Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-389/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, o, vəzifəli şəxs kimi Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024cü il tarixli, e-*-*(***)-***/**** saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Hünmətov Zaur) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ##.##.2021ci il tarixli ********** qeydiyyat nömrəli 503011009268-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 məxsus Tovuz şəhəri mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasının 0,50 metr məsafəsində cavabdeh “xxxx” firması tərəfindən quraşdırılmış dəmir boru “xxxx” firmasının hesabına sökülməsi və ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 503011009268-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 məxsus Tovuz şəhəri mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasından mülkiyyətçi X4 istifadəsinə cavabdeh “xxxx” firması tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulması qət edilmişdir. ##.##.2025-ci il tarixli “İcraata başlama haqqında” qərardan və “Tələbin könüllü icrası barədə” bildirişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı Tovuz RİPŞ-nin böyük icra məmuru X1, DƏDRX-nin ** saylı Tovuz Ərazi İdarəsinin mühəndisi X3 və “xxxx” firmasının etibarnamə üzrə nümayəndəsi X2 həmin ərazidə olmuşlar. “xxxx” firması tərəfindən quraşdırılmış dəmir boru cavabdeh tərəfindən sökülmüş, lakin mütəxəssisə maneə yaradılaraq daş betondan hörülmüş su bulağı sökülməmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi 6 kvadratmetr qeyri-yaşayış binasından iddiaçının istifadəsinə maneə törətmədiyini göstərmişdir. İnzibati xəta haqqında iş üzrə materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsində göstərilən 6 kvadratmetr qeyri-yaşayış binası “xxxx” firmasının istifadəsində olan torpaq sahəsinin üzərində müvafiq qaydada tədbir görülmüş və AQTA-nın tələblərinə uyğun tikilən 14 ədəd su bulağının hansı mane yaratdığı sübut olunmamış, eləcə də həmin iş üzrə Gəncə Kommersiya Məhkəməsinin # ##### 2024-cü il tarixli icra sənədi üzrə cavabdeh “xxxx“ firması tərəfindən məhkəmə qətnaməsində göstərilən dəmir borunun icra prosesi başlayana kimi həmin dəmir boru könüllü şəkildə sökülmüş, icra məmurunun tərtib etdiyi aktda göstərilən və sonradan əlavə olunmuş maneə yaradan “xxxx” firması tərəfindən cümləsinə və orada daş betondan hörülmüş su bulağının hansı maneə törətdiyini nə plansxemdə, nə də koordinatlarda öz təsdiqini tapmır. Qətnamədə 6 kvadratmetr qeyri-yaşayış binasının ərazisi göstərildiyi halda icra məmuru və onun cəlb etdiyi mütəxəssis özbaşına genişləndirərək 19 kvadratmetrə çatdırılmış, qətnaməyə aid olmayan ərazini icarə obyektinə daxil etmişlər. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Asif Hüseynov izahatında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Şəlalə Əsədova izahatında Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilmədiyini, ona yaradılmış maneənin aradan qaldırılmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi qoyulsa da, o, bir vəzifəli şəxs kimi həmin öhdəliklərin yerinə yetirilməsinə müxtəlif bəhanələr (icra məmuru tərəfindən aktda göstərilən ərazinin səhv təsvir edilməsi, tələbkara hər hansı maneənin olmadığını) gətirərək üzrsüz səbəbdən məhkəmə qərarını icra etməmişdir. Eyni zamanda “xxxx” firması tərəfindən quraşdırılmış dəmir boru cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən sökülmüş, lakin mütəxəssisə maneə yaradılaraq daş betondan hörülmüş su bulağı sökülməməsi faktı işdə olan izahatlardan və sənədlərdən öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun tərtib etdiyi ##.##.2026-cı il tarixli aktın məzmununda “6 kvadratmetr qeyri-yaşayış binasının ərazisinin özbaşına genişləndirərək 19 kvadratmetrə çatdırılması“ xüsusatı nə aktın məzmununda, nə də təqdim edilmiş sənədlərdən öz təsdiqini tapır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən daş betondan hörülmüş su bulağının zərərçəkmiş şəxsə hər hansı maneə yaratmadığı xüsusatını təsdiq edən mötəbər sübut təqdim olunmamış, ona görə də hazırki vəziyyətdə onun tərəfindən icra vərəqəsində göstərilən maneələrin tam şəkildə aradan qaldırılmadığı mötəbər sübutlarla öz təsdiqini tapır. “İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, vəzifəli şəxs olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. İXM-nin 17-ci maddəsinin tələbinə görə “xxxx” firmasının direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs olduğuna görə ona təyin edilmiş tənbeh İ XM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-389/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-389/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver