Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-375/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Dövlət Su X10 Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı Gəncə-X7 məsləhətçi-müfəttişi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X10 Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı Gəncə-X7 məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə İXM-nin 264.0.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən Qoşqarçayın mühafizə zonasında, çayın sol sahilində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən özünə məxsus ictimai iaşə obyektinin fəaliyyəti üçün sanitar qovşağın inşa edilməsi (çaydan 6-7 metr məsafədə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində) faktı aşkar olunmuşdur. Bununla da, o, İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim R.M.Mustafayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, işin icraatına xitam verilməsini, yaxud cərimə məbləğindən narazı olmasının nəzərə alınaraq statusun fərdi sahibkardan fiziki şəxsə dəyişdirilməsi ilə cərimənin minimum həddə endirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Hesab edir ki, Göygöl Rayon Məhkəməsinin qeyd olunan qərarı qanunsuz və əsassızdır, işin halları tam və birtərəfli araşdırılmamışdır. Məhkəmə qərarında onun fəaliyyəti fərdi sahibkarlıq subyekti kimi qiymətləndirilmiş və ona qarşı İXM-nin 264.0.3-cü maddəsinin "vəzifəli şəxslər" üçün nəzərdə tutduğu 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin o, əvvəllər vergi ödəyicisi (VÖEN: **********) olsa da, sonradan fəaliyyətini dayandırmış və VÖEN-i bağlatdırmışdır. Onun xəbəri və müraciəti olmadan sistemdə fərdi sahibkarlıq statusunun aktivləşməsi onun faktiki olaraq kommersiya və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını sübut etmir. Sənədlərdə adıçəkilən iaşə obyekti onun tərəfindən idarə olunmur və fəaliyyət göstərmir. Faktiki olaraq fəaliyyəti olmayan, bağladılmış VÖEN-ə əsaslanaraq onu "vəzifəli şəxs" və ya "sahibkar" statusunda cərimələmək hüquqi baxımdan əsassızdır. Əgər bir xəta mövcuddursa belə, bu fərdi sahibkar (vəzifəli şəxs) kimi yox, yalnız fiziki şəxs kimi qiymətləndirilə bilərdi (hansı ki, fiziki şəxslər üçün bu cərimə 600 manatdan 1000 manatadəkdir). İş materiallarından da göründüyü kimi, su mühafizə zonalarının rejiminə riayət olunması ilə bağlı ona qarşı hər hansı bir dövlət orqanı tərəfindən əvvəlcədən heç bir rəsmi xəbərdarlıq, bildiriş və ya qanunsuzluğun aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilməmişdir. Şəxsə hər hansı bir xəbərdarlıq edilmədən, dərhal ən ağır inzibati tənbeh tədbirinin (cərimənin) tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə (ədalətlilik prinsipinə) ziddir. Məhkəmə iclasında da qeyd etdiyi kimi, o, sözügedən tikintinin (sanitar qovşağının) qanunsuz olduğunu bilməmişdir, bilmədən inşa etmişdir. Bu barədə məlumat alan kimi dərhal tikintini dayandırmış və sökülməsinə etiraz etmir. Onun dövlətə və ya ətraf mühitə qəsdən ziyan vurmaq niyyəti olmamışdır. Məhkəmə bu halları yüngülləşdirici hal kimi qəbul etməmişdir”. Apellyasiya baxışı zamanı Azərbaycan Dövlət Su X10 Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı Gəncə-X7 məsləhətçi-müfəttişi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsiin qanuni və ədalətli qərar qəbul etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli aktdan görünür ki, ** saylı Gəncə-X7 ##.##.2026-cı il tarixli, *** nömrəli sərəncamına əsasən aparılan nəzarət tədbirləri zamanı Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən Qoşqarçayın mühafizə zonasında, çayın sol sahilində, çaydan 6-7 metr məsafədə sanitar qovşağın inşa edilməsi və sanitar qovşaqda formalaşan tullantı suların toplanması üçün tullantı su toplayıcı quyu qazılması faktı aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı araşdırma zamanı həmin faktın Qızılca kəndində baş verdiyini nəzərə alaraq, Qızılca İcra Nümayəndəsi X2 və Qızılca-Üçtəpə Bələdiyyəsi X3 əraziyə dəvət edilmişdir. Qızılca-Üçtəpə Bələdiyyəsinin verdiyi şifahi məlumata əsasən həmin sanitar qovşaq inşa edilən ərazinin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu bildirilmişdir. Araşdırma müddətində özünü sanitar qovşağı inşa etdirən şəxs kimi təqdim edən Bakir adlı şəxs şifahi olaraq sanitar qovşağı çayın sağ sahilində özünə məxsus olan torpaq sahəsində yerləşən ictimai iaşə obyektinin fəaliyyəti zamanı istifadə olunması məqsədilə inşa etdirdiyini, həmçinin çayın sağ sahilində olan ictimai iaşə obyektinin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu, lakin çayın sol sahilində inşa edilən sanitar qovşağın yerləşdiyi torpaq sahəsinin özünə məxsus olmadığını bildirmiş və araşdırmaya dair zəruri olan sənədləri və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən imtina etmişdir. Beləliklə, Qoşqarçayın mühafizə zonasında, çaydan 6-7 metr məsafədə Bakir adlı şəxs tərəfindən qanunsuz olaraq sanitar qovşağın inşa edilməsi və sanitar qovşaqda formalaşan tullantı sularının toplanması üçün tullantı su toplayıcı quyu qazılması nəticəsində Azərbaycan Respublikası Su Məcəlləsinin 82ci və 103-cü maddələrinin, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının qanununun 70-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonaları onların sahil mühafizə zolaqlarının ölçülərinin sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının tələbləri pozulmuşdur. Qızılca-Üçtəpə Bələdiyyəsi tərəfindən Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X5 Xidməti ** saylı Gəncə-Daşkəsən Regional bölməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, ***/**** saylı məktubdan görünür ki, Göygöl rayon Yeni Qızılca kəndində koordinatları x- 603315.71, y-4497553 olan ərazidə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tikdiyi sanitar qovşaq Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyətinə aiddir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X5 Xidməti ** saylı Gəncə-Daşkəsən Regional bölməsinə verdiyi ##.##.2026-cı il tarixli izahatında qeyd etmişdir ki, Göygöl rayonu Qızılca kəndində koordinatları göstərilən ərazidə Qoşqar çayının sahilində sanitar qovşaq və tullantı suların toplanması üçün quyu onun tərəfindən kəndlilərə faydalı olması üçün ##.##.2026-cı il tarixdə tikilmişdir. Quyunun dərinliyi 2 metrdir. Sanitar qovşaq tikilən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Çayın sağ sahilində özünə məxsus çıxarışlı restoran mövcuddur. Bunun qanun pozuntusu olmasını bilməmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına ********** saylı VÖEN var və həmin VÖEN aktivdir. Azərbaycan Dövlət Su X10 Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı Gəncə-X7 məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən Qoşqarçayın mühafizə zonasında, çayın sol sahilində Bakir Hüseynov tərəfindən özünə məxsus ictimai iaşə obyektinin fəaliyyəti üçün çaydan 6-7 metr məsafədə, bələdiyyə mülküyyətində olan torpaq sahəsində sanitar qovşaq inşa edilmişdir. Bununla da, İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən Qoşqarçayın mühafizə zonasında, çayın sol sahilində sanitar qovşaq və tullantı suların toplanılması üçün quyu inşa edilmişdir. Həmçinin birinci instansiya məhkəmsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, sanitar qovşaqla çayın arasında 15-20 metr məsafə var. Həmin yerdə əvvəllərdə sanitar qovşaq olmuşdur. Aprel ayının 14-də həmin yerdən yenidən inşa etmişlər. Çaydan 15-20 metr məsafəsi var. Çayın kənarında olan zibilliyi təmizləmişdir. Həmin tikintini bilmədən inşa etmişdir. Torpaq qardaşının əkin torpağı olmuşdur. Sanitar qovşaq olan əraziyə dair sənədi yoxdur. Obyekt fəaliyyət göstərmir. Sanitar qovşağı gələcək üçün inşa etmişdir, bilmədən inşa etmişdir. Sanitar qovşağı sökə bilər. Məhkəmədən bağışlanmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla və onun birinci instansiya məhkəməsinə, Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X5 Xidməti ** saylı Gəncə-Daşkəsən Regional bölməsində verdiyi izahatlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VÖEN-nin aktiv olmasından xəbərsiz olmasına, həmçinin inzibati xəta ilə bağlı ona hər hansı rəsmi xəbardarlığın edilməməsinə dair şikayətində bildirdikləri məsuliyyətdən yayınma üçün uyudurulmuş, formal özünü müdafiə xarakterli hesab edilir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cərimə təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya onun vəzifəli şəxs kimi yox, fiziki şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # ### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-375/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-375/2026
03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver