının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aptek lisenziya əsasında qurulub. Lisenziya 2018-ci ildə açılıb. Yoxlama zamanı heç bir pozuntu aşkar olunmamışdır. 2018-ci ildə lisenziya verilən zaman sanitar qovşağı necə olubsa 2026-cı ildə də həmin qaydada olubdur. Apellyasiya məhkəmə baxışında çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İXM-nin 452.3-cü maddəsinin sanksiyasında xəbərdarlıq yoxdur. Aptekdə quraşdırılan sanitar qovşaq ümumi, ortaq istifadədir. Kənarda yerləşən playstation müştəriləri də həmin sanitar qovşağından istifadə edirlər. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları ilə İXM-in 452.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-in 452.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 yoxlama zamanı heç bir pozuntu aşkar olunmadığını bildirmiş, 2018-ci ildə lisenziya verilən zaman sanitar qovşaq necə olubsa 2026-cı ildə də həmin qaydada olduğunu bildirsə də, iş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Ə-*** nömrəli plandankənar (növbədənkənar) yoxlama aktı və fotoşəkillərdən görünür ki, aptek təşkilatlarına dair tələblərin pozulması halı aşkarlanmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlar özünümüdafiə xarakterli olmaqla inzibati xətaya dair iş materialları, həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmiş işin obyektiv halları ilə uyğunluq təşkil etmir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilən inzibati tənbehə münasibətdə hesab edir ki, aşağıda qeyd olunanlara görə sonuncu barəsində tətbiq edilmiş inzibati cərimə tənbehi qanuni və ədalətli sayılır. Belə ki, İXM 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə xxxx” MMC barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair nəticəyə gələrkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti törədilmiş inzibati xətaların xarakteri, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin islah olunması, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 452.3-cü maddəsi ilə təqsirli bilərək və barəsində 1000 (bir min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir və xxxx” MMC-nin şikayətinin dəlilləri formal xarakterli olmaqla öz subyektiv fikirlərinə və mülahizələrinə əsaslanmaqla Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarınını ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Sevindik Əzizov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar