Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-377/2026 27.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X5 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə inzibati cərimə cəzasının tətbiq edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bərdə rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 20:20 radələrində, Bərdə şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik etmiş və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxılarkən izahatında göstərmişdir ki, həqiqətdə o, heç bir qanun pozuntusuna yol verməmiş, polis əməkdaşının qanuni tələblərinə tabe olmuşdur. ## ### 2026-cı il tarixdə saat 20:20 radələrində tanışına məxsus avtomobillə Bərdə rayon Mərkəzi xəstəxanasına ona verilməli olan dərmanları almaq üçün getmişdir. Avtomobili tanışı özü idarə etmiş, lakin xəstəxanaya çatmağa bir neçə yüz metr qalmış, avtomobili idarə etmək üçün sükanın arxasına oturmuş və avtomobili hərəkət etdirməyə başlamışdır. Bu zamanı arxadan hərəkət edən avtomobilin sürücüsü ona siqnal verib əlini ona tərəf uzatmışdır. O, da əli ilə işarə edib üzr istədiyini bildirmiş və yoluna davam etmişdir. Xəstəxananın giriş darvazasına yaxınlaşanda həmin avtomobil arxadan hərəkət edib onlara çataraq idarə etdiyi avtomobili saxlamaq işarəsi vermişdir. O, avtomobili saxlayıb yerə düşmüşdür. Digər avtomobildə olan hər 2 nəfər şəxs mülki geyimdə olmuşdular və onların polis əməkdaşı olmalarını bilməmişdir. Həmin 2 nəfərlə danışan vaxt X1 avtomobili onlara yaxınlaşmış və avtomobildən 2 nəfər yol patrul xidməti əməkdaşı yerə düşmüşlər və qəflətən onlardan biri onun şalvarının kəmərindən tutub, YPX avtomobilinə oturtmuşdur. O, nə baş verdiyini öyrənmək istəmiş, lakin ona hərəkət etməyə imkan verməyərək rayon Polis Şöbəsinə gətirmişlər. Burada da avtomobilin qapısını bağlayıb enməsinə imkan verməmişlər. O, II Qarabağ müharibəsi iştirakçısı olduğu, müharibə zamanı kəllə beyin travması aldığı, buna görə Üçüncü qrup əlliliyi olduğu üçün qapalı yerdə dayana bilməyib, qapını açmalarını polis əməkdaşlarından xahiş etmişdir. Onlar isə buraxmadıqları üçün polis nəfərləri ilə mübahisə etmişdir. Lakin polis əməkdaşlarını söyməmiş, onları hədələməmişdr. Əksinə polis əməkdaşları onu vurmuşdular. Buna görə də polis əməkdaşları onun barəsində protokol tərtib edərək Bərdə Rayon Məhkəməsinə gətirmişdilər. Avtomobili saxladan şəxslər mülki geyimdə olmuş, onların polis əməkdaşları olmasını bilməmiş, onlar da özlərini təqdim etməmişlər. Həmçinin onlarla mübahisə etməmiş, onların qanuni tələblərinə tabesizlik göstərməsi halı olmamışdır. Qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs III qrup əlil olmaqla pensiyaçıdır. II Qarabağ müharibəsinin iştirakçısıdır. II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə F 07.0 xəstəliyindən əziyyət çəkir. Müharbə qurtarandan sonra mütəmadi olaraq “Respublika Psixiatriya Xəstəxanası” X6 müalicə olunur. Məhkəmə isə göstərilənləri araşdırmamış, qanunvericiliyin tələblərini pozmuş, əsaslı sübutları tədqiq etməmiş, bütün sübutları yoxlamamış, yalnız maraqlı tərəf olan Polis Şöbəsinin inzibati xəta haqqında protokoluna və maraqlı şəxslərin izahatlarına əsaslanmışdır. Məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sübutlar təqdim etməsinə imkan verilməmişdir. Bununla da məhkəmə qanunvericiliyin tələblərini pozaraq III qrup əlil olmağına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq etmişdir. Ona görə də Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə inzibati cərimə cəzasının tətbiq edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verdi və məhkəmənin qərarını ləğv edib, həbsdən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iş üzrə zərərçəkmiş şəxs X2 apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə baxışı iclasına gəlməmişdir. Işə zərərçəkmiş şəxs X4 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdıraraq və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməlidir. Iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 20 radələrində Bərdə şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Iş materiallarında olan “Inzibati qaydada tutma haqqında” ## ### 2026-ci il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı ildə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Iş materiallarında olan ## ### 2026-cı il tarixli, **** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüngül dərəcəli sərxoşluq aşkar olunmuş, sərxoşluğun dərəcəsi 0,43 % promil olmuşdur. Iş materiallarında olan Bərdə rayon X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokolun surətindən görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. Iş materiallarında olan Bərdə rayon X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli protokolun surətindən görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 332.1-ci 342.2.2, 342.2.4-cü, 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair tərtib olunmuşdur. Iş materiallarında olan Bərdə rayon X1 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli IXP ******* nömrəli protokolun surətindən görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya X10 Şəxsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ***** nömrəli həkim Psixatr Komissiyasının Rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri diaqnozu qoyulmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş ## ###### 2021-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır diaqnozu qoyulmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən təsdiq edilmiş travma haqqında arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya nəticəsində “kəllə beyin taravması, barotravma, başın arxa nahiyyəsinin qəlpə yarası diaqnozu” ilə xəsarət almışdır. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üçünçü dərəcəli əlillik təyin edilmişdir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə əlaqədar Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində qeyd edilən material əsasında inzibati xəta haqqında işə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naiqt oğlunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası IXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naiqt oğlunun IXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbsin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin əməlin tövsifində və təqsirlilik məsələsinin həllində gəldiyi bu nəticə işin faktiki hallarına uyğundur. Ona görə də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməməsi və bu əsasa görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq etməklə də düzgün nəticəyə gəlmişdir. Bununla belə birinci instansiya məhkəməsi inzibati tənbehin həddinin müəyyən edilməsində səhvə yol vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən və onun məsuliyyətini yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və ona həddən artıq sərt tənbeh tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üçüncü dərəcəli müharibə əlili olmasını, II Qarabağ müharibəsinin iştirakçısı olmasını, müharibə zamanı ağır xəsarət almasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirərək və həmin halları nəzərə alaraq ona təyin edilmiş inzibati həbsin müddətinin azaldılmasını məqsədə müvafiq hesab edir. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində təyin edilmiş 15 (on beş) gün inzibati həbsin müddətinin 10 (on) günə endirilməsini mümkün hesab edir. Inzibati həbsin həmin həddə təyin edilməsi inzibati xətanı törətmiş şəxsin şəxsiyyətinə və onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla inzibati tənbehin IXMnin 21-ci maddəsində müəyyən edilmiş məqsədlərinə nail olunmasını təmin edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh yüngülləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı inzibati tənbehlə bağlı hissədə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 510 və 535.1-ci maddələri ilə təyin edilmiş inzibati həbsin müddəti azaldılaraq 10 (on) günə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-377/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-377/2026
27.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver