Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-382/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Qida X18-X6 nümayəndəsi X5 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 220.9 və 447.0.2- ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Qida X18-X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, X4 ##.##.2025-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək ##.##.2025-ci il tarixdə Gəncə Şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Araz” marketdən aldığı “Çerkesov” sosiskalarından istehlak müddəti keçdiyinə görə zəhərlənmiş və bu səbəbdən də o, Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya müraciət etmişdir. Aparılmış araşdırma ilə həm prokurorluq həmdə barəsində inzibati qərarı qəbul etmiş orqan o, nəticəyə gəlmişdir ki, Z.Cəfərovun ##.##.2025-ci il tarixdə aldığı “Çerkesov” sosiskalarının istifadə müddəti ##.##.2025-ci il tarixdə ötmüşdür, bu səbəbdən də həmin sosiskaları yedikdən sonra zəhərlənmişdir. Hesab edir ki, bu sosiskalar onun işlədiyi Araz marketdən alınmamış və bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası Qida X14-X6 tərəfindən əsassız olaraq qərar qəbul edilərək 1500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Belə ki, ##.##.2025-ci il tarixdə (prokurorluğa şikayət etdikdən sonra) X4 onun işlədiyi mağazaya yaxınlaşaraq “mən Qaziyəm həmdə ki jurnalistəm” və.s kimi ifadələr işlətmiş və onun işlədiyi mağazadan aldığı sosiskalardan zəhərləndiyini bildirmiş və ondan pul istəməsinə eyham vurmuşdur. O, hesab edir ki, Z.Cəfərov “Araz” marketdən aldığı sosiskalarla eyni cür sosiskanı başqa mağazadan da, alaraq oradan almış kimi təqdim edə bilər. Belə ki, həmin müddəti keçmiş sosiskanın məhz “Araz” marketdən alması iş materiallarında heç nə ilə sübut olunmur. Odur ki, onun barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Qida X18- X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 220.9 və 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Qida X18- X6 rəisi Hüseyn Abdullazadə apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Qida X14-X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121 )-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 220.9 və 447.0.2- ci maddələri ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X8 tərəfindən “Araz” supermarketdən alınmış “Çerkesov” əmtəə nişanlı sosis məhsulunun istehlak müddətinin bitdiyi məlum olmuşdur. Həmin məhsulun istehlakı nəticəsində vətəndaş və onunla birlikdə qidalanmış digər şəxs səhhətində narahatlıq hiss etmiş, hər iki şəxs tibbi müəssisəyə müraciət etmiş və müvafiq sənədlər və məhkəmə-tibbi ekspertiza rəyləri əldə edilmişdir. Alış faktı kassanın qəbzi, məhsulun üzərindəki istehsal və yararlılıq tarixi və digər iş materialları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqdim edilmiş sübutlar həmin məhsulun məhz “Araz” supermarketdən alındığını və şikayətçi ilə əlaqəsini tam və şübhəsiz şəkildə təsdiq etmir, buna görə də pnzibati xəta tərkibi mövcud deyil.Məhkəmə həmçinin ehtimala əsaslanaraq “mümkündür ki, məhsul başqa yerdən də əldə olunmuş olsun" nəticəsinə gəlmişdir.Məhkəmənin başqa mağazadan da əldə edə bilər yanaşması hüquqi sübut standartı deyil, ehtimal xarakterli mübahisədir.Inzibati icraatda qərarlar ehtimala deyil, iş materiallarında mövcud olan sübutların məcmusuna əsaslanmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi di ki, Z.Cəfərov “Araz” marketdən aldığı sosiskalarla eyni cür sosiskanı başqa mağazadan da, alaraq oradan almış kimi təqdim edə bilər. Belə ki, həmin müddəti keçmiş sosiskanın məhz “Araz” marketdən alması iş materiallarında heç nə ilə sübut olunmur. Odur ki, şikayətin təmin edilməməsini və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında alış qəbzi mövcud olsa da, həmin qəbzdə göstərilən məhsulun istifadə müddəti keçmiş və istehlakdan sonra X8 narahatlıq yaratdığı iddia olunan sosiskalarla eynilik təşkil etməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə nəzərə alır ki, istifadə müddəti keçmiş məhsulun realizəsi ictimai təhlükəlilik yaradan hüquqazidd əməl hesab olunur. Lakin inzibati məsuliyyətin tətbiqi üçün həmin məhsulun məhz şikayətçinin işlədiyi ticarət obyektində satılması halı tam, hərtərəfli və obyektiv sübutlarla müəyyən edilməlidir. Hazırkı iş üzrə təqdim edilmiş sübutlar həmin məhsulun konkret olaraq “Araz” marketdən əldə edilməsini və satışın məhz şikayətçi ilə əlaqəli olmasını tam sübuta yetirmədiyindən, inzibati orqanın gəldiyi nəticə ehtimala əsaslanmış hesab edilir. Eyni adda və eyni istehsalçıya məxsus məhsul digər ticarət obyektindən əldə edilərək sonradan şikayətçinin işlədiyi mağazadan alınmış məhsul kimi təqdim edilməsi istisna olunmur, hüquqazidd əməlin konkret subyekt tərəfindən törədilməsi halları tam sübuta yetirilməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 447.0.2-cı maddəsinə görə saxlama müddəti ötmüş məhsulların satılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş ## #### 2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X4 müraciəti əsasında toplanmış **-c** saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş ## ##### 2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın sürətindən görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 447.0.2 və 220.9-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə saat 20 radələrində tanışı X2 ilə rastlaşmış, bir qədər söhbət etdikdən sonra Rafiq onun təklifi ilə birlikdə onunla bəraər Gəncə şəhəri Yeni Yeni Gəncə qəsəbəsində yerləşən «Araz» marketə gəlmiş, o, marketdən müxtəlif ərzaq məhsulları, eləcə də kolbasalar va sosislar satılan şöbədən 1 kq Çerkes sossisləri də götürmüşdür. O, Qüdrətlə ayrıldığı vaxt Qüdrəti ertəsi gün səhər yeməyi yemək üçün yaşadığı evə dəvət etmişdir. Ertəsi gün ##.##.2025-ci il tarixdə saat 8-2 radələrində Qüdrət onun yaşadığı evə gəlmiş və onlar birlikdə bir gün əvvəl «Araz» marketdən aldığı sosisləri qaynadıb yedikdon bir qədər sonra Qüdrətlə hər ikisi özlərini pis hiss etdiklarindan, halları pisləşdiyindən Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya gedib müayinə olunarkən hər ikisinin qidadan zəhərləndikləri müəyyən edilmişdir. Xəstəxanadan çıxdıgdan sonra o, «Araz» marketdən aldığı və sonra yedikləri sosislərə baxdiqda həmin sosislərin ##.##.2025-ci il tarixə kimi saxlama müddətinin olduğu və mağaza tərəfindən satıldığı ona məlum olmuşdur. Odur ki, Qüdrətlə birlikdə hər ikisi «Araz» marketden alınmış «Çerkesov» sosislərini qəbul etdikdən sonra zəhərləndiklərini bilib Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. Araşdirma zamanı izahat alınmış X1 Cəfərovun gôstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 *** nömrəli ##.##.2026-cı il tarixli Ekspert Rəyindən görünür ki, ##.##.2026-c1 il tarixda Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanasından təqdim olunmuş 24 fevral 18-1-37/2-240/2026-ci il tarixli tibbi arayışdan görünür ki, Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs ##.##.2026-cı il tarixli ****-s-** saylı sorğunuza cavab olaraq X8 va X9 Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya müraciət edibetməməkləri barədə aşağıdakıları nəzərə çatırılır. Məktubla bağlı araşdırma aparılmış, e-tabib its gov.az proqramına baxış keçirilmiş müəyyən edilmişdir ki, Z.A.Cəfərov ##.##.1981-ci il təvəllüdlü Q.R. Kazimov ##.##.1990-clil təvəllüdlü «dəqiqləşdirilməmiş mənşəli qastroentrit və kolitlər», diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya ##.##.2025-ci il tarixdə ambulator qaydada müraciət etmişdirlər.1989-cu il təvəllüdlü X2 ##.##.2025-ci il tarixdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya qastroentrit və kolit diaqnozu ilə ambulator müalicə almışdır.Qeyd edilən patoloji dəyişikliklər qida zəhərlənməsi zamanı əmələ gələ bilər. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş ##.##.2025-ci il tarixli satış çekindən görünür ki, CERKIZOVSKI ÜSULU ILƏ HISƏ VERILMIŞ KOLBASA Araz Supermarket MMC-dən ##.##.2025-ci il alınmışdır. Iş materiallarından görünür ki, “Çerkesov” əmtəə nişanlı sosis məhsulun son istifadə tarixi ##.##.2025-ci ildir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq IXM-nin 53.1.2ci maddəsinə istinad edərək iş üzrə icraati xitam vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, iş materialları ilə X2 və X8 qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi, onların həmin tarixdə zəhərlənmələri, və ##.##.2025-ci il tarixdə ARAZ SUPERMARKET MMC-dən “Çerkesov” əmtəə nişanlı sosis məhsulun alınması və həmin məhsulun istifadə müddətinin keçməsi təsdiq olunur. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraata eyni adda və eyni istehsalçıya məxsus məhsul digər ticarət obyektindən əldə edilərək sonradan şikayətçinin işlədiyi mağazadan alınmış məhsul kimi təqdim edilməsi ehtimalı iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Qida X18-X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın “müəyyən etdi» hissəsində onun IXM-in 447.0.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunmuş, lakin onun IXM-in 447.0.2-ci maddəsindən əlavə IXM-in 220.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də göstərilsə də, həmin maddənin dizpozisiyasında nəzərdə tutulan hansı hərəkətlərin edilməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası IXM-nin 220.9-cu maddəsinə əsasən, təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə olan sübutlara tam hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, əvvala Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 220.9-cu maddəsindən nəzərdə tutulan inzibati xətanın subyekti deyil, həmçinin barəsində qəbul olunmuş qərarda da onun IXM-nin 220.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Qida X18-X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd olunan IXM-in 220.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53-cü maddəsinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 447.0.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübut edir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X18-X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 40, 43,48-51,114, 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X18-X6 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-382/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-382/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver