Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-379/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 192.1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1505/2026 qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə şəhər Prokurorluğunun “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ##.##.2026-cı il tarixli Qərarı ilə vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə X5 Gəncə-X6 göndərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli “Inzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbini pozaraq X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol vermişdir. Qeyd edilən inzibati xətanı törətməsinə görə Qərardan şikayət verən orqan (şəxs) 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir . Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək IXM-nin 192.1-ci maddəsi ilənzibati məsuliyyətə cəlb edilməsinə dair “Inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət müəllifi IXM-nin 3, 8-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, o hər hansı inzibati xəta pozuntusu törətməmişdir. Belə ki, X2 ##.##.2026-cı il tarixində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən MVS Lazer Mərkəzinə müraciət etmiş, onun müraciəti əsasında sonuncu ilə ##.##.2026-cı il tarixində əmək müqaviləsi bağlanmışdır. Yəni ##.##.2026-cı il tarixdən əvvəl X2 ona məxsus salonda hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1505/2026 saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli Qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəis müavini Tamerlan Məlikli şikayət verərək X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli Qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-121)- ******** nömrəli qərar, ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin (Xidmət ) Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan sonuncu tərəfindən verilmiş şikayət təmin edilmiş, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir.Hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin ##.##.2026-cı il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəqarı qüvvədə saxlanılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə əsası Gəncə şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş qərar olmuşdur. Prokurorluqda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi olmadan X2 işə cəlb etmişdir. Məhkəmə tərəfindən prokurorluqda aparılmış araşdırma nəticəsində əldə edilmiş iş materiallarına, həmçinin izahatlara hüquqi qiymət verilməmiş, ümumiyyətlə nəzərə alınmamışdır. Hətta məhkəmə prosesində şahid qismində izahat vermiş X2 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) məxsus salona əşyalarını yerləşdirmiş, ##.##.2026-cı il tarixdə isə əmək müqaviləsi rəsmiləşdirildikdən sonra isə Qərardan şikayət verən orqan (şəxs) məxsus salonda kosmetoloq fəaliyyətınə başlamışdır. Göründüyü kimi vətəndaş məhkəmə prosesində daha əvvəl verdikləri izahatı tamamilə təkzib etməmişdir.Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azəıbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fızıki şəxslər min manatdan iki min manatadək məbləğində, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə hüquqi şəxslər iyirmi minmanatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub olmamasının, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır Bu məlumatlar maddi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərər çəkmiş şəxsin,şahidlərin izahatlan ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə müvafiq icra hakiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla ekspertin rəyi ilə, inizbati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) Salh qızı tərəfindən IXM- nin 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Apellyasiya Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin nümayəndəsi X1 şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya Məhkəmə iclasında Barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin olunmmasını və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla, qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə xitam verərəkən hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 ilə faktiki olaraq ##.##.2026-cı il tarixdə əmək münasibətlərində olması, eləcə də hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı mötəbər sübutlarla təsdiq edilmədiyindən inzibati orqanın inzibati tənbehvermə haqqında qəbul etdiyi qərar ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan X2 şəhər prokurorluğunna verdiyi izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdən yarım ştat Gəncə şəhərində «MVS Iazer» adlanan obyektdə müştərilərə üz təmizləmə (çistka) və kiprik laminasiyası icra edir. Apellyasiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərkən X2 izahatında qeyd etdiyi, yəni ##.##.2026-cı il tarixdən yarım ştat Gəncə şəhərində «MVS Iazer» adlanan obyektdə müştərilərə üz təmizləmə (çistka) və kiprik laminasiyası xidmətləri göstərməsi xüsusatına hüquqi qiymət verməmiş, bununla da iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan qərar qəbul etmişdir. Əmək Məcəlləsinin tələblərinə görə əmək münasibətləri əmək müqaviləsi bağlanıldıqdan və həmin müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə mindikdən sonra yarana bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və qeyd edilən işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1505/2026 saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-379/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-379/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver