Məhkəmə qərarları › İş №3(3-7)-374/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-374/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-374/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Gəncə Regional X2 İdarəsinin nümayəndəsi Rəsulov İbadət Müsahib oğlunun iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-159) ***/**** nömrəli qərarından Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Gəncə Regional X2 İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Gəncə Regional X2 İdarəsinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən ## #### 2026-cı il tarixdə keçirilən planlı YTM zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmiş və qeyd olunan protokol baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin yanğın təhlükəsizliyi üzrə məsul şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X2 Xidmətinin Gəncə Regional X2 İdarəsinin rəisi apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edərək MN ******* nömrəli protokola xəta subyektinin qanunsuz dəyişdirilməsi faktı nəzərə alınaraq iş materialları xətanın mahiyyəti üzrə hüquqi şəxs qismində yenidən baxılması və qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Gəncə Regional X2 İdarəsinin X2 şöbəsinin inspektoru R X1 tərəfindən KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” əsasında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə, hüquqi şəxs qismində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən tərtib olunmuş protokola baxılması və müvafiq qərar çıxarılması ilə bağlı bütün sənədlər Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə işin baxılması zamanı maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə tərəfimizdən hüquqi şəxs qismində tərtib edilmiş inzibati xəta haqqında protokola tamamilə əsassız yanaşaraq, subyekti qanunsuz olaraq dəyişdirmiş və iş üzrə cavabdeh qismində fiziki şəxsi tanıyaraq onun barəsində 20 manat cərimə tənbehi tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi şikayəti müdafiə etdi, qərarın dəyişdirilərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-in İXM-in 518.1-ci maddəsində hüquqi şəxslər üçün müəyyən edilmiş cərimə məbləği çərçivəsində tənbeh edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə əsaəsn mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və proses iştirakçısının mövqeyini nəzərdən keçirərək apellyasiya şikayətində qeyd edilən dəlillləri əsassız hesab edir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, işdə olan ##.##.2026-cı il tarixli *-**-**/Q-****/**** nömrəli yanğın–texniki müayinə aktından görünür ki, Şəmkir rayonu, Füzuli kəndində yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-də yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarına əsasən “xxxx” MMC-nin yanğın təhlükəsizliyi üzrə məsul şəxsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 olması müəyyən olunur. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin yanğın təhlükəsizliyi üzrə məsul şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə yol verdiyi, törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Plenum Qərarına əsasən bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-159) ***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar