Məhkəmə qərarları › İş №3(3-7)-380/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-380/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-380/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, qərarından şikayət verilən orqan2 Gəncə Regional İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ali Zülfiqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, qərarından şikayət verilən orqan2 Gəncə Regional İdarəsinin MN ******* saylı ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, Ali Zulfiqar barəsində Azərbaycan Respublikası İXM-inin 575.1.4-cü maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. İŞİN HALLARI: qərarından şikayət verilən orqan2 Gəncə Regional İdarəsinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbehetmə haqqında qərardan görünür ki, Ali Zulfuqar iş icazəsi tələb olunduğu halda bu icazə olmadan “X3” MMC-də kommersiya sahəsi üzrə satış nümayəndəsi vəzifəsində haqqı ödənilən əmək fəaliyyəti məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Pakistan İslam Respublikasının vətəndaşı Ali Zulfiqar məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş, qərarından şikayət verilən orqan2 Gəncə Regional İdarəsinin MN ******* nömrəli ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilərək Dövlət Miqrasiya Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasinin vətəndaşı Ali Zülfiqar tərəfindən ölkədə olma, yaşama qaydalarına əməl edilib-edilməməsi ##.##.2026-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin X5 İdarəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı "X3" MMC-in vəsatəti əsasında əcnəbinin “idarə qulluqçusu, xərclərin hesablanmasi" vəzifəsində iş icazəsi müddətinin ## ###### 2025-il tarixdən ## ###### 2026-ci il tarixədək uzadıldığı lakin adıçəkilən əcnəbinin həmin hüquqi şəxs tərəfindən iş icazəsi alınmadan digər bir vəzifədə “nümayəndə satış kommersiya" vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi müəyyən edilmişdir. All Zulfiqar ##.##.2026-ci il tarixli izahatında ##.##.2025-ci il tarixdən adıçəkilən şirkətdə kommersiya mütəxəssisi vəzifəsində işlədiyini, icra edilən layihələrin təmin edilməsi məqsədi ilə digər şirkətlərdən işçi qüvvəsi, texnika, mal-material alınması ilə bağlı məsələləri həll etdiyini, kommersiya meneceri “X3” MMC üçün araşdırma apardığını ve lazımi avadanlıqlarla bağlı tövsiyələr təqdim etdiyini bildirmişdir. Məhkəmə qərarında qeyd olunur ki, vəzifənin dəyişimi X4 Sisteminde (VMMS) "naməlum səbəbdən" baş vermişdir. VMMS dövlətin nəzarətində olan, inteqrasiya edilmiş sistemdir və bura məlumatlar mexaniki və ya "naməlum" şəkildə daxil edilə bilməz. Monitorinq zamanı şəxsin vəzifəsinin kommersiya sahəsi üzrə satış nümayəndəsi kimi qeyd olunması rəsmi bazaya əsaslanır. Əcnəbi şəxs faktiki olaraq iş icazəsində göstərilən "idarə qulluqçusu,xərclərin hesablanmasi" funksiyasından kənar fəaliyyətə cəlb edilmişdir. Miqrasiya qanunvericiliyinə əsasən, əcnəbi yalnız ona verilmiş iş icazəsində birbaşa qeyd olunan vəzifə üzrə çalışmalıdır. Məhkəmə əcnəbinin yazılı izahatını sübut kimi kimi qəbul edilə bilmədiyini qeyd etmiş, öz mövqeyini ise Pakistan lslam Respublikasının vətəndaşı Ali Zulfiqarın Azərbaycan dilini səlis bilməməsi o cümlədən, tərcüməçinin xidmətindən istifadə hüququnun pozulması ilə əlaqələndirmişdir. Nəzərə alınmalıdır ki, Ali Zulfiqar 12-13 ildir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla yaşayır və əmək fəaliyyəti ilə məşğul olur. O,ölkəyə adaptasiya olunmuş, dövlət dilini ünsiyyət və öz fəaliyyətini tam ifadə edə biləcək səviyyədə sərbəst bilir. İnzibati araşdırma zamanı o, dil bilməməsi barədə rəsmi etiraz etməmiş, əksinə sərbəst şəkildə kommersiya sahəsi üzrə satış funksiyalarını yerinə yetirdiyini könüllü etiraf etmişdir. Sonradan məhkəmədə müdafiə taktikası olaraq prosesləri anlamaması iddiası hüquqi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi A.Zülfiqarın tərcüməçi ilə təmin olunmamasına mütləq prosessual pozuntu kimi qiymət vermişdir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, tərcüməçi hüququ fərdin prosesin mahiyyətini anlaması və özünü müdafiə edə bilməsi məqsədinə xidmət edir. Əgər şəxs rəsmi dövlət dilini real olaraq başa düşürsə və özünü ifadə edə bilirsə, formal olaraq tərcüməçinin iştirak etməməsi hüququn pozulması kimi dəyərləndirilə bilməz. Hermi Italiyaya qarşı (Hermi vs Italy, № *****/**) işi üzrə AİHM qeyd edir ki, şəxsin müəyyən dərəcədə dildən xəbərdar olduğu və ya həmin ölkədə uzun müddət yaşadığı müəyyən edilirsə, onun prosesin mahiyyətini tam anladığı qəbul edilir. Ali Zulfiqar Azərbaycan Respublikasında 12-13 ildir ki, yaşayır və rəsmi olaraq "mütəxəssis" vəzifəsində çalışır. Bu qədər uzun müddət ölkədə peşəkar fəaliyyət göstərən şəxsin inzibati xəta protokolunun sadə və aydın məzmununu (“satış nümayandəsi" ifadəsini) başa düşməməsi iddiası ağlabatan deyildir. AİHM-in yanaşmasından aydın olur ki, hüquqların qorunması formal prosedurların (mütləq şəkildə hər bir əcnəbiyə, dil bilsə belə tərcüməçi qoşulması) yerinə yetirilməsi deyil, şəxsin prosesin mahiyyətini faktiki olaraq dərk etməsidir, Ali Zulfiqar cəriməni dərhal ödəməklə və ilkin izahatında faktı rəsmi təsdiqləməklə prosesi tam anladığını nümayiş etdirmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin tərcüməçi amilini əsas gətirərək rəsmi dövlət reyestri məlumatlarının nəzərə alınmaması başa düşülən olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında çıxış edən inzibati tənbehetmə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 575.1.4-cü maddəsinin tələbinə görə Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, iş materiallarında olan Zulfiqar Ali ilə “NORT VEST KONTRAKŞN” arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, “xərclərə nəzarət üzrə mütəxəssis” vəzifəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Zulfiqar Ali barəsində qəbul edilmiş ## ###### 2020-ci il tarixdən ## ###### 2021ci il tarixədək qüvvədə olan İİ ****** nömrəli, ## ###### 2021-ci il tarixdən ## ###### 2022ci il tarixədək qüvvədə olan İİ ******* nömrəli, ## ###### 2022-ci il tarixdən ## ###### 2023cü il tarixədək qüvvədə olan İİ ******* nömrəli, ## ###### 2023-cü il tarixdən ## ###### 2024cü il tarixədək qüvvədə olan İİ ******* nömrəli, ## ###### 2024-cü il tarixdən ## ###### 2025ci il tarixədək qüvvədə olan İİ ******* nömrəli, ## ###### 2025-ci il tarixdən ## ###### 2026cı il tarixədək qüvvədə olan İİ ******** nömrəli iş icazələrində idarə qulluqçusu: xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə müvafiq iş icazəsinin verildiyi görünür. Beləliklə, əmək müqaviləsi və müvafiq iş icazələrinin qarşılıqlı təhlili nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ali Zulfiqarın tutduğu vəzifə ilə ona verilmiş iş icazəsinin üst-üstə düşdüyü müəyyən olunur. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Zulfiqar Alinin izahatı alınan zaman tərcüməçinin iştirakının təmin olunmaması ilə bağlı isə qeyd edir ki, Zulfiqar Ali müəyyən müddət ölkə ərazisində çalışması halı heç də onun azərbaycan dilini, həmçinin hüquqi terminləri səlis bilməsi mənasına gələ bilməz. Bu halı həmçinin iş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən alınan izahatda onun tərəfindən müxtəlif yazı xətalarına yol verməsi də təsdiq edir. İXM-in 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ali Zulfiqar azərbaycan dilini yaxşı bilmədiyini bildirmiş, bu səbəbdən tərcüməçi ilə təmin olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş materialları tam araşdırılmış, həmçinin qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Ali Zülfiqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar