Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-376/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-124)-44/2026 saylı qərarından Qərarından şikayət verilən orqan-nin DYPB-nin rəisi Arif Məşədiyev tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarında qeyd edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixində saat 13:30 radələrində etibarnamə ilə istifadəsində olan ** ND *** dövlət nömrə nişanlı “QAZ 31105 120” minik markalı nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən, Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sükan arxasında əyləşmiş və Orxan kimi tanıdığı şəxs tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsi onunla eyni xətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə vurularaq, nəqliyyat vasitəsinə ciddi zərər yetirilmişdir. Hadisənin təfərrüatları belə olmuşdur ki, o, hərəkət zamanı manevr etdikdən sonra sol tərəfə dönüş işıqlarını yandıraraq yola çəkilmiş bütöv xəttin qırıq-qırıq olan hissəsindən yəni dönüşə icazə verilən hissəsindən Göygöl rayonunun Yeni Qızılca kəndinə dönüş edərkən, Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vəsiləsini idarə edən şəxs həm surət həddini gözləmədən, həm də bütöv xətti kobudcasına ayaqlayaraq (bütöv xətt nəqliyyat vasitəsinin düz ortasında qalmışdı) ötüb keçmə əməliyyatı yerinə yetirərkən qəza törədərək onun idarə etdiyi nəqliyyat vasitəsini zədələmişdir. Hadisənin araşdırılması ilə məşğul olan Göygöl rayon polis şöbəsinin R Nümayəndə hadisənin törədilməsində onu təqsirli bilərək, barəsində tərtib edilmiş IXP ******* nömrəli Protokol əsasında barəsində söz açdığı TP ******* saylı X4, X8 təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu IXM-nin 327.1-ci maddəsinə uyğun şəkildə 40 manat həcmində cərimələmişdir. O, bu qərarla razı olmadığından barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli TR ******* saylı “X4”, “X8 Təmin edilməsi və Avtomobil yollarından Istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi ilə Iş № *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə ##.##.2025-ci il tarixli TP ******* saylı “X4”, “X8 Təmin edilməsi və Avtomobil yollarından Istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Göygöl rayon DYPŞ-nə göndərilməsi qənaətinə gəlmişdir. Beləliklə Göygöl rayon DYPŞ-nin R cənab Nümayəndə Rəlael oğlu heç bir araşdırma həyata keçirmədən əvvəlki qərarın tarix və nömrəsini dəyişərək yenidən barəsində TP ******* saylı ##.##.2025-ci il tarixli “X4”, “X8 Təmin edilməsi və Avtomobil yollarından Istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" qərar qəbul etmişdir. O, belə bir qərarla razı deyil və hesab edir ki, Polis orqanının Polis zabiti olan şəxs, məsuliyyətlilik və həmçinin hər cürə subyektiv yanaşmalardan uzaqda dayanan Azərbaycan insanını Azərbaycan Dövlətindən (dövlət idarəetməsindən) razı salan davranışları ilə başqalarına müsbət nümunələr təqdim etməlidir. Lakin, əvvəlki şikayət ərizəsində göstərdiyi kimi, həmçinin, indiki şikayət ərizəsinə səbəb olan təfərrüatlardan da göründüyü kimi, cənab R Nümayəndə, işdə lüzumsuz yenilməzlik və təkəbbürlülük nümayiş etdirərək dərhal heç bir hüquqi əsası olmayan inzibati tənbeh vermə haqqında qərarı təzələmişdir. Bu isə vəzifə səlahiyyətlərinə xas olmayan xüsusiyyət olmaqla paralel olaraq şəxsən onu və təfərrüatlarla məlumatlı olan onlarla Azərbaycan vətəndaşlarını polisin qərəzli və subyektivizmə söykənən davranışlarından narazı salmışdır. Odur ki, barəsində qəbul edilmiş TP ******* saylı ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və MPM-nin 14-cü maddəsinə uyğun olaraq ləğv edilməlidir. Məhkəmə şikayət ərizəsini, inzibati xata haqqında qararı va ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab etmişdir ki, şikayat təmin edilməlidir. Belə ki, işdə olan Göygöl Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə hakim Leyla Hüseynzadənin sədrliyi ilə baxılaraq şikayətin təmin edilməməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 3(066)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Işə əlavə edilmiş izahatında göstərilmişdir ki, ##.##.2025-ci il tarixində saat 13:30 radələrində idarə etdiyi **-ND-*** dövlət nömrə nişanlı QAZ 31105 120 minik markalı nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi dönmüşdür ki, arxadan gələn Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxıb onun avtomobilinin sol yan hissəsindən vurmuşdur. Işdə olan Şahid izahatında göstərilmişdir ki, ##.##.2025-ci il tarixində saat 13:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində idarə etdiyi Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman qarşıda hərəkət edən “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa manevr edərək sürəti azaldaraq onun yanından keçmək istədiyi vaxt qəfil sola dönərək maşınının sağ hissəsindən vurmuşdur. Göründüyü kimi Hunday markalı 20-EN-7I4 dövlət nömrə nişanlı avtomobilin sürücüsü izahatında onunla eyni istiqamətdə qarşıda hərəkət edən “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa manevr etməsini, sonra isə qəflətən sola dönməsini və avtomobilinin sağ hissəsindən vurduğunu göstərmişdir. “QAZ 31105 120” minik markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi döndüyünü arxadan gələn Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxıb onun avtomobilinin sol yan hissəsindən vurduğunu göstərmişdir. Iş materialına əlavə edilmiş ##.##.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120" minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yoldadır. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib etmiş orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla əlaqədar hər hansı araşdırma aparılmamış, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yolda olmasını, nəyə görə Hunday markalı 20- EN-714 dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağından qarşıdakı hərəkət zolağına çıxmasını aydınlaşdırmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Beləliklə, yeni araşdırma işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, ərizədə göstərilən xüsusatlarla bağlı və elektron inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi, avtomobillərin toqquşma yerinin nəyə görə qarşı hərəkət zolağında baş verməsi və Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobilin nə üçün əks yola çıxması araşdırılmalı, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirinin olub-olmaması dəqiq müəyyən edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə Rəlael oğlu tərəfindən araşdırılma aparmadan qərar çıxarıldığından Quliyev Elçin Qüdrət oğlu tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2025- ci il tarixli TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Bildirir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(066)- ***/**** saylı qərarı ilə onun tərəfindən verilmiş şikayət təmin edilmiş, onun barəsində Göygöl rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən araşdırma aparılmadan qərar çıxarıldığından qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, iş araşdırılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin, buna baxmayaraq, Göygöl rayon DYPŞ-nin YNH inspektoru R Nümayəndə tərəfindən o Quliyev Elçin Qüdrət oğlunun Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli inzibati Xəta Haqqında tərtib edilmiş Protokol əsasında Göygöl rayon DYPŞ-nin R X1 tərəfindən ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə X3 Haqqında təkrar əsassız qərar qəbul edilmiş və hamin qərarla barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. (Halbuki, Protokolun tərtib edilməsi vaxtı ##.##.2025-ci il tarix göstərilsə də səhvən ##.##.2025-ci il tarix qeyd edilmişdir). Həmin qərarın surəti müraciəti əsasında Göygöl rayon DYPŞ-i tərəfindən ##.##.2025-ci il tarixdə ona verilmişdir. Göygöl rayon DYPŞ-nin YNH inspektoru R Nümayəndə tərəfindən o Quliyev Elçin Qüdrət oğlunun Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ##.##.2025-ci il tarixli IXP ******* nömrəli X5 tərtib edilmiş Protokol əsasında Göygöl rayon DYPŞ-nin R X1 tərəfindən ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə X3 Haqqında təkrar əsasız qərar qəbul edilmiş və həmin qərarla barəsində 40 manat məbləğində tənbeh növü tətbiq edilməsi haqqında qərarın surətində qeyd edilmişdir ki, qərarın surəti Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Onun barəsində Göygöl rayon DYPŞ-nin YNH inspektoru R Nümayəndə tərəfindən Quliyev Elçin Qüdrət oğlunun Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli X5 tərtib edilmiş Protokol əsasında Göygöl rayon DYPŞ-nin R X1 tərəfindən ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə X3 Haqqında təkrar əsasız qərar qəbul edilmiş və həmin qərarla barəsində 40 manat məbləğində tənbeh növü tətbiq edilməsi haqqında qərarın tam qanunsuz olduğundan həmin qərardan Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128.1, 128.2.3 və 129.1.3-cü maddələrinə əsasən məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarında qeyd etdiyi kimi “Işə əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərilmişdir ki, ##.##.2025-ci il tarixində saat 13:30 radələrində idarə etdiyi **-ND-*** dövlət nömrə nişanlı QAZ 31105 120 markalı minik nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi dönmüşdür ki, arxadan gələn Hunday markalı 20-EN 714 dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxıb onun avtomobilinin sol yan hissəsindən vurmuşdur. Halbuki, Şahid tərəfidən ##.##.2025-ci il tarixində saat 13:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində idarə etdiyi Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman qarşıda hərəkət edən “QAZ 31105 120“ minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa manevr edərək sürəti azaldaraq onun yanından keçmək stədiyi vaxt qəfil sola dönərək maşınının sağ hissəsindən vurub, onun avtomobilinə ziyan vurub, Azərbaycan Respubliksı IXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu halda, Göygöl rayon DYPŞ-nin YNH inspektoru R Nümayəndə tərəfindən ona protokol yazmaq əvəzinə əsassız olaraq ona hadisədən 6 gün sonra yəni ##.##.2025-ci il tarixli inzibati protokol tərtib etmişdir. Bu da ki, qanuna ziddir. Göründüyü kimi Hunday markalı 20-EN-7I4 dövlət nömrə nişanlı avtomobilin sürücüsü izahatında onunla eyni istiqamətdə qarşıda hərəkət edən “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa manevr etməsini, sonra isə qəflətən sola dönməsini və avtomobilinin sağ hissəsindən vurduğunu göstərmişdir. “QAZ 31105 120" minik markalı I0-ND-221 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi döndüyünü arxadan gələn Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına yıxıb onun avtomobilinin sol yan hissəsindən vurduğunu göstərmişdir. Iş materialına əlavə edilmiş ##.##.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yoldadır. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib etmiş orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla əlaqədar hər hansı araşdırma aparılmamış, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yolda olmasını, nəyə görə Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağından qarşıdakı hərəkət zolağına çıxmasını aydınlaşdırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Beləliklə, yeni araşdırma işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, ərizədə göstərilən xüsusatlarla bağlı və elektron inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi, avtomobillərin toqquşma yerinin nəyə görə qarşı hərəkət zolağında baş verməsi və Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobilin nə üçün əks yola çıxması araşdırılmalı, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirinin olub-olmaması dəqiq müəyyən edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Lakin, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarında yuxarıda qeyd edənləri araşdırmadan yenidən Göygöl rayon DYPŞ-nin YNH inspektoru R Nümayəndə tərəfindən o Quliyev Elçin Qüdrət oğlunun Azərbaycan Respublikası IXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli X5 tərtib edilmiş Protokol əsasında Göygöl rayon DYPŞ-nin R X1 tərəfindən 26.01,2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə X3 haqqında təkrar əsassız qərar qəbul edilmiş və həmin qərarla barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-124)-44/2026 saylı qərarı ilə Şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və Iş araşdırılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərarından şikayət verilən orqan-nin DYPB-nin rəisi Arif Məşədiyev apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv olunması, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qərarından şikayət verilən orqan-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli, TR ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 327.1- ci maddəsi ilə Qərarından şikayət verilən orqan-nin DYPB-nin YNH inspektoru Nümayəndə tərəfindən ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan qərardan məhkəməyə şikayət vermiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən şikayət təmin edilməmişdir. Sonuncu qeyd olunan qərardan apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən Göygöl Rayon Məhkəməsinin qərarı ləğv edilərək əlavə araşdırma aparılması üçün Göygöl Rayon Məhkəməsin qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş. iş araşdırılması üçün Qərarından şikayət verilən orqan-yə qaytarılmışdır. Iş üzrə yenidən araşdırma aparılmış ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Elçin Quliyevin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Sonuncu qeyd olunan qərardan şikayət vermiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı ilə şikayət təmin edilərək ##.##.2026-cı il tarixli, TR ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş araşdırılması üçün Qərarından şikayət verilən orqan-yə qaytarılmışdır. Məhkəmənin qeyd olunan qərarı qanunsuz və əsassızdır, ona görə də həmin qərar ləğv edilməli, Qərarından şikayət verilən orqan-nin DYPB-nin rəisi, R X1 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən şikayət təmin edilməməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 13:30 radələrində idarə etdiyi "QAZ-31105 120" markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən "X2" Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5 və 6-cı bəndinin tələblərini pozaraq yol-nəqliyyt hadisəsi törətmişdir. Işdə olan video görüntüdəndə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə yolun sağ tərəfi ilə hərəkətdə olarkən qəflətn sola dönüş etmişdir ki, bu da birbaşa yol-nəqliiyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Iş üzrə hadisə yerinin sxemi tərtib edilmiş, şahid ifadələri alınmış və video görüntüyə baxış keçirilmişdir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarı qanunsuz və əsassızdır. Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5 və 6cı bəndinin tələblərini pozaraq yolnəqliyyt hadisəsi törətmişdir. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarinda olan Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə hakim Leyla Hüseynzadənin sədrliyi ilə baxılaraq şikayətin təmin edilməməsi qərara alınmışdır. Iş materiallarinda olan Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Göygöl Rayon Polis Şöbəsinin R Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2025- ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin araşdırılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Iş materiallarinda olan Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quliyev Elçin Qüdrət oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan Göygöl Rayon Polis Şöbəsinin Göygöl Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, *(*-***)-**/**** nömrəli məktubuna verilmiş ##.##.2026-cı il tarixli, 77/2- ****/** nömrəli cavab məktubunda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə baş vermiş YNH-də tərəflərindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərar Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunaraq işə yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsi tərəfindən çaterial yenidən baxılması üçün RPŞ-nə göndərilmişdir. Baş vermiş YNH-si Qərarından şikayət verilən orqan-nin DYPB-də yenidən araşdırılaraq Qərardan şikayət verən orqan (şəxs) IXP ******* nömrəli protokolunun ləğv olunması üçün BDYPI-nə göndərilmişdir. Həmin qərar BDYP-i tərəfindən ləğv edilmişdir. Tərəflərindən material yenidən araşdırılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göygöl Rayon Məhkəməsinə təqdim edilmiş IXP ******* nömrəli qərar və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar eyni məzmunludur və IXP ******* nömrəli kimi göstərilən qərar RPŞ-də araşdırılaraq BDYPI-nə göndərilməsi üçün tərtib edilmişdir. Iş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemində göstərilmişdir ki, “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ cinahı ilə hərəkət edib sola dönmüş və arxadan gələn avtomobillə əks istiqamətdə avtomobillərin hərəkət etdiyi yolda toqquşmuşdur. Iş materiallarında olan Şahid polis şöbəsinə verdiyi təkrar izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixində, saat 13:30 radələrində idarə etdiyi Hunday markalı **-EN-*** nömrəli avtomaşın ilə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində üzü Gəncə istiqamətində hərəkətdə olub. Onun qarşısında “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun sağ cinahı ilə demək olar səkiyə yaxın sürətini azaltmış vəziyyətdə hərəkət edirdi və mövcud qanunvericiliyə uyğun avtomaşın yolun sağ cinahında olduqda və sürətini azaltdıqda yolun eni kifayət qədər icazə verdikdə o həmin avtomaşının sol yanından xətti ayaqlamadan keçməyə qərara verib və o qeyd olunan avtomaşının yanına bir qədər yaxınlaşdıqda həmin maşın heç bir dönmə siqnalı yandırmadan qəfil sola manevr edib. O, hadisədən yayınmaq üçün rolu bir qədər sola çəkib, lakin hadisə qaçınılmaz olub. Onun avtomobilinin ön sağ hissəsi “QAZ 31105 120” markalı avtomobilin sol yan hissəsinə dəymişdir. Iş materiallarında olan fotoşəkillərdən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zaman Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ hissəsi, QAZ 31105 120” markalı avtomobilin isə sol arxa qapısı və sol arxa qənədi zədələnmişdir. Iş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemində “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinin sağ cinahı ilə hərəkət edib sola dönməsi göstərilsə də, məhkəmə iclasında baxış keçirilmiş foto və videogörüntülərdən, izahatlardan görünür ki, yol nəqliyyat hadisənin baş verdiyi yolun hərəkət hissəsi ensiz olmaqla bir istiqamətdə bir hərəkət zolağından ibarətdir və həmin hissədə nəqliyyat vasitəsinin hərəkət zolağının sağ çiyninə çıxması üçün yer yoxdur. Həmçinin, yol nəqliyyat hadisəsi zaman Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ hissəsi, QAZ 31105 120” markalı avtomobilin isə sol arxa qapısı və sol arxa qənədi zədələnmişdir. Hadisənin baş verdiyi ərazi ötmə manevri etməni qadağan edən ərazi olmaqla, sola donməni qadağan etmir. Bununla da “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönməzinə icazə olsa da, digər avtomobilin ötmə manevri etməsinə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək göstərmişdir ki, barəsində qəbul edilmiş qərarlar düzgün deyil. Ona görə ki, düzgün araşdırma aparılmayıb. Əgər araşdırma düzgün aparılsaydı təqsirin onda olmaması bilinərdi. O, avtomobili idarə edərkən düzgün qaydada manevr etmiş və işıq siqnalından düzgün istifadə etmişdir. Hadisə yerinin sxemi çəkilərkən saxtalaşdırılmışdır. Onun izahatı alınmamışdır. Yanvar ayının 26-sı qərar qəbul edilib lakin, yanvar ayının 28-də ondan izahat tələb etmişlər. Sxem tamamilə saxtalaşdırılıb. Vəsatətində onu istəyir ki, yanvar ayının 26-sı qərar qəbul edilib lakin, yanvar ayının 28-də ondan izahat tələb ediblər və akt tərtib ediblər ki, vətəndaş imtina edib, həmçinin hadisə yerinin sxemi ilə bağlı araşdırılma aparılmasını istəyir. Ona heç bir məlumat gəlməyib. 26-sı qərar verildikdən sonra ayın 28-də onu dindirmişlər. Akt tərtib ediblər ki, vətəndaş imtina edib. Akt tərtib edilən gün orada olmamışdır. Sübut etsinlər ki, həmin gün orada olmuşdur. Sxemin saxtalaşdırılması ilə bağlı bildirir ki, ona izah etmişdir ki, maşınların sağda və solda olmasını sxemdə göstərmir. Ona imza etdirdikdən sonra onun avtomobilini sağda göstərib. Avtomobili yolun tən ortasında olmuşdur. Həmin sxemdə videogörüntüdən qabaq olub. Əvvəlki məhkəmə iclasında hakim Leyla Hüseynzadənin sədrliyi ilə keçirilən iclasda inspektor bildirir ki, video görüntüdən qabaq Orxan bəyi günahlandıracaqdı, görüntüdən sonra Qərardan şikayət verən orqan (şəxs) günahlandırmışdır. Onun maşını yolun tən ortasında olmuş və ordanda o qırıq-qırıq xəttin dibinə gəlib qarşıdan gələn maşını buraxıb dönmüşdür. Video görüntüdəndə qabaq necə izahat vermişdirsə düz gəlir. Məhkəmə tərəfindən hadisə yerinin ölçülməsi üçün vaxt verildikdən sonra gedib yolu ölçmüşlər.Yolun maksimum eni 4,50 metrdən azdır. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, inzibati araşdırmanı aparan orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla diqqət yetirilməmiş, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND- *** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı hərəkət zolağına ön hissəsi çıxmaqla əks istiqamətli avtomobillərin hərəkət etdiyi yolda olmasını, nə üçün Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobil öz hərəkət zolağından qarşıdakı hərəkət zolağına çıxmasını və ara məsafəsinin saxlanılmamasını, hər iki avtomobilin hərəkət etdiyi zolağın bir hissəsili olmaqla ensiz olmasını, yol nəqliyyat hadisənin baş vermə sixemi ilə faktiki vəziyyətin uyğun olmamasını aydınlaşdırmamışdır. Ona görə də göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yeni araşdırma işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, ərizədə göstərilən xüsusatlarla bağlı və elektron inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi, avtomobillərin toqquşma yerinin nəyə görə qarşı hərəkət zolağında baş verməsi və Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobilin nə üçün əks yola çıxması və araməsafənin saxlanılması araşdırılmalı, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirinin olub-olmaması dəqiq müəyyən edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən araşdırma tam aparılmadan qərar çıxarıldığından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-376/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-376/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver