Məhkəmə qərarları › İş №3(3-7)-390/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-390/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-390/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Inzibati tənbeh haqqında qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, o, ## ### 2026-cı il tarixdə, saat 10:24 radələrində Gəncə şəhəri, Məhsəti Gəncəvi prospekti ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “2705” dairəsi deyilən əraziyə çatmış və dairəyə daxil olmamış “Stop” nişanını nəzərə alaraq avtomobilini tam olaraq dayandırmış, daha sonra yolun Yeni Gəncə istiqamətinə doğru hərəkət etmiş, həmin vaxtı dairədə gözləyən “Mercedes E240” minik markalı avtomobil “3” zolaqlı yolun ortasındakı zolaqda dayanaraq dairədən gələn “Hyundai Elantra” minik markalı avtomobili gözləyirdi. Həmin “Hyundai Elantra” minik markalı avtomobil dairənin sol, yəni üç zolaqdan dairəyə ən yaxın olan 1-ci zolaqla hərəkət edirdi, o isə yolun sağ hissəsi, yəni yolun dairədən aralı olan 3-cü zolaqla hərəkət edirdi, belə ki, onun həmin zolaqla hərəkəti nəticəsində “Hyundai Elantra” minik markalı avtomobilə heç bir maneəsi yox idi, heç bir qəza şəraiti yaratmamışdır və həmin avtomobilin sürətinin artıbazalmasına, habelə hərəkət etdiyi zolağı dəyişməsinə vadar etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əgər zərurət yaranarsa, videogörüntüyə məhkəmə tərəfindən baxış keçirilərsə, yuxarıda qeyd etdikləri tam təsdiq olunar və onun yol hərəkəti qaydalarını pozmadığı aşkar olunar. Buna baxmayaraq Qərarından şikayət verilən orqan R Nümayəndə idarə etdiyi avtomobilə “saxla” işarəsi verərək avtomobilə dair sənədləri, eləcə də sürücülük vəsiqəsini yoxlayıb ona bildirmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq yol hərəkəti qaydalarına olan inzibati xəta törətmisən. O isə yol polisinin göstərdikləri ilə razılaşmamış və bildirmişdir ki, qeyd etdiyi Inzibati Xətalar Məcəlləsinin tələbləri onun tərəfindən pozulmamışdır. Lakin R Nümayəndə onun barəsində yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xətalar haqqında ##.##.2026-ci il tarixli, IXP ******* nömrəli barəsində elektron qaydada inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. Sözügedən protokol əsasında Qərarından şikayət verilən orqan R Nümayəndə onun barəsində ##.##.2026-cı il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə və 3 bal cərimələnməsi ilə bağlı inzibati tənbeh vermək haqqında qərar qəbul etmişdir. Həmin qərar elektron sistem vasitəsilə istifadə etdiyi mobil telefonuna yerləşdirilmişdir. Şikayətçi kimi istər barəsində tərtib edilmiş inzibati protokol, istərsə də həmin protokol əsasında tərtib olunmuş sözügedən qərarın əsassız olduğunu bildirmək istəyirəm. Qərarından şikayət verilən orqan R Nümayəndə inzibati xəta haqqında qərar qəbul edən vəzifəli şəxs, yuxarıda qeyd edilən mühüm halları nəzərə almamaqla, qərəzli mövqeyini təsdiq etmişdir. Onun əməlində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin əlamətləri yoxdur. Ona görə də hesab edir ki, Qərarından şikayət verilən orqan R Nümayəndə qəbul etdiyi qərara, eləcə də şikayətçi kimi onun göstərdiyi xüsusatlara aydınlıq gətirilməli, yalnız bundan sonra sözügedən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında icraata xitam verilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1812/2026saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsinə və Qərarından şikayət verilən orqan R Nümayəndə qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, ##.##.2026-cı il tarixli şikayətimlə Gəncə şəhər məhkəməsinə müraciət edərək ## ### 2026-cı il tarixdə, saat 10:24 radələrində idarə etdiyi VAZ 21099 markalı. **BH*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti ilə hərəkətdə olarkən 2705 dairəsi deyilən əraziyə çatıb, dairəyə daxil olmamış Stop nişanını nəzərə alaraq avtomobili dayandırdıqdan sonra yolun Yeni Gəncə istiqmətinə doğru hərəkət edib, həmin vaxtı dairədə gözləyən mersedes E240 markalı avomobil 3 zolaqlı yolun ortasındakı zolaqda dayanaraq dairədən gələn Hyundai Elantra marakalı avtomobili gözləyərkən, həmin Hyundai markalı avtomobil dairənin sol. yəni üçzolaqdan dairəyə ən yaxın olan 1-ci zolaqla hərəkət etdiyini, mən isə yolun sağ hissəsi yəni yolun dairədən aralı olan 3-cti zolaqla hərəkət edərkən, onun həmin zolaqla hərəkətim nəticəsində Hyundai markalı avtomobilə heç bir maneə olmadığı və heç bir qəza şəraiti yaratmadığı halda və həmin avtomobilin sürətinin artıb-azalmasına, habelə hərəkət etdiyi zolağı dəyişməsiıiə vadar etmədiyini bildirmişdir. Şikayətində əlavə olaraq qeyd etmişdir ki, əgər zərurət yaranarsa videogörüntüyə məhkəmə tərəfindən baxış keçirilərsə, yuxarıda qeyd etdikləri tam təstiq olunar və onun yol hərəkəti qaydalarını pozmadığı aşkar olunar. Habelə şikayətində Qərarından şikayət verilən orqan R Nümayəndə idarə etdiyi avtomobilə saxla işarəsi verərək avtomobilə dair sənədləri, eləcə də sürücülük vəsiqəmi yoxlayıb, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ei maddəsinin tələblərini pozaraq yol hərəkəti qaydalarına aid olan inzibati xəta törətdiyini bildirmiş, o, isə onun göstərdikləri ilə razılaşmayıb Inzibati Xətalar Məcəlləsinin tələblərini onun tərəfindən pozulmadığını bildirsə də, R Nümayəndə onun barəsində yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xətalar haqqında ##.##.2026-ci il tarixli. IXP ******* nömrəli barəmdə elektron qaydada inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdiyini, sözügedən protokol əsasında Qərarından şikayət verilən orqan R Nümayəndə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə və 3 bal cərimələnməyi ilə bağlı ##.##.2026-cı il tarixli. TP ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar qəbul etdiyini göstərmişdir. Şikayəti əsasında Gəncə şəhər məhkəməsində araşdırılma aparılarkən onun izahatında və şikayətində göstərdiyi hallar tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız polisin göstərdiyi hüquqi əsası olmayan ümumi sözləri əsas tutub şikayətinin təmin edilməməsi, Gəncə şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması haqqında ##.##.2026-cı il tarixli .3(5-121 )- ****/**** nömrəli əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “VAZ 21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Məhsəti Gəncəvi prospekti 1 ünvanında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş Inzibati xəta haqqında qərarı qəbul etmiş yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “VAZ 21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcında dairəyə daxil olan nəqliyyat vasitəsinə yol vermədən yol ayrıcını keçmə qaydalarının tələblərini pozmuşdur. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1812/2026saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar