Məhkəmə qərarları › İş №3(3-7)-385/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-385/2026

03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-385/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəməin MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası DIN NBPI X3 Polis Idarəsi Gəncə X2 ITQ-nin baş inspektoru, R Nümayəndə tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:05 radələrində *** nömrəli Bakı-Qazax qatarının 1-ci vaqonunda polisin qanuni əmrinə tabe olmamış sonrada Dəllər stansiyasında qatardan düşdükdən sonra uca səslə nalayiq ifadələr işlətmiş, ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1972/2026 saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından IXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, onun Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətində inzibati həbs edilsin. Inzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu ## ### 2026-cı il tarixdən saat 22:05-dən hesablanması, qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinin müvəqqəti saxlama yerinə və Azərbaycan Respublikası DIN NBPI X3 Polis Idarəsi Gəncə X1 (inzibati qaydada tutulmuş şəxsin müvəqqəti saxlama yerinə təhvil verilməsi hissəsində) həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1972/2026 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılmağa göndərilməsini və barəsində tətbiq olunmuş inzibati həbs qərarının dəyişdirilməsini, mobil telefondakı videoların silinməsi faktının araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilmişdir. Həmin qərarla razılaşmırıq və hesab edirik ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə bütün hallar tam və obyektiv araşdırılmamışdır. Belə ki, iş üzrə qərar qəbul edilərkən şəxsin şəxsiyyəti və fərdi xüsusiyyətləri lazımi qaydada nəzərə alınmamışdır Azərbaycan Respublikası IXM-nin tələblərinə əsasən inzibati tənbeh təyin edilərkən şəxsin şəxsiyyəti, yaşı, ailə vəziyyəti, əmələ münasibəti və digər mühüm hallar nəzərə alınmalıdır. Lakin məhkəmə tərəfindən barəsində qərar qəbul edilən şəxsin fərdi xüsusiyyətləri, yaşı, sosial vəziyyəti və xarakterizəedici məlumatları lazımi qaydada araşdırılmamış, bu barədə qərarda əsaslandırılmış mövqe göstərilməmişdir. Bundan başqa işə baxılarkən şəxsin sağlamlıq vəziyyəti nəzərə alınmamışdır. Halbuki inzibati həbs ciddi hüquqi məhdudiyyət yaradan tənbeh növü olduğundan, onun tətbiqindən əvvəl şəxsin səhhəti və həbs şəraitində saxlanılmasının mümkünlüyü tam araşdırılmalı idi. Həmçinin sübutların saxlanılması və araşdırılması ilə bağlı ciddi pozuntu baş vermişdir. Belə ki, barəsində qərar çıxarılmış şəxsin mobil telefonunda hadisə ilə bağlı əhəmiyyət kəsb edən videomaterialların olduğu halda, həmin videoların polis əməkdaşları tərəfindən silindiyi bildirilmişdir. Bu hal təsdiqini tapacağı təqdirdə, iş üzrə sübutların qorunması, araşdırılması və müdafiə hüququnun təmin olunması prinsiplərinin ciddi şəkildə pozulması deməkdir. Məhkəmə videoların mövcudluğu, onların silinməsi iddiası və bunun işin nəticəsinə təsiri barədə araşdırma aparmamış, bu məsələyə qiymət verməmişdir. Halbuki həmin materiallar hadisənin obyektiv araşdırılması üçün mühüm sübut ola bilərdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan DIN NBPI X3 Polis Idarəsi Gəncə X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqan DIN NBPI X3 Polis Idarəsi Gəncə X2 əməkdaşlarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, may ayının 30-u gəlmiş, telefonu ilə baş vermiş hadisənin videosunu çəkmiş, lakin polislər onun telefonunu əlindən alıb görüntüləri silmişlər. Odur ki, şikayətin təmin olunmasını və Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)- 1972/2026 saylı qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan “Inzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:05-də tutulmuşdur. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisə qarşı etdiyi hərəkətlərin videgörüntüsündən görünür ki, o, polis əməkdaşlarının ünvanına xoşa gəlməz və qeyri-etik ifadələr işlədir. Iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinədən keçməkdən imtina etmiş və özü içkili olmasını etiraf etmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, IXM-nin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməsə də, onun o, ünvansız nalayiq ifadələr işlətməklə, nalayiq söyüşlər söyməklə, habelə qatarda səs-küy salmaqla ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklə də IXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında işə baxan məhkəmə hesab etmişdir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs içkili olması onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir, yüngülləşdirən hallar isə onun əməlini qismən etiraf etməsi və peşman olmasıdır. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə isə əməldə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, birinci instansiyası məhkəməsində Azərbaycan Respublikası DIN NBPI X3 Polis Idarəsi Gəncə X2 ITQ-nun baş inspektoru, R Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 22:05 radələrində Bakı-Qazax sərnişin qatarında səyahət edən zaman qatar hələ Gəncə şəhərinin ərazisində olarkən adı bizə sonradan məlum olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs içkili vəziyyətdə olarkən qatar bələdçisi ilə aralarında anlaşılmazlıq yaranmış, onunla kobud rəftarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət olunmuş, lakin o, qanuni tələbə tabe olmamışdır. Bununla bağlı polis əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Daha sonra Dəllər stansiyasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qatardan düşürdülərək, polis əməkdaşlarına növbətçi hissəyə təhvil verilmişdir. Həmin zaman o, zahirən içkili göründüyü üçün narkoloji dispanserə aparılarkan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş (ətraflı videogörüntüdə), barəsində protokol tərtib edilərək, aidiyyətı üzrə baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmiş, protokolu müdafiə edir və qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsində ADY QSC Dəllər stansiyasında növbətçisi şahid1 izahatında bildirmişdir ki, qatar instansiyaya daxil olan zaman onlara məlumat verilmişdir ki, qatarda olan bir şəxs səs-küy salmışdır. Qatar dayandıqdan sonra qatardakı polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına təhvil vermişdir. Vaqondan düşən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səs-küy salmış və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası DIN NBPI X3 Polis Idarəsi Gəncə stansiyasında XPŞ-nin PPXT-nin V, R şahid2, Azərbaycan Respublikası DIN NBPI X3 Polis Idarəsi Gəncə stansiyasında XPŞ-nin PPXT-nin sürücü polis nəfəri, R şahid3 şahid şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Yuxarıda göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası IXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. IXM-in 510-cu maddəsinin obyekti ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna tətbiq edilmiş 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası IXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq saymışdır. Qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 510-cu maddəsinin sanksiyasında müəyyən olunmuş 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi,həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuşdur. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1972/2026 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar