Məhkəmə qərarları › İş №3(3-7)-378/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-378/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-378/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin 06 may 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 06 may 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Ü.Babazadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 535.1-ci maddəsi ilə 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞİN HALLARI: İş materiallarında olan inzibati xəta haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 2026-cı il ## ### tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində bir azyaşlı uşağı vardır. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi İmanov Şahin Arzu oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında işə baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qeyd edilən qərarından inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 06 may 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. O, özünü təqsirli bilməmişdir. Hadisə olan günü ona qarşı haqsızlıq olmuşdur və onun telefonun əlindən alındığında, həmin vaxt Gəncə xxxx Mərkəzində olan şəxslər, o cümlədən əvvəlcədən onun tanımadığı şəxslər ona qarşı olan hazsızlıqla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmət mərkəzinə şikayət etmişlər. Onun telefonu əlindən alınmışdır. 102 qaynar xətt xidmətinə məruzə etdikdən sonra, öz telefonunu ona verdi və dedi ki, özün də şikayətini əlavə et. O da 102 qaynar xətt xidmətinə ona qarşı olan haqsızlıqla bağlı şikayətini əlavə etdi. Həmin vaxt DİN 102 Qaynar Xətt Xidmətinə hansı nömrə ilə və kim tərəfindən edilmiş şikayət məhkəmə tərəfindən araşdırılsın və şəxsən özünün də şikayətdə qeyd etdiyi hallara xüsusi diqqət yetrilsin. O, haqlı olduğu halda, haqsız vəziyyətə düşmüş. Onun növbəsi ləğv edilmiş və bunun hansı səbədən baş verməsini soruşduqda, eyni zamanda haqlı iradını bildirdikdə ona qarşı qeyd edilən haqsız münasibətlə üzləşmişdir. O, övladının birinci sinifə keçməsi üçün elektron müraciət etməli idi. Lakin yaradılmış qalmaqal nəticəsi olaraq elektron müraciət edə bilmədi və övladını qeydiyyatdan keçirə bilmədi. Ona məlumdur ki, xxxx Mərkəzlərində vətəndaşlara növbəlilik və sair məsələlərlə bağlı xidmətlər edilməlidir. Bütün hallarda vətəndaş məmnunluğu yönümündə xidmətlər həyata keçirilməlidir.Hazırkı vəziyyətdə isə xxxx Mərkəzinin əməkdaşları sanki kimin isə cərimə edilməsi üçün çalışdılar. Ona qarşı qanunsuz münasibət onun telefonu ilə video lentə çəkmişdi. Telefonu əlindən alınaraq həmin görüntülər silindi. xxxx Mərkəzlərində fasiləsiz audio-video görüntülər müşahidə kameraları ilə çəkilir. Daha ədalətli və qanuni qərar qərar qəbul edilməsi üçün həmin görüntülərin məhkəməyə təqdim edilməsində faydalı ola bilərdi. Hansı səbəbdən bütün görüntülər məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin görüntülər əldə edilsin, tədqiq edilsin və hüquqi qiymət verilsin. O, heç bir inzibati xəta törətməmişdir. Odur ki, şikayəti təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 06 may 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin 06 may 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin inümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 60-cı maddəsinin ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Həmin Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN № ******* saylı protokol, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün, inzibati protokolu tərtib edən şəxsin və şahidin izahatları, Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-nin YYÇPİTQnun inspektor, R Tuber İsazadə və Gəncə Regional Mİ-nin polis nəfəri R İsgəndərov Azər Vüqar oğlu tərəfindən tərtib etdikləri raportlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1 və 535.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edərək barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində həmin məcəlləsinin 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixində * saylı Gəncə “xxxx” mərkəzinə uşağının təhsil müəssisəsinə qəbulu ilə bağlı qeydiyyatdan keçmək üçün getmişdir. Qeyd edilən tarixdən əvvəl * saylı Gəncə “xxxx” mərkəzinə gedərək orada işləyən əməkdaşlardan öncədən qeydiyyat götürə bilməyin mümkün olduğunu soruşmuş, onlar da ona qeydiyyatın ##.##.2026cı il tarixində 15:00-da açılacağını bildirmişdir. O da qeyd edilən tarixdə saat 14:30-da oraya getmiş və ona T-78 növbəsi verilmişdir. Daha sonra ona növbədə səhvliyin olduğunu bildirmişlər və yenidən növbə götürdükdə ona T-100 növbəsini vermişlər. Orada növbə gözləyən bir xanım vətəndaşdan növbəsinin neçə olduğunu soruşduqda ona T-80 olduğunu bildirmişdir. Bu zaman bunun necə mümkün olacağını soruşmaq üçün orada olan əməkdaşlara yaxınlaşmış və öz etirazını bildirmişdir. Orada olan mühafizəçi ona yaxınlaşaraq aşağı mərtəbəyə düşməyi tələb etmiş və artıq ona xidmətin göstərilməsinin dayandırıldığını bildirmişdir. Telefonu ilə qanunsuz hərəkətlərin videosunu çəkmişdir. DİN-in “102” xidmətinə zəng etmiş və şikayətini bildirmişdir. Orada olan əməkdaşlar onun qolunu buraraq aşağı mərtəbədəki otağa düşürmüşlər. Ona DİN-in “102” xidmətinə zəng etdiyi üçün polis əməkdaşlarının gəldiyini və polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da tək getməyəcəyini, mübahisə etdiyi əməkdaşlarla birgə gedəcəyini bildirmişdir. Videoçəkiliş apardığı telefonunu ondan almışlar, telefonunun ona qaytarılmasını tələb etdikdə geri verməmişlər. Polis şöbəsinə getdikdə telefonunu qaytaracaqlarını bildirmişlər. Oraya getdikdən sonra ailəsinə xəbər verməsi üçün telefonunu ona qaytarılmasını tələb etdikdə ona telefonda olan videonu sildiyi təqdirdə geri qaytaracaqlarını bildirmişlər. Polis şöbəsində onun barəsində nalayiq ifadələr söyləmişlər. Orada olan bir polis əməkdaşı isə uşağının təhsil müəssisəsinə qeydiyyata alınması ilə bağlı ona köməklik göstərərək qeydiyyatdan keçirmişdir. Özünü təqsirli bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi İmanov Şahin Arzu oğlu özü tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs * saylı Gəncə “xxxx” mərkəzində olarkən qeydiyyat məsələsi ilə bağlı səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Bu zaman daxil olmuş məlumat əsasında həmin mərkəzə bir neçə polis əməkdaşı getmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etdikdə səs-küy salmağa davam etmiş, “ sizin qanınızda erməni qanı var, erməni kimi rəftar edirsiniz.” kimi ifadələr işlətmişdir. Onu polis şöbəsinə dəvət etdikdə gəlməyəcəyini bildirmişdir. Daha sonra onu polis şöbəsinə apardıqda da səs-küy salmağa davam etmiş, təhqiramiz ifadələr səsləndirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 məhkəməyə izahat verərək bildirdi ki, * saylı Gəncə “xxxx” mərkəzində mühafizəçi işləyir. Yuxarı mərtəbədə səs-küy olduğundan daxil olmuş məlumat əsasında yuxarı mərtəbəyə qalxmış və həmin vaxt vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeydiyyat məsələsi ilə bağlı səs-küy saldığını, orada olan əməkdaşlara nalayiq ifadələr səsləndirdiyini görmüşdür. Bu zaman həmin vətəndaşa yaxınlaşaraq səs-küy salmamağı tələb etdikdə əl-qol hərəkətləri edərək ona “ mühafizəçi kimdir ki” demişdir. Həmin vətəndaşı aşağı mərtəbədə olan mühafizəçi otağına dəvət etdikdə gəlməkdən boyun qaçırmış, bu zaman onun qolundan tutaraq otağa aparmışlar. Otaqda olarkən də orada olan şəxslərin ünvanına, həmçinin ailələrinin ünvanına nalayiq ifadələr söyləmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş İsgəndərov Azər Vüqaroviç məhkəməyə izahat verərək bildirdi ki, yuxarı mərtəbədən ona rabitə vasitəsilə məlumat verilmişdir ki, səs-küy vardır. Bu zaman ilk növbədə yuxarı mərtəbəyə yanında olan mühafizəçi xanım qalxmışdır. Daha sonra ondan polis şöbəsinə məlumat verməsi və yuxarı mərtəbəyə qalxması tələb edilmişdir. O da yuxarı mərtəbəyə qalxdıqdan sonra səsküy salan xanıma yaxınlaşmış və aşağı mərtəbəyə düşməli olmasını tələb edilmişdir. Lakin ona qarşı “polis kimdir, hər yoldan keçən pul verib polis olduqda nəticəsi də bax belə olar..” kimi ifadələr işlətmişdir. Orada olan digər vətəndaşlar da öz narazılıqlarını bildirmişlər. Həmin vətəndaşa qarşı müqavimət göstərilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş İsazadə Tubər Elbəyi qızı məhkəməyə izahat verərək bildirdi ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə inspektor vəzifəsində işləyir. ##.##.2026-cı il tarixində polis şöbəsinə gətirilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səsküy salaraq orada olan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin xanım onun üzərinə gələrək ona təpik atmaq istədikdə orada olan polis əməkdaşının üzərinə dəymişdir. Həmin şəxslə profilaktiki söhbət aparmaq üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin rəsinin otağına apardıqda dəhlizdə yenidən onun üzərinə gələrək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona qarşı müqavimət göstərərkən dırnağını sındırmış, xidməti formasının düyməsini çəkib qoparmışdır. Orada olan polis əməkdaşlarına qışqıraraq “gedin evinizdə arvadınıza, qızınıza qışqırın” demiş, onu sakitləşdirməyə cəhd göstərsələr də, səs-küy salmağı və nalayiq ifadələr işlətməyi davam etdirmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinə təqdim edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs * saylı X2 Xidmət Mərkəzində səs küy salaraq ictimai qaydanı pozmuş, həmçinin * saylı X2 Xidmət Mərkəzinin mühafizəçilərinə “sizin kimi ermənilər gəlib mənim qabağımda durub, mənə güc tətbiq edir”, “indidə siz ermənilər gəlibsiz camaatı qırmağa”, “siz ermənisiz” və s. kimi ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin videogörüntüdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı hər hansısa güc tətbiq edilməsi müşahidə edilmir. Həmçinin, apellyasiya icraatı zamanı * saylı X2 Xidmət Mərkəzindən müşahidə kameraları vasitəsilə qeydə alınan video görüntülər istənmişdir. Həmin videogörüntülərdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs * saylı X2 Xidmət Mərkəzində ictimai qaydanı pozması, həmçinin mühafizəçilərin və polislərin qanuni tələblərinə qəsdən tabe olmaması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı hər hansısa güc tədbiq edilmədiyi müşahidə edilir. Apellyasiya instansiya məhkəməsi inzibati işin materiallarını, iş materiallarına əlavə edilmiş video görüntüləri, həmçinin ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi * saylı X2 Xidmət Mərkəzindən məhkəmənin sorğusuna əsasən alınmış kamera görüntülərini təhlil edərək belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır. Beləliklə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 510.1 və 535.1-ci maddələrində əks olunan inzibati xəta tərkibi mövcud olması sübuta yetirildiyindən apellyasiya şikayətinin dəlilləri iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Həmin dəlillər formal özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdan yayınmaya yönəlmiş hesab edilir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Belə ki, İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-in 31.4-1-ci maddəsinin tələblərinə əsasən 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq saymışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuş, tənbeh tədbir edilərkən məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 06 may 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar