Məhkəmə qərarları › İş №3(3-7)-388/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-388/2026

03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-388/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi-Əzizov Sevindik Əziz oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Tovuz Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim S.A.Hacıyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Tovuz Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs elektron kabinetinə # ### 2026-cı il tarixdə yerləşdirilmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin sonuncu günü 1# ### 2026-cı il tarix olmasına baxmayaraq, apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə verilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi müəyyən edilir. Zərərçəkmiş şəxs qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa şikayət vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericliyində prosessual müddətin ötürülməsi ilə verilən şikayətlərin birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qaytarılması haqqında qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Prosessual müddət ötürülməklə verilmiş şikayətlərin hansı qaydada həll edilməli olması mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, cinayət işlərinə apellyasiya instansiyası məhkəməsinin hazırlıq iclasında baxılması məsələlərini tənzimləyən 391.3.5 və 391.5ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdikdə şikayətin və ya protestin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Hazırki iş materiallarını nəzərdən keçirən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Zərərçəkmiş şəxs şikayəti (iş materiallarında olan sənədlərə əsasən) prosessual müddət ötürülməklə verildiyi, habelə müddətin bərpasına dair qərar olmadığı üçün şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qəbul edilməli və onun apellyasiya icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, prosessual normaların əlaqəli təhlilinə görə prosessual müddət ötürüldükdə prosessual hüquq da keçmiş olur. Bu isə özlüyündə o deməkdir ki, müddətin ötürülməsi hüququn olmasını istisna edir ki, qanunvericilik belə hallarda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. Zərərçəkmiş şəxs istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Tovuz Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən Zərərçəkmiş şəxs apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, Zərərçəkmiş şəxs müddətin bərpası barədə vəsatətlə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən iş birinci instansiya məhkəməsinə qaytarılsın. Zərçəkmiş şəxs Zərərçəkmiş şəxs Tovuz Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar